14 dek 17:29olke

“Biz milyonçu çempionatın kasıb övladlarıyıq”

“Biz milyonçu çempionatın kasıb övladlarıyıq”
Rəşad Muradov və 60 uşaq “hava”da qalıb
“Uşaq futboluna diqqəti artırmaq lazımdı”, “gələcəkdə futbol sahəsində uğur qazanmaq, yüksək zirvələri fəth etməyi planlaşdırırıqsa, indidən uşaq futboluna sərmaya yatırmaq vacibdi”, “bizim ən böyük problemimiz uşaq futbolunda savadlı kadrların olmamasıdı”. Futbol funksioneri də belə deyir, federasiya rəsmisi də, əsas komandalarda çalışan məşqçi də. Elə bu səbəbdəndi ki, ildən-ilə istedadlı azərbaycanlı oyunçuların sayı azalır, yığma komandalar “milliləşdirilmiş” legionerlərin ümidinə qalır. Son günlər bu məsələ yenidən aktuallaşıb, demək olar ki, hamı uşaq futbolunda yaşanan problemlərdən danışır. Əsas hədəf isə aşağı yaş qruplarında çalışan məşqçilərdi. Əksər mütəxəssislərin fikrincə, idman məktəblərində, akademiyalarda uşaq qruplarına rəhbərlik edən məşqçilər işinə etinasız yanaşır, öz üzərlərində çalışmır ki, bunun da nəticəsi kimi kiçik yaşlarında az-çox perspektiv vəd edən uşaqlar sonradan itib-batırlar. Heç şübhəsiz, bu fikirlər bütün uşaq məşqçilərinə aid olunmur. Onlar arasında da işini bilən, futbolumuzun gələcəyi naminə vicdanla çalışanlar da var. Onlardan biri də Rəşad Muradovdu. Birvaxtlar yüksək dəstədə “Gənclərbirliyi”, “Qarabağ” kimi komandaların şərəfini qoruyan, U-21-də çıxış edən Muradov futbolçu karyarasını başa vurduqdan sonra uşaq futbolunda işləməyə başlayıb. Çalışdırdığı komandalar da müxtəlif yarışlarda, AFFA-nın bayrağı altında keçirilən çempionatlarda özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Ancaq bu gün Rəşad bəy və yetirmələri çətin günlər yaşayır. Bir neçə gün öncə bizimlə əlaqə saxlayan Muradov üzləşdikləri probelmlərdən danışmaq istədi ki, ona tribuna verməyi özümüzə borc bildik.
- Bir neçə ay öncəyə qədər Təhsil Respublika İdman Mərkəzinin nəzdində olan idman məktəblərinin birində məşqçi kimi çalışırdım. Ancaq müəyyən səbəblərə görə ordan ayrıldım.
- Mümkünsə, konkret danışın. Çalışdığınız idman qurumundan ayrılmağınızın səbəbini bilmək istərdik.
- Adını çəkmək istəmədiyim bir şəxs mənə ordan işdən çıxmağı və onun rəhbərlik etdiyi məktəbə gəlməyimi istədi. Demişdi ki, rəhbəri olduğu məktəbdə işləmək üçün mənə daha yaxşı şərait yaradacaq. Onun sözünə inanıb əvvəlki iş yerimdən ayrıldım. Ancaq çox təəssüf ki, mənə daha yaxşı şərait vəd edən məktəb direktoru sözünün üstündə durmadı və beləcə mən həm Əli aşından oldum, həm də Vəli aşından. Artıq 5 aya yaxındı ki, mən və yetirmələrim çətinliklərlə baş-başayıq.
- Sizə daha yaxşı şərait söz verən şəxsin adını deyərdiz.
- Hələ ki onun adını açıqlamaq istəmirəm. Ancaq onu da bildirim ki, futbol ictimaiyyəti arasında az-çox tanınır. Məni ən çox əsəbləşdirən odu ki, nəyə görə bəzi insanlar gücü çatmayan işə girişir, mənim kimiləri pis vəziyyətdə qoyur? Mən köhnə iş yerimdən ayrılandan sonra “sənin ali məktəb diplomun yoxdu” deyib, verdiyi vədi yerinə yetirmir? Heç şübhəsiz, bütün bunlar bəhanədi. Bəyəm o bilmirdi ki, Rəşad Muradovun diplomu yoxdu?
- Bəs siz diplomsuz köhnə iş yerində necə çalışmısız?
- U-21-in şərəfini qoruduğum üçün idman ustasıyam. Bundan başqa, C kateqoriyam da var. Bütün bu göstəricilər futbol məşqçisi kimi çalışmağıma mane olmayıb.
- Bu güz sizin baş məşqçi olduğunuz komandalar AFFA-nın bayrağı altında keçirilən çempionatlarda iştirak edir. Bəs həmin komandalar hardan maliyyələşir? Yəqin ki, siz də havayı işləmirsiz?
- Köhnə iş yerimdən ayrılandan və yenisi ilə anlaşa bilməyəndən sonra, belə deyək, havada qalmışam. Buna baxmayaraq, məşqçisi olduğum 4 qrupu buraxmadım və onlar bu gün də rəhbərliyim altında çempionatda iştirak edirlər. Onu da qeyd edim ki, hamısı öz yaş qruplarında liderlər arasında qərarlaşıblar. Maliyyəyə gəlincə, üzləşdiyim durumdan xəbər tutan valideynlər uşaqlarını başqa məktəblərə və ya akademiyalara aparmadılar. Halbuki uşaqların ən azı 70 faizinə müxtəlif klubların akademiyaları “elçi düşmüşdü”. Sadəcə, valideynlər yola bir yerdə davam etməyimizi istədilər. Hazırda 4 qrupda 60-a yaxın uşaq futbolun sirlərini öyrənir. İmkanı olan valideynlər ayda 5 manat pul ödəyirlər. Bu da ancaq stadionun icarəsinə və inventara sərf olunur. Açığı, yığılan pul ehtiyaclarımızın müəyyən hissəsini ancaq ödəyir. 5 aydı ki, cibimin pulunu xərcləməklə yanaşı, dostlarımın da maddi köməyi sayəsində ayaqüstə durmağı bacarmışıq. Ancaq görürəm ki, tədricən vəziyyət çətinləşir. Nə vaxta kimi ianə hesabına çempionata qatılacağıq? Mən də ailə başçısıyam, mənim də ehtiyaclarım var. Açıq deyriəm, daha çatdıra bilmirəm. Ola bilsin, kimlərsə düşünər ki, bu peşə ilə dolana bilmirsənsə, özünə başqa sənət tap. Ancaq bu uşaqları yarıyolda buraxıb getmək istəmirəm. Özümə ağır gəlir. Bir bağban illər uzunu əkdiyi ağacın barını gözlədiyi kimi, mən də üzərində əziyyətim olan uşaqların “parlayacağı”, müxtəlif yaş qrupları üzrə yığmalara dəvət alacağı günü gözləyirəm. Bilirəm ki, onların arasında belələri olacaq.
- Hazırda Sumqayıtda müxtəlif idman məktəbləri, “Sumqayıt” Futbol Akademiyası fəaliyyət göstərir. Heç onlardan sizinlə maraqlanan olmayıb?
- Dildə hamı maraqlanır, vəd verir, ancaq əməldə heç nə yoxdu. Bu arada yalnız “Vətən” Futbol Məktəbindən mənimlə əlaqə saxlayıb yaxın günlərdə görüşəcəklərini bildiriblər. Ordan zəng gələndə çox ümidlənmişdim. Uşaqlara da deyirdim ki, tezliklə bütün çətinliklər arxada qalacaq. Ancaq hələ ki “Vətən”dən bir xəbər yoxdu. Bilirsiz, mənə ən çox yer edən nədi? Ömürboyu böyük futbolun nə olduğunu bilməyən, yaşıl otun, tərli formanın iyini duymayan, zədəli olmağın futbolçuya necə təsir etdiyindən xəbərsiz olanlar bu gün ölkənin aparıcı klublarında, futbol akademiyalarında çalışır, mənim kimi həyatının çox hissəsini futbola həsr edənlər indi işsiz qalır. Mənim əlimdən başqa iş gəlmir ki, gedib onunla məşğul olum, ailəmə çörək aparım. Özümü başa düşəndən top qovmuşam, futbolla nəfəs almışam. Mən indi nə edim? Nə qədər dost-tanışın maliyyə yardımı ilə çempionata komanda çıxarım? Çox istərdim ki, hansısa məktəbdə çalışım, yetirmələrim problemlərlə üzləşməsin. Hərdən düşünürəm ki, biz milyonçu çempionatın kasıb övladlarıyıq. Mənim uşaqlarım istedadına görə heç bir akademiyanın komandasından zəif deyil. Ancaq nə etsinlər ki, onlara diqqət ayıran yoxdu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar