13 dek 21:48olke

“Qəbələ” “sürüşkən” hesabla qalib gəldi

“Qəbələ” “sürüşkən” hesabla qalib gəldi
Qriqorçuk: “Oyundan zövq aldığım üçün dəyişikliyə əl atmadım”
Qəbələ - Səbail (Bakı) 1:0 (0:0)

Qəbələ: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 34. Ürfan Abbasov , 3. Voislav Stankoviç, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 28. Stiven Jozef-Monroz, 45. Famussa Kone, 10. Ruslan Qurbanov, 9. Baqali Dabo.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 12. Endi Hallidey, 15. Vitali Vernidub, 17. Roman Hüseynov, 18. İlqar Qurbanov, 21. Deyv Bultuis, 29. Hacıağa Hacıyev, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.
Səbail:1. Emil Balayev, 23. Ayron Stati, 3. Tamazi Tsetsxladze, 99. Maudo Jarjue, 13. Murad Musayev, 20. Eltun Yaqublu (k) (26. Kamal Qurbanov, 70), 6. Murad Ağayev, 14. Yamin Ağakərimzadə (5. Seymur Əsədov, 78), 17. Vüqar Nadirov (10. Nurlan Novruzov, 65), 66. Pərviz Qaraxanov, 18. Sleksandru-Adrian Popoviçi.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 9. Raul Yaqubzadə, 11. Elman Taqayev, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.
Qol: S.Jozef-Monroz, 59.
Cavid Hüseynov 76-cı dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqə: V.Stankoviç, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Eldar Qasımov (Bakı).
11 dekabr. Qəbələ. Şəhər stadionu. 400 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Premyer-liqada mübarizənin sonlarına yaxın “Qəbələ”nin yüksələn xətt üzrə hərəkət etməsinin, belə deyək, həm oyun, həm də nəticə baxımından yaxşı mənada fərqlənməsinin bu matça da təsirsiz ötüşməyəcəyi məlum idi. Rəqibin çempionatın debütantı olması, qarşılaşmanın evdə keçirilməsi bölgə təmsilçisinin işini asanlaşdırırdı. Açığı, “qırmızı-qaralar”dan darmadağın gözlənilirdi. Lakin onlar bunu bacarmadı. Azı 10 real qol şansından birini dəyərləndirmək mümkün oldu ki, bu da cavab görüşü ərəfəsində heç də ürəkaçan nəticə sayıla bilməz. “Səbail” Bakıda vuracağı bir qolla oyunu penalti seriyasına qədər uzada bilər. Orda isə bəxt ön plana çıxır.
Premyer-liqada çempionluq titulunu “Qarabağ”ın əlindən almaq çətin göründüyündən, Qriqorçukun əsas diqqəti ötən mövsüm olduğu kimi kuboka ayıracağı sirr deyil. Odu ki, yarımfinala vəsiqə qazanmamaq faciə sayılacaq.
Heyətdə rotasiya etməsi ilə seçilən ukraynalı mütəxəssis bu dəfə də müəyyən yeniliklərə əl atmışdı. Məsələn, bəstəboy Ürfanın müdafiənin mərkəzində oynaması sürpriz deyildisə, daim hücumameyilli görməyə alışdığımız Asifin sağ cinah müdafiəçisi kimi çıxış etməsi təəccüblü göründü. Elə Qismətin müdafiənin sol cinahında oynaması da.
İlk yarı haqda geniş danışmağa ehtiyac yoxdu. Qonaqların əsas diqqəti müdafiəyə ayırdığını görən meydan sahibləri risk edib, əks-hücumlarda cəzalanmaq istəmirdi. Elə buna görə də birinci 45 dəqiqənin sönük alındığını deyə bilərik. Üç mərkəz müdafiəçisi ilə oynayan “Səbail” irəli xətdə Popoviçlə Vüqarın, eləcə də Statinin sürətinə bel bağlamışdı. Oyundakı ilk təhlükəli vəziyyət qonaqlardan gəldi. 5-ci dəqiqədə Popoviçinin fərqlənmək istəyini Bezotosnı gözündə qoydu, qayıdan topa Vüqar çata bilmədi. 12-ci dəqiqədə Cavidin fərqlənməsinə tələskənliyi mane oldusa, yarımsaatın tamamında Qismətin asmasından sonra Konenin başla vurduğu top qapının üstündən keçdi. İlk hissənin sonuncu dəqiqəsində “Səbail” sürpriz qola imza atmağa yaxın oldu. Qaraxanovun qapı qarşısına havalandırdığı top gözlənilmədən Nadirova gəldi, təcrübəli futbolçunun başla vurduğu top dirəyin yanından keçdi. “Qəbələ”nin istəyinə çata bilməməsində Emil Balayevin “çərçivə”dəki inamlı çıxışı da qeyd olunmalıdı. Ara-sıra yığmaya da çağırılan futbolçu qapı qarşısına göndərilən hava toplarının, demək olar, hamısına sahib çıxırdı.
Fasilədən sonra susqunluğun davam edəcəyi inandırıcı deyildi. “Qəbələ” hücuma atılmalı, rəqibi qapısına sıxışdırmalıydı. Belə də oldu. 48-ci dəqiqədə Ozobiç, 2 dəqiqə sonra Ruslan fərqlənməyə yaxın oldu. Onların bacarmadığını isə Jozef-Monroz bacardı. Konenin qapı qarşısına ötürdüyü top aşkar şəkildə Jarjuenin əlinə dəysə də, Rəvan Həmzəzadə “davam” dedi. Elə həmin epizodun davamında Jozef-Monrozun öldürücü zərbəsi Emil üçün əlçatmaz oldu. Halbuki buna qədər bakılılar hesabı aça bilərdi. Əks-hücum zamanı əla imkan yaxalayan Nadirovun qapıçı ilə üzbəüz qalmasına təcrübəsiz laysman Vüsal mane oldu. Halbuki həmin epizodda ofsayd yox idi və Vüqar qola yaxın idi. Hesabın açılmasıyla “Qəbələ”lilərin də əl-qolu açıldı. Qarşılaşmanın son yarımsaatında meydan sahibləri rəqibin cərimə meydançasında “taxt salmışdı”. Bunun sayəsində hesab arasındakı fərq arta bilərdi. 76-cı diqəqədə oyuna yeni qoşulan Kamal Daboya qarşı aşkar kobudluğa əl atınca, Həmzəzadə “nöqtə”ni göstərib, müdafiəçini “sarı”yla cəzalandırmağı unutdu. Topun başına keçən son vaxtların ən çox tənqid olunan futbolçusu Cavid Hüseynov qol vurmaq imkanını boşa verdi. Dəqiq desək, Balayev zərbənin istiqamətini müəyyənləşdirə bildi. İrəliləyən dəqiqələrdə Cavidlə Konenin fərqlənmək şansları boşa çıxdı. Həmzəzadə isə oyuna əlavə olunmuş dəqiqələrdə “Qəbələ”nin penaltisini “yedi”. Murad Musayevin cərimə meydançası daxilində Ozobiçi qucaqlayıb saxlaması, bununla da zərbə mövqeyinə çıxmasına mane olması baş hakimin gözündən yayındı.
Hakimin final fitindən sonra meydan sahibləri sevincli görünürdü. Bir məqam dəqiqdi ki, Bakıdakı cavab görüşü olduqca maraqlı və gərgin keçəcək.
HƏBİB

Maraqlıdı...
* İlk hissənin sonlarına yaxın Ozobiçin zərbəsindən sonra top Jarjuenin qarnından aşağı hissəsinə dəydi ki, müdafiəçi zərbənin təsirindən yerdə qaldı. Bu an Rəvan Həmzəzadə ilk hissəni bitirən fitini səsləndirdi və hamı paltardəyişmə otağının yolunu tutdu. Həkimlərin tibbi müayinəsinə ehtiyac duyan Jarjue isə təxminən 5 dəqiqə yerdə qaldı.
* Eltun Yaqublu əvəzlənəndə qolundakı kapitan sarğısını çıxarmaq yadından çıxmışdı. Bunu ona meydana daxil olmağa hazırlaşan Kamal Qurbanov xatırladınca, Eltun sarğını Kamala verdi, o isə Emil Balayevə ötürdü. Çünki Vüqar Nadirov da əvəzlənmişdi.
* Oyunu işıqlandırmaq üçün Bakıdan Qəbələyə yalnız sport24.az saytının əməkdaşı yollanmışdı ki, mətbuat konfransında iştirak edən yeganə jurnalist də məhz həmin həmkarımız olub.

Belə dedilər...
Samir Əliyev: “Ard-arda ağır oyunlar keçirdik. Futbolçularda yorğunluq var idi. Bu gün bir qədər fərqli sistemlə oynadıq. Keyfiyyəti kənara qoyub, müdafiədə daha etibarlı oynamağa çalışdıq. Buna rəğmən, rəqib xeyli qol imkanı yaratdı. Çalışacağıq cavab görüşündə daha yaxşı oynayaq. Sistemdə dəyişiklik etmişdik. Əlbəttə, qısa zamanda sistemi dəyişmək çətindi. Buna illər lazımdı. Həm də buraxılan səhvlərdən nəticə çıxarmağa çalışmışdıq. İnanıram ki, qış fasiləsindən sonra daha yaxşı oyun nümayiş etdirəcəyik. Açıq deyəcəm, ikinci hissədə fiziki cəhətdən çatdırmırdıq. Rəqibin hücum xəttinin olduqca güclü olması da rol oynadı”.
Roman Qriqorçuk: “Məmnunam. Açığı, son zamanlar komandamın oyunundan zövq alıram. Əlbəttə, daha çox qol vurmalıydıq. Bundan razı deyiləm, amma böyük ölçüdə məmnunam. Cavab matçında rəqibi ciddiyə alacağıq. Bilmirəm, nə baş verəcək. Müxtəlif variantlara hazırlaşacağıq. Ancaq biz cavab görüşünə tam hazır olacağıq. Cavidi Azərbaycanın ən yaxşı futbolçularından sayıram. Ona çox inanıram. Əminəm ki, daha yaxşı olacaq. Sadəcə, Hüseynova vaxt lazımdı. Cavid hələ həm “Qəbələ”, həm də Azərbaycan yığmasına çox fayda verəcək. Tellur Mütəllimov son vaxtlar yaxşı məşq edir. Yaxşı vəziyyətdədi. Ancaq bu oyundan zövq aldığım üçün əvəzetməyə əl atmadım. Düşünürəm ki, onun üçün bu cür kənarda qalmaq bir dərs oldu. Fikrimcə, artıq bundan bir ibrət dərsi götürüb və Telluru tezliklə meydanda görəcəyik”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür Dünən, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi Dünən, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” Dünən, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu Dünən, 22:17 Yığma İranda turnirə qatılacaq Dünən, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Dünən, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Dünən, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Dünən, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Dünən, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Dünən, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Dünən, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Dünən, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Dünən, 18:55 Yarım mövsümün rəqəmli tablosu Dünən, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Dünən, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Dünən, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Dünən, 18:49 Məkan və saat dəqiqləşdi Dünən, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Dünən, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Dünən, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Dünən, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Dünən, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Dünən, 18:37 "Keşlə"də daha bir ukraynalı Dünən, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb 17-01-2018, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı 17-01-2018, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib 17-01-2018, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! 17-01-2018, 18:21 Vitali Borisov məşqlərə qoşuldu 17-01-2018, 18:19 Liderlər sürprizə imkan vermədi 17-01-2018, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular 17-01-2018, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə 17-01-2018, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi 17-01-2018, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi 17-01-2018, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bütün xəbərlər
Ən çox oxunanlar