11 dek 23:52olke

Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi

Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi
“Görünür, jurnalistlər məndən də həyəcanlıymış”
Şənbə günü “Fairmont” otelində komanda.az saytının hər il keçirdiyi “ilin baş məşqçisi” nominasiyası üzrə sorğunun qalibi Qurban Qurbanov təltif edildi. Tədbirin aparıcısı Sənan Şəfizadənin açılış nitqindən sonra mütəxəssisin bu il “Qarabağ”la qazandığı uğurları əks etdirən videoçarx nümayiş etdirildi. Daha sonra “komanda.az”ın redaktoru Natiq Muxtarlı mikrofon önünə keçdi: “Bu dəfə 74 mətbu orqandan 79 jurnalistin rəyini soruşduq. İldən-ilə sorğumuzda iştirak edənlərin sayı artır. Müqayisə üçün qeyd edim ki, ötən il 64 mətbu orqana müraciət etmişdik. Əvvəllər yalnız idman jurnalistlərinin rəyini öyrənirdiksə, bu dəfə sorğuya siyasi media orqanlarını da daxil etdik. Heç vaxt sorğumuzda belə hal yaşanmamışdı. 79 jurnalistdən 77-si Qurban Qurbanova səs verib. Bu gedişlə bu mütəxəssisi inhisarçı adlandıracaqlar. Ancaq bu inhisarçı Azərbaycan futbolunu inkişaf etdirir. Təki dünyanın bütün inhisarçıları Qurban Qurbanov kimi olsun. Ümid edək ki, gələn il digər məşqçilər də ona “əlcək atacaq”.
PFL prezidenti Ramin Musayev öz növbəsində keçmişə qayıdaraq, maraqlı məqamlara toxundu: “Biz Qurban Qurbanovla “Neftçi”də birgə işləmişik. Həmin vaxt o klubdan ayrılmazdı. O zaman “Neftçi”ni sıxdılar. İdmana yaraşmayan şeylərə əl atdılar. Oyuna yarımsaat qalmış hakim dəyişdirildi. Bunların heç biri yaddan çıxmayıb. Qurbanov məşqçilikdə debüt etdiyi mövsümdə avrokuboklara vəsiqə qazandı. Halbuki biz sona 3 tur qalmış çempion olmalıydıq. Keçmiş AFFA rəhbərliyinin vasitəsilə qarşımızı kəsdilər. Bunları niyə danışdım? Qurbanov bu uğurlara asan çatmayıb. O çox təzyiqlərə məruz qalıb. 2008/09 mövsümündə “Qarabağ”ın “İnter”lə Quzanlıda keçirdiyi oyunu xatırlayırsız. Həmin görüşdə “Qarabağ” uduzsaydı, “İnter” çempion olacaqdı. Kubokun finalında da bu komandalar üz-üzə gələcəkdi. Bu isə o demək idi ki, kubokun finalçısı kimi Avroliqaya vəsiqə qazanırdı. Bütün mətbuat bu klubların danışığa gedəcəyindən yazırdı. Hamı düşünürdü ki, Qurbanov asan yolu niyə çətinləşdirsin ki. Həmin gün ermənilər Şuşada parad keçirirdi. Qərara gəldik ki, məhz Quzanlıda Az.TV-nin yayını ilə bu oyunu bütün dünyaya göstərək ki, biz həvəsdən düşməmişik, doğma torpaqlarımızdan imtina etməmişik. Oyundan əvvəl Qurban müəllimin otağına getdim. Dedim, yəni bu oyunu uduza bilərsən? Cavab verdi ki, Namazoviç, bu söhbət ola bilməz. Qurbanov işini çətinə saldı və “İnter”lə oyun 1:1 başa çatdı. Daha sonra komandası kuboku qazanıb, Avropaya yollandı. “Qarabağ” rəhbərliyinə təşəkkürümü bildirirəm ki, ona inandı və vaxt verdi. O da sözünü dedi. İnanıram ki, AFFA rəhbərliyi də yığmada ona vaxt verəcək. Qurban futbolçuları yaxşı tanıyır və millidə də uğur qazanacağını düşünürəm. Bu tədbirdə əməyi keçənlərin hər birinə təşəkkürümü bildirirəm”.
Ardınca söz sənətşünas Ziyadxan Əliyevə verildi: “Orta əsrlərdən Azərbaycan dünyaya incəsənəti ilə tanınıb. 20-ci əsrdən digər dəyərlər incəsənəti sıxışdırmağa başladı. Müstəqillik dövründə idmanda qazandığımız uğurlarla dünyada tanınmağa başladıq. Fikrimcə, incəsənət və idman Azərbaycan həqiqətlərini dünyaya tanıdan ən gözəl vasitələrdi. “Qarabağ”ın beynəlxalq arenada qazandığı uğurlar bizim üçün çox şey deməkdi. Qurban müəllimə bütün incəsənət xadimləri adından təşəkkürümü bildirirəm. “Qarabağ”ın oyun günlərində ölkəmizdə xüsusi ab-hava olur. Hamı gözünü mavi ekranlara dikir və “Qarabağ”dan uğur gözləyir. Komandamız Çempionlar Liqasında uduzsa belə, azarkeşlər bu nəticədən də məmnun qalır. Çünki burda “Qarabağ” qeyrət və vətənpərvərlik hissi nümayiş etdirir. Bu komandanın futbolçularında olan Qarabağ sevgisi hamıda olsaydı, biz çox şeyə nail ola bilərdik. Bu sevincləri Qarabağda da yaşayacağıq. O zaman Qurban Qurbanov yığmanın baş məşqçisi kimi bizi sevindirəcək. Səttar Bəhlulzadənin adını daşıyan salonda tədbiri keçirdiyi üçün təşkilatçılara minnətdarlığımı bildirirəm. O mənim üçün mənəvi ata olub”.
Daha sonra 5 jurnalist arasında viktorina keçirildi. Qurban Qurbanovla bağlı suallara daha çox doğru cavab verən həmkarlarımız mükafatlandırıldı. Elmar Abdullazadə “Qarabağ”ın formasını, Anar Cəfərsoy jaketini, Rövşən Əhlimanoğlu isə şərfini qazandı. Onları Ramin Musayev təltif etdi.
Daha sonra “komanda.az”ın baş redaktoru Rəşad Ergün qısa çıxış edərək Qurban Qurbanovun ən yaxşı baş məşqçi seçiləcəyinin komandası Çempionlar Liqasının qrupuna vəsiqə qazananda bəlli olduğunu söylədi və xüsusi kuboku mütəxəssisə təqdim etdi. “Komanda” qəzetinin 2008-ci ildə başlatdığı və “komanda.az”ın davam etdirdiyi “ilin baş məşqçisi” sorğusunda 8-ci dəfə ən yaxşı seçilən Qurbanovun fikirləri isə belə oldu: “Mənə səs verənlərə təşəkkürümü bildirirəm. İldən-ilə məsuliyyətim artır. Vəzifə borcumu yerinə yetirmək və ölkəmi tanıtmaq üçün hər zaman çalışmışam. Gələn il daha çox işim olacaq. Daha da yaxşı çalışmalıyam. Mən hər il mətbuat konfranslarında maraqlı suallar ünvanlayan jurnalistlərə hədiyyə təqdim edirəm. “Roma” ilə Bakıdakı oyundan sonra mətbuat konfransında həyəcanlıydım. Oyunla bağlı fikirlərimi bildirdim və bir qədər gözlədim. Gördüm ki, sual verən yoxdu, çıxıb getdim. Görünür, jurnalistlər məndən də həyəcanlıymış (gülür). Həmin mətbuat konfransında iştirak etmiş bütün jurnalistlərə hədiyyə təqdim ediləcək”.
Sonda üzərində 8 rəqəmi yazılmış tort kəsildi və qonaqlar çay süfrəsinə dəvət olundu.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar