11 dek 19:07olke

“Zirə” yenə “Neftçi”ni cəzalandırdı

“Zirə” yenə “Neftçi”ni cəzalandırdı
Tərlan Əhmədov Namiqdən narazıdı, Manqa getmək istəyir
Zirə - Neftçi (Bakı) 1:0 (0:0)
Zirə: 85. Kamal Bayramov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara (9. David Manqa, 79), 8. Milan Duriç, 13. Aleksandr Şemonayev (17.Vüsal İsgəndərli, 46), 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 43. Riçard Qadze (11. Viktor İbokoyi, 88).
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov,
10. Orxan Əliyev, 19. Elgün Nəbiyev, 57. Kənan Zülfüqarov, 74. Yusif Nəbiyev, 88. Milad Bayramov, 99. Nicat Qurbanov.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 94. Rəşad Əzizli, 21. Məhəmməd Mirzəbəyov, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov (k), 6. Rəşad Sadiqov, 10. Derlis Meza Kolli, 8. Emin Mahmudov, 7. Namiq Ələsgərov (11. İqnasio Herrera, 70), 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli (26. Ömər Buludov, 90), 22. Mirabdulla Abbasov, (9. Huqo Barqas, 76).
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 3. Mateo Mujek, 23. Tərzin Cahangirov, 20. Elnur Süleymanov, 16. Pavel Dreksa.
Baş məşqçi: Tərlan Əhmədov.
Qol: D.Manqa, 86.
Vərəqələr: V.Mustafayev, 40 (qeyri-idman hərəkəti). A.Şemonayev, 43 (qeyri-idman hərəkəti). S.Quliyev, 60 (qeyri-idman hərəkəti). R.Qadze, 88 (qeyri-idman hərəkəti). R.Abışov, 88 (qeyri-idman hərəkəti). M.Mirzəbəyov, 90+1 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Abas Hüseynov (Bakı).
10 dekabr. Zirə. İdman Kompleksinin stadionu. 1000 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Premyer-liqada “Zirə” sindromu yaşayan “Neftçi” bu komanda üzərində yeganə qələbəsini ötən mövsüm kubokda qazanmışdı. Jonas Pesalli avtomobil qəzasına düşərək dünyasını dəyişməzdən bir neçə ay əvvəl Zirədə het-trikə imza atmışdı. Maraqlıdı ki, tərəflər bu dəfə də 1/4 finalda üz-üzə gəlirdi. Flaqman tarixi təkrarlamaq istəyirdi. Tərlan Əhmədov start heyətində cəmi bir legionerə şans vermişdi. Ayxan Abbasovun meydana buraxdığı “11-lik” isə gözlənilən heyət idi. İlk dəqiqələrdən zirəlilər 2-ci “skripka” rolunu öhdəsinə götürdü. Düzdü, “Neftçi”nin sürətli və texnikalı futbolçuları top saxlamağı bacarırdı. Ancaq gercəkləşdirilən həmlələri tutarlı zərbəylə yekunlaşdırmaq mümkün olmurdu. Əvəzində meydan sahiblərinin əks-hücumları yaddaqalan oldu. 8-ci dəqiqədə Qadzenin zərbəsi qapının yanından keçdi. Bir qədər sonra Nağıyevin başla vuruşunda dəqiqlik çatmadı. Hissənin ortalarında “Neftçi” təzyiqi artırdı. 29-cu dəqiqədə Fəhmin “çərçivə”yə düşə bilmədi. Namiqin uzaqdan zərbəsində cüzi dəqiqlik çatmadısa, Derlisin fərqlənməsinə Kamal imkan vermədi. “Zirə” də borclu qalmadı. Təmkinin aşırma zərbəsi dəqiq olmasa da, yaddaqalan idi. Adil növbəti dəfə “ikinci mərtəbə”də diqqət mərkəzinə düşdü. Amma tablodakı hesab dəyişmədi.
Ayxan Abbasov ikinci hissədə hücumu gücləndirdi. Şemonayevin yerinə İsgəndərlinin meydana çıxması “Zirə”nin sürətini bir qədər də artırdı. 48-ci dəqiqədə Rəhmanın cərimə zərbəsi zamanı Kamal sayıqlığı itirmədi. İki dəqiqə sonra Derlisdən topu “oğurlayan” İlkinin vuruşu cüzi fərqlə qapının üstündən keçdi. Tounkaranın Qadze ilə “divar paslaşması”nı möhtəşəm zərbəylə tamamlamasını və Əzizlinin eyni gözəlliklə topu dəf etməsini görməyə dəyərdi. Rəşadın həmkarı da ondan geri qalmadı. Standart vəziyyət zamanı əvvəlcə Bayramov, daha sonra dirək “Zirə”nin dadına çatdı. Kamal buna qədər Mirzəbəyovun asmasını kornerə çıxarmışdı.
Ayxan bəyin oyuna müdaxiləsi sözünü dedi. Meydana sonradan çıxan Manqa Qadzedən topu qəbul edən kimi uzaqdan güclü zərbəylə hesabı açdı. Düzdü, Barqas az sonra toru silkələdi. Ancaq “Neftçi”nin hücumçusu oyundankənar vəziyyətdə idi. Bir sözlə, 1:0 hesabı dəyişməz qaldı.
SƏRXAN

Maraqlıdı...
* Oyundan əvvəl “Zirə”nin adı iştirak ərizəsində olmayan futbolçusu Murad Səttarlı “Neftçi”nin fotoqrafı Leka Səttarovanın aparatını əlinə götürüb, azarkeşləri obyektivə almaqla məşğul idi.
* “Forza Neftçi” hələ qarşılaşma start götürməmiş fəaliyyətə başlamışdı. 90 dəqiqə susmayan fanklub son dəqiqələrdə İnqilab Məmmədova fokuslandı. Barqasın qapıdan keçirdiyi topun qol kimi qeydə alınmaması qonaq fanatları çılğına döndərdi. Hakimi söyüşlərə qonaq edən azarkeş qrupunun bu dəfə polis müdaxiləsi ilə üzləşməməsi təəccüblü oldu.
* İlk hissənin sonlarında komandaların məşqçiləri arasında anlaşılmazlıq yaşandı. Hər iki baş məşqçi özünə aid texniki zonanı sakitləşdirdi.
* Qadze əvəzlənərkən ləngidiyindən “Neftçi”nin futbolçularının hücumuna məruz qaldı. Ruslanın onu itələməsi hücumçunu özündən çıxardı. Komanda yoldaşları Riçardı çətinliklə sakitləşdirə bildi.

Belə dedilər...
Tərlan Əhmədov: “Kubok oyunu iki matçdan ibarətdi. Bəzən belə qarşılaşmalarda bir qol hər şeyi həll edir. 90 dəqiqə oyuna nəzarət etdik. Lakin qol çatışmadı. Rəqib bir qol vurdu və qalib gəldi. Yaxşı oynadıq. İnşallah, cütün taleyi bizim meydanda həll olunacaq. Bu gün yerli oyunçular legionerlərdən heç də geri qalmadılar. Həm də Barqas son oyunlarda çox aşağı səviyyədə çıxış etdi. Əksinə, Mirabdulla son qarşılaşmalarda yaxşı təsir bağışlayırdı. O ki qaldı Erreraya, onun “Qarabağ”la oyundan sonra zədəsi var idi. Yeni sağalmışdı. Qışda heyətdə ciddi dəyişiklik olmayacaq. Bəli, legionerlərdən gedənlər olacaq. Lakin bu, geniş formada olmayacaq. Bir dəfə AZAL-da belə etdik. 16 futbolçu gətirdik və sonda bunun acısını çəkdik. Bu üzdən qışda ciddi dəyişikliklər gözlənilmir. Hər komanda üçün arzuolunmaz rəqib olur. “Zirə” də bizim üçün arzuolunmaz rəqibdi. Rəqib bu gün gözlədiyimiz kimi əks-hücumdan oynadı. Bizdə isə, sadəcə, qol çatışmadı. Komandada fərdi ustalığı hesabına oyunun nəticəsini həll edəcək futbolçu çatışmır. Yalnız Rəhmandı, o da mərkəzdə oynayır. Bu haqda rəhbərliklə danışmışam. Qışda “Neftçi”nin oyununu gücləndirəcək futbolçu cəlb etmək istəyirik. Son vaxtlar Namiqdə geriləmə var. Onun potensialı bundan artığına imkan verir. “Qəbələ” ilə oyundan sonra onu tanımaq olmur. Bir qədər qapalı insandı. Fərdi söhbətlərimiz çox olub. Bəlkə də ailəsində nəsə problem var. Çalışacağıq onunla danışıb, bu problemi həll edək”.
Ayxan Abbasov: “Maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Zədə səbəbindən bir neçə futbolçu kənarda qalmışdı. Ancaq şans verdiyim oyunçular onları layiqincə əvəz etdi. Cavab oyununa hazırlaşmaq üçün vaxtımız azdı. Futbolçularıma inanıram. Onların əzmkarlığı məni sevindirir. “Neftçi”nin cəmi bir legionerlə meydana çıxması məni təəccübləndirmədi. Bu komandanın futbolçuları millinin üzvüdü. Məncə, legioner az olsa da, güclü heyət idi. “Neftçi”nin “Zirə” ilə matçlarda sindrom yaşaması haqda düşünmürəm. Belə şeylər mənim üçün adidi. “Neftçi” ilə bir-birimizə yaxın rəqiblərik. Ola bilsin, buna görə oyun gərgin keçir. Transferlərlə bağlı “Neftçi” ilə cavab qarşılaşmasından sonra düşünəcəm. Ancaq qış hazırlıq planı bir ay əvvəldən bəllidi. Yoxlama oyunlarının vaxtı da müəyyənləşib. Rəqiblərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir. Büdcəmizə uyğun transferlər həyata keçirəcəyik. Oyunun sonlarında Fəhmin Muradbəyli burnundan ciddi zədə aldı. Hiss olunurdu ki, vəziyyəti yaxşı deyil. Ancaq “Neftçi”nin futbolçuları oyunu davam etdirdi. Daha sonra biz topu ələ keçirdik. Gördüm ki, Vüsal topu çıxarmır. Ona əsəbləşdim ki, topu kənara çıxarsın. Belə epizodlarda top dərhal kənara çıxarılmalıdı”.
David Manqa: “Komandamın qələbəsində qolla pay sahibi olduğum üçün çox məmnunam. Amma unutmayaq ki, hələ qarşıda cavab oyunu var. Səfər matçında üstünlüyümüzü qoruya və ya artıra bilərik. Hazırkı məqamda yalnız növbəti mərhələ haqda düşünməliyik. Bəlkə də mükəmməl formada deyiləm. İndiki məqamda ən doğrusu oyuna sonradan daxil olaraq, komandamın gücünə güc qatmaqdı. Mən hələ "Zirə"nin bir parçasıyam. Klubla müqaviləm davam edir. Amma problem bundadı ki, premyer-liqaya tez uyğunlaşa bilmədim. Belə vəziyyətdə ən yaxşısı getməkdi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür Dünən, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi Dünən, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” Dünən, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu Dünən, 22:17 Yığma İranda turnirə qatılacaq Dünən, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Dünən, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Dünən, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Dünən, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Dünən, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Dünən, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Dünən, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Dünən, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Dünən, 18:55 Yarım mövsümün rəqəmli tablosu Dünən, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Dünən, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Dünən, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Dünən, 18:49 Məkan və saat dəqiqləşdi Dünən, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Dünən, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Dünən, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Dünən, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Dünən, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Dünən, 18:37 "Keşlə"də daha bir ukraynalı Dünən, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb 17-01-2018, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı 17-01-2018, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib 17-01-2018, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! 17-01-2018, 18:21 Vitali Borisov məşqlərə qoşuldu 17-01-2018, 18:19 Liderlər sürprizə imkan vermədi 17-01-2018, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular 17-01-2018, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə 17-01-2018, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi 17-01-2018, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi 17-01-2018, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bütün xəbərlər
Ən çox oxunanlar