11 dek 18:59olke

“Keşlə” “Kəpəz”i evə əliboş göndərdi

“Keşlə” “Kəpəz”i evə əliboş göndərdi
Gəncəli azarkeşlər “İnter Arena”da qalmaqal yaratdı
Keşlə - Kəpəz (Gəncə) 2:0 (2:0)
Keşlə: 1. Orxan Sadıqlı, 3. Denis Silva (k), 4. Slavik Alxasov, 6. Samir Zərgərov (24. Fuad Bayramov, 80), 7. Mirsahib Abbasov (66. Murad Qayalı, 72), 9. Pərdis Fərcad-Azad, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 80. Rafael Məhərrəmli (81. Elvin Cəfərquliyev, 88), 88. Məmməd Quliyev.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 39. Əlibəy Məmmədli, 40. Asif Vəliyev, 46. Əsəd Məsimov, 53. Emil Əliyev, 56. Urfan İsmayılov, 58. Sinan Akkoyun, 77. Oleq Hüseynov, 99. Ricat Qarayev.
Baş məşqçi: Ramiz Məmmədov.
Kəpəz: 1.Davud Kərimi, 18. Tural Cəlilov, 3. Dedimar Fereyra, 4. Şəhriyar Əliyev, 13.Şəhriyar Rəhimov (k), 16. Azər Məmmədov (6. Ceyhun Cavadov, 76), 5. Kərim Diniyev, 12. İlyas Səfərzadə, 7. Sergey Çernişev (11. Kamran Abdullazadə, 46), 10. Tural Rzayev, 9. İlkin Sadıqov.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 2. Yusif Cəfərov, 19. Aydın Qasımov, 21. Novruz Məmmədov, 24. Məhəmməd Qurbanov.
Baş məşqçi: Yunis Hüseynov.
Qollar: P.Fərcad-Azad, 17 (1:0). R.Məhərrəmli, 40 (2:0).
Vərəqələr: T.Cəlilov, 39 (qeyri-idman hərəkəti). T.Quliyev, 58 (qeyri-idman hərəkəti). A.Skralatake, 62 (qeyri-idman hərəkəti). S.Alxasov, 62 (hakimin qərarına etiraz). M.Abbasov, 69 (qeyri-idman hərəkəti). F.Bayramov, 81 (qeyri-idman hərəkəti). İ.Səfərzadə, 90+2 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: RAUF CABBAROV, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov (hamısı Bakı).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Rauf Hüseynli (Bakı).
10 dekabr. Bakı. İnter Arena. 1000 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
“Keşlə” ilə “Kəpəz” aşağı-yuxarı eyni səviyyəli rəqiblər olduğundan, kubokdakı duel bərabərsəviyyəli komandaların görüşü sayılırdı və favorit məlum deyildi. Hər ikisi ağır dönəmdən keçir. Onsuz da heyət sıxıntısı yaşayan bakılıların baş məşqçisi Ramiz Məmmədovun seçimi də təəccübləndirdi. Təcrübəli mütəxəssis Fuad Bayramovu ehtiyatda saxlamış, Elnur Abdullayevlə Sərtan Taşkının adını isə, ümumiyyətlə, qarşılaşmanın protokoluna salmamışdı. Yunis Hüseynov Dedimar Fereyradan başqa, digər legionerlərin xidmətinə ehtiyac duymadı.
Tərəflər startda orta sahəni ələ keçirmək üçün mübarizə aparırdısa, “Keşlə” oyunu cinahlara daşımaqla təşəbbüsə yiyələndi. Hesab isə 17-ci dəqiqədə açıldı. Zərgərovun sağdan yerlə ötürməsinə Rafael yetişməsə də, top Pərdisin önünə düşdü. Hücumçu 7-8 metrdən qarşısıalınmaz zərbəylə topu tora qovuşdurdu.
Qonaqların tədricən təzyiqi artıracağı gözlənilsə də, bu baş vermədi. İrəlidə İlkin Sadıqov təkbaşına mübarizə aparır, arxadan dəstək görmürdü ki, belədə qərb təmsilçisinin hücumları kəsərsiz alınırdı. Ümumiyyətlə, ilk yarıda “Kəpəz”in bir məntiqli hücumuna belə şahid olmadıq. Əksinə, “Keşlə” fasilə ərəfəsində 2-ci topu rəqib qapısından keçirdi. Bu dəfə autdan cərimə meydançasına göndərilən topu ələ keçirən Rafaelin ilk zərbəsi müdafiəçidən dönsə də, təkrar vuruşu qol üçün kifayət etdi.
Hələ heç nə itirilməmişdi: “Kəpəz”in vuracağı 1 qol cavab görüşü üçün şansları birəbeş artıracaqdı. İkinci hissənin əvvəlində fərqi azalmaq üçün əla imkan yaranmışdı. Cəlilovun cinah asmasına yüksələn Sadıqov boyundan istifadə edib hava mübarizəsini qazandı, ancaq boş qapıya düşə bilmədi. Bir dəqiqə əvvəl isə Kərimi Mirsahiblə dueldən qalib ayrılaraq, fərqin darmadağın həddinə çatmasına imkan verməmişdi. Matçın sonlarında Kərim Diniyev əla fürsətdən yararlana bilmədi. Daha doğrusu, onun yaxın məsafədən başla zərbəsini Orxan Sadıqlı dəf edə bildi. Son dəqiqələrdə artıq açıq mübarizə gedirdi ki, “Kəpəz”in tam qüvvə ilə irəli atılması bakılılara əks-hücum şansı yaradırdı. Matça əlavə olunmuş dəqiqələrdə təşkil edilən əks-hücumda Slaviklə Pərdisin qarşısında, sadəcə, bir müdafiəçi və qapıçı var idi. Ancaq Alxasovun paralel ötürməsinə komanda yoldaşı yetişə bilmədi. Bununla belə, “Keşlə” inamlı qələbə qazandı. Paytaxt təmsilçisində hər iki qələbəsini kubokda əldə edən Ramiz Məmmədovun komandası yarımfinala “Kəpəz”dən daha yaxın görünür.

Maraqlıdı...
* “Keşlə”lilər ilk qoldan sonra yan kameraya yaxınlaşaraq sevinclərini yeni körpəsi dünyaya gələn Slavik Alxasovla birgə qeyd etdilər.
* Hər iki komandanın azarkeşləri fəal idilər. Həm qonaq komandanın, həm də meydan sahibinin tərəfdarları bayraq və barabanlarla “silahlanmışdılar”. Ancaq “Keşlə”lilərin arasında bir nağaraçı da var idi ki, ifasıyla tərəfdarları daha çox əyləndirirdi.
* Gəncədə azarkeşlərin “Xəmsə” fanklubunun rəhbəri Adil Məmmədovla bağlı plakat açmasının dəfələrlə şahidi olmuşuq. Bu dəfə xərçəng xəstəliyindən əziyyət çəkən Adil dayının şəkli “İnter Arena”da açıldı. İşin maraqlı tərəfi odu ki, bu jest meydan sahibinin tərəfdarları tərəfindən edildi. Plakatda fanklub rəhbərinin şəklinin üzərinə “Adil dayı, tez sağal, tribuna səni gözləyir” yazılmışdı.
* Tələbkar gəncəli azarkeşlər oyundan sonra etirazlarını çılğın şəkildə məşqçilər korpusuna bildirdi. Yunis Hüseynov sakitcə onları dinləsə də, Vidadi Rzayev irəli yeriyib diskussiyaya girişdi. Onun gənc azarkeşi sakitləşdirmək cəhdi fayda vermədi. Azarkeşlərlə əlaqələndirici Elmar Əliyev işə qarışdı, ancaq həmin gənc ona da sərt təpki göstərdi. Belədə Elmar az-qala onunla əlbəyaxa olacaqdı. Kənar şəxslərin araya girməsiylə dava sakitləşdirildi. Əliyevin Adil Məmmədova “gəl, tərbiyəsizlərinə yiyə dur” xitabından gənc azarkeşin “Xəmsə” fanklubunun üzvü olduğu anlaşıldı.

Belə dedilər...
Ramiz Məmmədov: “Uşaqlar bacardıqlarını etdilər. Kasad heyətlə oynayırıq. Komandam bu gün yaxşı nəticə qazanmalı olduğumuzu dərk edirdi. Birinci hissədə vacib olan qolları vurduq. “Kəpəz” top saxlamağı sevən komandadı. Bu mənada futbolçuları xəbərdar etmişdik. İkinci hissədə rəqibin itiriləsi bir şeyi qalmamışdı. Fasilədən sonra “Kəpəz” bizi müdafiəyə çəkilməyə məcbur etdi. Uşaqlar da ağıllı oynayıb, qapımızı toxunulmaz saxladılar. Heyətdəki dəyişiklikləri ilk gəldiyim vaxtlar etməliydim? Biz Nostradamus deyilik. Həyatın nəbzini tutub, gedirik. Birdən-birə həmin dəyişiklikləri etmək çətindi. Uşaqlar göstərirlər ki, əsas heyətə düşməyə layiqdilər. Əvəzedici komandadan gələn uşaqlar hazır olduqlarını bizə göstərirlər. Kim oynayırsa, meydan onundu. Geriyə qayıtmaq istəmirəm. Mən nikbin insanam. İrəliyə baxmaq lazımdı. Komanda öz oyununu yavaş-yavaş tutmaq üzrədi. Futbolçulara özünəinam hissi qayıdıb. Biz məşqçi olaraq boşluqları görürük və onları aradan qaldırmağa çalışırıq. Bu gün birgə işlədiyim bütün futbolçulara təşəkkür edirəm. Hətta vaxtilə bu komandada oynamış və çalışmış futbolçulara, məşqçilərə də minnətdaram”.
Yunis Hüseynov: “Yaxşı nəticə qazanmaq istəyirdik. Amma alınmadı. Ayın 14-də Gəncədə də oynayacağıq. İnanıram ki, futbolçular cavab görüşündə yaxşı oynayacaqlar. Şanslar yenə bərabərdi. Dedimar Fereyra istisna olmaqla, digər legionerlərin heyətə salınmamasına gəlincə, Viktor Oseqeyl zədəlidi. Samba Diallo isə hazır olmadığına görə kənarda qaldı”.
MIRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:24 Filarmoniya tribunasının bütün biletləri satılıb Dünən, 00:23 Qrup oyunlarının təqvimi müəyyənləşdi Dünən, 00:21 Rəhimova və Kulanın məhsuldarlığı kifayət etmədi Dünən, 00:19 Firdovsi Umudov üçün rəqibin fərqi yoxdu Dünən, 00:18 "Nur"a Mingəçevirdə batan yoxdu Dünən, 00:16 PFL kubokun finalıyla bağlı bu gün qərar verəcək Dünən, 00:15 “Futbol+” “Kəpəz” rəsmilərinin yalanını üzə çıxardı Dünən, 00:09 Rüfət Dadaşovun iki qolu 1/4 final üçün bəs etdi Dünən, 00:08 Samir Əliyev uqandalı hüçumçuya qovuşdu Dünən, 00:06 “Forza Neftçi” 150 fanatla “Kapital Bank Arena”ya gedəcək Dünən, 00:00 Futbolçular gərgin mübarizə vəd etdi 16-02-2018, 23:58 Sumqayıtda Avroliqaya namizədlərin dueli 16-02-2018, 23:57 “Neftçi”dən Hindistan superliqasına 16-02-2018, 23:36 Braziliya millimizlə oynamaq istəyir 16-02-2018, 23:34 Füzuli Məmmədov: “Kimin canına istəyirsiz and içə bilərəm ki, başqa söhbət olmayıb” 16-02-2018, 23:32 “İnter Arena”nın qazonu yayda dəyişdiriləcək 16-02-2018, 23:31 Qəbələdə prinsipial qarşılaşma 16-02-2018, 23:29 Ndlovu “Qarabağ”lı günlərini xatırladı 16-02-2018, 23:28 Ronaldinyo Futbol Akademiyasının layihəsi hazırdı, məkanı seçilib 16-02-2018, 23:26 Əvəzedicilər penalti vura bilmir 16-02-2018, 23:25 "Xəzər"dən darmadağın, MOİK-dən əzmkar qələbə 16-02-2018, 23:24 Futbolçular Sevgililər Gününü necə keçirib? 16-02-2018, 23:06 Petrjela “Neftçi”dən qovulmasının səbəbini 10 ildən sonra açıqladı 16-02-2018, 23:00 “Qütb”lərin qarşıdurması 16-02-2018, 23:00 Ramiz Mirzəyevin oğlu yol qəzasında dünyasını dəyişdi 16-02-2018, 20:28 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti 16-02-2018, 20:27 Təcrübəli həkimdən dəyərli məsləhətlər 16-02-2018, 20:25 Diniyevin Məşqçilər Komitəsinə dönüşü müzakirə olunmayıb 16-02-2018, 20:23 Anası Mahirin qohumdan qız almasına qarşıdı 16-02-2018, 07:52 Budaq Nəsirov zədə üzündən oynamır 16-02-2018, 07:49 Oyunda dava düşdü, İntizam Komitəsi susdu 16-02-2018, 07:47 “Sumqayıt” “Neftçi” azarkeşlərinə limit çərçivəsində yer ayıracaq 16-02-2018, 07:44 Dabo fərdi məşqlə kifayətlənir 16-02-2018, 07:42 “Qarabağ”ı azarkeşləri ziyana saldı 16-02-2018, 07:37 “Araz”la izləyicisindən “quru” qələbələr 16-02-2018, 07:28 Dario Federiko “Keşlə”yə qarşı oynayacaq 16-02-2018, 07:24 “CBC Sport ”“Kəpəz” – “Keşlə” matçını canlı yayınlayacaq 16-02-2018, 07:19 Dedov "9 nömrə"ni seçdi 16-02-2018, 07:14 PFL bilet satışını klubların ixtiyarına buraxıb 16-02-2018, 07:11 “Xəzər” dəstək üçün 5 manata azarkeş axtarır 16-02-2018, 07:06 UEFA nümayəndələri təftiş üçün Bakıdadı 16-02-2018, 07:01 Futbolçu voleybolçu ilə evlənir 16-02-2018, 06:59 Millimiz Lüksemburqa uduzdu 16-02-2018, 06:56 Polina Rəhimova baş məşqçisiz qaldı 16-02-2018, 06:54 “Formula-1”in baş icraçı direktoru Bakıya niyə gəlib? 16-02-2018, 06:51 Yeniyetmələrin çempionatı başa çatdı 16-02-2018, 06:49 Ən güclü üzgüçülər Hövsanda müəyyənləşdi 16-02-2018, 06:46 Paytaxtın ən yaxşı şahmatçısı bəllidi 16-02-2018, 06:44 “Qəbələ”nin üzvü GTC ilə anlaşdı 16-02-2018, 06:40 Kuba, Qazaxıstan və Rusiya ilə qarşılaşacağıq 16-02-2018, 06:37 Şahin Xudaverdiyev yığmanın yeni baş məşqçisidi 16-02-2018, 06:34 Finalda uduzdular 16-02-2018, 06:30 Renat Dadaşova “Ayntraxt”da perspektiv görünmür 14-02-2018, 13:24 Həsən Novruzovu Avropa çempionluğundan 30 saniyə ayırıb 14-02-2018, 13:16 Ceyhun Məmmədov yenə prezident oldu 14-02-2018, 13:15 Fəridə Əzizovanı soyan şəxs yaxalanıb 14-02-2018, 13:14 AÇ-də fərqlənənlər mükafatlandırıldı Bütün xəbərlər
Ən çox oxunanlar