08 dek 21:09olke

“Neftçi” kuboku qurban verməlidi

“Neftçi” kuboku qurban verməlidi
Titul dalınca düşüb, Avropasız qala bilərlər
Premyer-liqanın ilk yarısı da başa çatdı, “Qarabağ”ın Çempionlar Liqasındakı mübarizəsi də. Bu gün keçiriləcək “Səbail” – “Qarabağ” matçı çempionatın 2017-dəki sonuncu matçı kimi yadda qalacaq. Lakin bu hələ son deyil. Qarşıda bizi biri-birindən gərgin daha 8 qarşılaşma gözləyir. Ölkə kubokunun 1/4 finalında premyer-liqada iştirak edən 8 komanda üz-üzə gələcək. Başqa cür desək, dekabrın 15-nə qədər yarımfinalçılar müəyyənləşəcək. Maraq doğuran cütlərdən biri də “Neftçi”ylə “Zirə” arasında baş tutacaq görüşlərdi. Bir tərəfdə ötən il məhz bu rəqibini kubokdan kənarlaşdıran “ağ-qaralar”, digər tərəfdə son 3 mövsümün çempionat oyunlarında ölkənin ən titullu komandasına uduzmayan “qartallar”dı. Oyunlar keçiriləcək, bu öz yerində. İndiki durumda olduqca vacib sual var: kubok “Neftçi”yə lazımdımı?
İki cəbhədən ən realı...
Əlbəttə, lazımdı. Ağlı başında olan hansı məşqçi, ya da futbolçu tituldan imtina edər ki? Aha, ikinci sual: “Neftçi” sonuncu dəfə 2014-də əldə etdiyi qəniməti növbəti dəfə muzeyinə aparmaq gücündədi? Bax, bu sualı təkcə biz yox, məşqçi və futbolçu heyəti də özləri özlərinə verir. Məsələyə real yanaşsaq, cavab “yox”du. Fikir verirsizsə, Tərlan Əhmədovun baş məşqçi postuna yiyələnməsindən sonra “ağ-qaralar” ayaqlaşa biləcəyi rəqiblərin hamısını udub. “Keşlə”, “Sumqayıt”, “Kəpəz” və “Səbail” ikinci dövrədə bakılılara boyun əyən komandalardı. Bəs hansı rəqiblərdən 3 xal almaq mümkün olmayıb? “Qarabağ”, “Qəbələ” və “Zirə”dən. Deməli, bu gün üçün bu rəqiblərlə ayaqlaşmaq, yəni onları mübarizədən kənarlaşdırmaq olduqca çətin, hətta mümkünsüz görünür. Hətta heyət gücləndirilsə belə, “Neftçi”nin “Qəbələ”ylə “Qarabağ”ı meydandan üzüsulu yola salması inandırıcı deyil. Qışda yeni futbolçular cəlb oluna bilər. Onların uyğunlaşması, Azərbaycan futbolunun ab-havasını duyması müəyyən vaxt itkisi deməkdi. Kubokda ən yaxşı halda mübarizə apara, boy göstərə bilərlər. Yaxşı nəticə gözləmək çətindi. Üstəlik, söhbət eyni zamanda iki cəbhədən gedirsə.
...premyer-liqadı
Həyatda mümkünsüz heç nə yoxdu. Amma reallıq hisslərini unutmadan. Sizcə, “Neftçi” indiki durumda avrokuboklara yollanmaq üçün həm çempionatda, həm də kubokda uğura imza ata bilər? Təsəvvür edin, həm ölkə kubokunu başı üzərinə qaldırırlar, həm də premyer-liqanı 4-cü pillədə başa vururlar. Bunu bacarmaq üçün geniş və oturuşmuş heyət, “Qarabağ”la “Qəbələ”nin heyətindəki kimi səviyyəli futbolçular və fiziki güc tələb olunur. “Neftçi”nin qısa zamanda heyətlə bağlı fantastik dəyişikliklərə əl atacağını gözləməyə dəyməz. Belədə çıxış yolu qalır iki yoldan birini seçməyə. Ya kuboku düşünməlisən, ya da çempionatı. “Zirə” səddi keçilsə, hadisələrin sonrakı axarı haqda az sonra bəhs edəcəyik. Çempionatdan bəhs edək. Bugünkü duruma nəzər salaq. 14 oyundan sonra “Neftçi”nin hesabında 16, “Sumqayıt”ın 20 xalı var. “Zirə” 30, “Qəbələ” 31, lider “Qarabağ” isə 1 oyun az keçirməklə 34 xala sahibdi. Bu isə o deməkdi ki, “ağ-qaralar” üçün ilk “3-lüy”ə iddia etmək şirin yuxudan başqa bir şey deyil. Ən yaxşı halda 4-cü pilləyə ümid etmək qalır. Bu isə çətin görünməməlidi. Qış fasiləsindən sonra daha 14 qarşılaşma baş tutacaq ki, “Sumqayıt”la şəxsi oyunlarda həmin 4 xalı “əritmək” çətin görünməməlidi. Bir qədər diqqətli olmaqla xalların sayını artırıb, 4-cü pilləni “kimyaçılar”ın əlindən alırsan, vəssəlam. Avroliqaya vəsiqə cibindədi.
Titul yaxşıdı, amma....
Kubokdakı durum isə yuxarıda izah etdiyimiz kimidi. Deməli, “Neftçi” 1-4-də “Zirə” səddini adlasa belə, yarımfinalda qarşısına “Qəbələ” – “Səbail” cütünün qalibi çıxacaq. Dünya dağılıb yenidən qurulmasa, möcüzə baş verməsə, həmin cütün qalibi bölgə təmsilçisi olacaq. Başqa cür desək, bakılılar yarımfinalda qəbələlilərlə üz-üzə gələcək. İlk oyunlar aprelin 11-də, cavab görüşləri bir həftə sonra baş tutacaq. Həmin ərəfədə “Neftçi”ni biri-birindən 3 ağır çempionat oyunu gözləyir. Aprelin 8-də çempionatdakı əsas rəqibi “Sumqayıt”la münasibətlərə aydınlıq gətirməli, 14-də indiyə qədər çempionatda uda bilmədiyi “Zirə”nin qarşısına çıxmalı, 22-dəki rəqib çempionluğa iddia edən “Qəbələ”. Bir sözlə, 15 günə 5 oyun. Rəqiblər isə qeyd etdiyimiz kimi, “Sumqayıt”, “Zirə” və üç dəfə “Qəbələ”. Bu oyunların hamısından başıuca çıxmaq üçün azı “Qarabağ” səviyyəsində komanda gərəkir. Həm heyət, həm təcrübə, həm də güc olaraq. Üstəlik, o da nəzərə alınmalıdı ki, “Sumqayıt”ın kubok mübarizəsində yarımfinala yüksəlmək şansı uzağı 10 faizdi. Rəqib “Qarabağ”dısa, əlavə şərhə ehtiyac qalmır. Yəni “kimyaçılar”ın 1/4 səddini keçə bilməməsi “Neftçi”yə ikiqat zərbə olacaq. Sumqayıtlılar yalnız çempionat görüşlərinə hazırlaşdıqları halda, bakılılar 15 gündə 5 oyun keçirməli olacaqlar.
...Allah betərindən qorusun
Təqvimlə tanış olduz. İndi siz deyin, “Neftçi”nin bütün diqqətini çempionata ayırıb, yalnız “Sumqayıt”la 4 xal fərqini “əritmək” haqda düşünməsi daha ağlabatandı, yoxsa kubokda “Zirə”ni, “Qəbələ”ni, sonda “Qarabağ”ı mübarizədən kənarlaşdırması? “Hər ikisində uğur qazanmaq lazımdı” şəklində düşünənlər sonda Əliylə Vəlinin aşından məhrum olacaqlarını göz önünə alıblar? Titul gözəl şeydi, hamı qazanmaq istəyir. Amma baxır hansı komandada. Sən ötən mövsümü hər iki cəbhədə boşa verib, avrokuboklara vəsiqəsiz qalmısansa, ilk növbədə həmin vəsiqəni qaytarmaq uğrunda düşünməlisən. Vay o günə ki, son illərdə olduğu kimi, titulun dalınca düşüb çempionatı da əldən verəsən. Elə olsa, “bizə deməmişdilər” deməyin. Biz dedik...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür Dünən, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi Dünən, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” Dünən, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu Dünən, 22:17 Yığma İranda turnirə qatılacaq Dünən, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Dünən, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Dünən, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Dünən, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Dünən, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Dünən, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Dünən, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Dünən, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Dünən, 18:55 Yarım mövsümün rəqəmli tablosu Dünən, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Dünən, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Dünən, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Dünən, 18:49 Məkan və saat dəqiqləşdi Dünən, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Dünən, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Dünən, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Dünən, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Dünən, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Dünən, 18:37 "Keşlə"də daha bir ukraynalı Dünən, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb 17-01-2018, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı 17-01-2018, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib 17-01-2018, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! 17-01-2018, 18:21 Vitali Borisov məşqlərə qoşuldu 17-01-2018, 18:19 Liderlər sürprizə imkan vermədi 17-01-2018, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular 17-01-2018, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə 17-01-2018, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi 17-01-2018, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi 17-01-2018, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bütün xəbərlər
Ən çox oxunanlar