08 dek 19:19olke

Vaqif Paşayev problemi uşaq məşqçilərində görür

Vaqif Paşayev problemi uşaq məşqçilərində görür
“Necə olur, mən asfaltın üstündə, cırıq toplarla Rəşad Sadıqov, Ceyhun Sultanov kimi futbolçular yetişdirirəm, ancaq indiki nəsil bunu bacarmır?
“Qarabağ”ın U-19 komandasının baş məqşçisi Rəşad Sadıqovun “Roma” ilə oyundan sonra səsləndirdiyi fikirlər futbol ictimaiyyəti arasında böyük əks-səda doğurub. Qısaca bir daha xatırladaq ki, Sadıqov yeni yetişən futbolçu nəslinin perspektiv vəd etmədiyini, bu sahədə inqilabi dəyişikliklərin qaçılmaz olduğunu vurğulayıb. Onun sözləri bir daha göstərir ki, vaxtında bu sahəyə diqqət ayrılmasa, bir neçə ildən sonra bütün dünya Azərbaycanı futbol aləmində “cırtdan ölkə” kimi qəbul edəcək. Halbuki hamı yaxşı bilir ki, hazırda ölkədə lap üst səviyyə futbolun inkişafında maraqlıdı.
Sadıqovun məlum açıqlaması ilə bağlı uşaq futbolunun bilicilərindən sayılan, bu sahənin püşəkarlarından olan Vaqif Paşayevlə danışmağı lazım bildik.
- Vaiqf müəllim, demək olar ki, məşqşi karyeranızın çox hissəsini gənc nəslin yetişməsinə həsr etmisiz. Yetirməniz olan Rəşad Radıqov “Roma” ilə qarşılaşmadan sonra mətbuata açıqlamasında uşaq futbolunda inqilabi dəyişikliklərin vacibliyini qeyd edib. Mütəxəssis kimi sizin də fikrinizi bilmək istərdik. Doğrudanmı bu sahədə vəziyyət açınacaqlıdı?
- Rəşad acı reallığı ictimaiyyətə açıqlayıb. Yetirməm olan Sadıqov hər şeyi düz ifadə edib. Doğrudan da bu gün uşaq futbolunda vəziyyət acınacaqlıdı. Neçə vaxtdı bu haqda danışıram, idman mətbuatına müsahibələr verirəm. Ancaq məni eşidən yoxdu. Yaxşı ki, Rəşad acı reallığı dilinə gətirdi. Bu yerdə ortaya sual çıxır: necə olur, mən asfaltın üstündə, cırıq toplarla Rəşad Sadıqov, Ceyhun Sultanov kimi futbolçular yetişdirib, milli komandaya verirəm, ancaq indiki nəsil bunu bacarmır? Sizə cavab verim. Hər şey metodikadan, işə yanaşmadan asılıdı.
- Sizcə, indiki nəsil zəifdi, yoxsa onlara məşq keçən müəllimlər?
- Bu suala necə cavab verim? Məncə, əvvəlkilərlə müqayisədə indiki uşaqlar daha savadlıdı, dünya görüşləri daha çoxdu. Sadəcə, məşqçilər işlərini düzgün qurmurlar. Bu sahənin peşəkarı kimi dəfələrlə AFFA-ya müraciət etmişəm, məktub yazmışam ki, bizim təcrübəmizdən yararlansınlar. Ancaq çifayda. Nə əlaqə saxlayan olub, nə də müraciətimə cavab verən. Onsuz da bizim nəslin nümayəndələri az qalıb. Şəxsən mən illərboyu yığdığım təcrübəni bölüşmək istəyirəm. Ancaq buna diqqət ayıran yoxdu. Rəşad düz deyir. İndi futbolçu yetişmir. Deyəsən, indi bir neçə günə məşqçi adı qazanan məşqçilər daha lazımlıdı, nəinki həyatının çox hissəsini bu sahəyə həsr edən, saçını bu yolda ağardan müətəxəssislər. Həqiqətən bu gün Azərbaycanda uşaq futbolunda islahatlar qaçılmazdı. Nə edək ki, bizi eşidən yoxdu.
- Siz vəziyyətdən çıxış yolu kimi nə təklif edirsiz?
- Mən bu sahədə az-çox nəyisə bilirəm. Məsələn, “Qarabağ”da, səhv etmirəmsə, 8-9 yaşlı Onur adlı uşaq var idi. Onun oyunlarını izləyir, düşüncəsinə valeh olurdum. Hiss edirdim ki, bu uşaq gələcəkdə ölkə futbolunun ulduzlarından biri olacaq, yığmaya fayda verəcək. Lazımi instansiyalara onunla bağlı məlumat ötürdüm. Ancaq görünür, mənim sözüm onlar üçün keçərli olmadı. Bu yaxınlarda eşitdim ki, həmin uşaq artıq türk klublarından birinin maraq dairəsinə düşüb. Uşaqla bərabər atası və anasını Türkiyəyə dəvət ediblər, işlə təmin olunublar. Bu nə deməkdi? Bu o deməkdi ki, hansısa istedadlı azərbaycanlı uşağı itirdik. Onun gələcəkdə Azərbaycan, yoxsa Türkiyə yığmasını seçəcəyi məlum deyil. Yalnız o bəllidi ki, əlimizdə olanların qədrini bilmirik. Bu da ondan irəli gəlir ki, uşaq futbolunda çalışan məşqçilərin savadı aşağıdı. Bir neçə günə kateqoriya alan məşqçilərin hörməti mənim kimi həyatını bu işə həsr edənlərdən çoxdu. Artıq mənim təaqüd yaşım çatıb. Bununla bağlı AFFA-ya müraciət də etmişəm. Ancaq ərizəmə baxan yoxdu. Heç təqaüd də istəmirəm. heç olmasa, təcrübəmdən yararlansınlar. Fürsətdən istifadə edib Rəşada bir daha “çox sağ ol” deyirəm ki, yatanları oyadır. Özümüz-özümüzü aldatmayaq. Uşaq futboluna ciddi diqqət ayırmaq lazımdı, görüntü xatirinə yox. Bəlkə onda bizim də yetirmələrimiz gələcəkdə nəyəsə nail ola biləcək, Avropanın aparıcı klublarında legioner həyatı yaşayacaqlar. İndiki münasibətlə isə bu qeyri-mümkün görünür.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Bu gün, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Bu gün, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Bu gün, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Bu gün, 12:47 Miloş Velebit kimdi? Bu gün, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Bu gün, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Bu gün, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Bu gün, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Bu gün, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Bu gün, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Bu gün, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Bu gün, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Bu gün, 12:23 “Red Black Army” narahatdı Bu gün, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Bu gün, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Bu gün, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar