Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
07 dek 18:45olke

Qurbanov: “Bəzi oyunlarda daha yaxşı nəticə göstərə bilərdik”

Qurbanov: “Bəzi oyunlarda daha yaxşı nəticə göstərə bilərdik”
Di Françesko: “Çelsi” ilə ilk oyunda “Qarabağ”ın sistemi səhv idi”
Oyunsonrası mətbuat konfranslarından birincisində Qurban Qurbanov media önünə çıxdı. Hədsiz kefsiz görünən “Qarabağ”ın baş məşqçisi əvvəlcə oyun haqda danışdı:
- “Roma”nı qələbə münasibəti ilə təbrik edirəm, uğurlar arzulayıram. Çox istəyirdik ki, məğlub olmayaq. Təəssüf, alınmadı. Qapımızda 1 qol gördük və məğlub olduq. Futbolçularım uduzmaq istəmirdilər, layiqincə oyun göstərdilər.
- CL-in qrup mərhələsindəki sonuncu oyunumuz idi. Qrup mübarizəsinin yekunlarını təhlil etsək, nə deyə bilərsiz? Ramil Şeydayevlə Ağabala Ramazanovu meydana oyunu dəyişmək üçün buraxdız, yoxsa onlara da qrup mərhələsində şans vermək istəyirdiz?
- Yekunu normal sayıram. “Çelsi” ilə ilk oyunu kənara qoysaq, qalan bütün matçlarda futbolçular layiqincə çıxış etdi. Bəzi qarşılaşmalarda daha yaxşı nəticə göstərə bilərdik. Qırmızı vərəqələr, təcrübəsizlik də nəticələrimizə təsir göstərdi. Rəqiblərimizin hər biri ilk iki yeri tutmağa layiq idi. Ramillə Ağabalanı meydana buraxmağım oyunun axarına uyğun idi. Dino və Mahir hədsiz çox güc sərf etdilər, yorulmuşdular. Ramillə Ağabalanı buraxdım ki, hücumda hərəkətlilik, sürət daha da artsın.
- Qrupda üç oyunda futbolçularınız qırmızı vərəqə aldı. Bunlar olmasaydı, qrupdakı yerinizə təsiri ola bilərdimi? Bu gün müdafiə xəttinizin çıxışını necə dəyərləndirərdiz? Üç aparıcı futbolçunun yoxluğunda müdafiə xəttinin çıxışından razı qaldızmı?
- Bizim kimi komandalarda əlimizdə nə qədər çox oyunçu olsa, variantlar da çox olur.
Bu məqamda Qurban bəy fasilə verməli oldu. Çünki “Sky Sport İtaly” telekanalının əməkdaşı Ancelo Meccarini heç kimin gözləmədiyi halda canlı yayına qoşuldu və bununla da hər kəs çaş-baş qaldı. Həmkarımızın ədəbsizliyi həm bu mətbuat konfransının, həm də Eusebio di Françeskonun jurnalistlərlə görüşünün axarına təsir göstərdi. Hər halda, bəndəniz Di Françeskodan bunun hesabatını tələb etdi.
Onların yoxluğu bizə sıxıntı yaratdı. Amma onlar olsaydı, daha çox xal toplaya bilərdikmi - bunu deyə bilmərəm. Müdafiə xəttinin oyununa gəlincə, bir-iki epizodu çıxmaq şərti ilə çox diqqətli oynadılar. Hər bir futbolçunun oyunundan razı qaldım. Xüsusilə də müdafiə xəttindən. Sadəcə, hücuma çıxanda sərrast oynamadıq.
Qurban bəydən bir neçə dəqiqə sonra danışmaq növbəsi Eusebio Di Françeskoya çatdı.
- Bu axşam qələbə qazansaz da, komandanız çox da möhtəşəm oynamadı. Emosiyalarınızı bilmək istərdik...
- Xüsusi təəssüratlarım yoxdu. Komandam bu gün qələbə qazanmağı çox istəyirdi. Buna məcbur idik. Birinci hissədə istədiyimiz kimi oynaya bilmədik. İkinci hissədə isə fəallaşdıq, qol vurduq, qələbəni təmin etdik. Artıq indidən 1/8 final barədə düşünməyə başlamışıq. Bunu çox istəyirdik. Amma burda dayanmamalı, daha da irəli getməliyik. Bu gün qələbəni çətinliklə təmin etdik. Amma asan qələbə qazanmaq da öyünüləsi bir şey deyil.
- Sizə elə gəlmir ki, “Roma”nı uğurlara daşıyan daha çox sol cinahın uğurlu çıxışıdı?
- Doğrudan da, komandamızın sol cinahı yaxşı çıxış edir. Amma mən bütün komandadan daha yaxşı oyun gözləyirəm. Stefan Əl- Şaaravinin də çıxışını xüsusu qeyd edərdim. Ümumiyyətlə, bu gün oynayan, oynamayan hər bir futbolçu, bütövlükdə komandamız ÇL-də mərhələ keçməyimizi çox istəyirdilər.
- Bakıdakı oyunda hansısa azərbaycanlı jurnalist sizin mətbuat konfransınızı kəsib canlı yayına bağlansaydı, buna münasibətiniz necə olardı? Çünki bir qədər öncə Qurban Qurbanov “Sky Sport”un əməkdaşı tərəfindən eyni münasibətlə üzləşdi...
- (salonda böyük canlanma yaranır) Mən həmişə jurnalistlərin bütün suallarına cavab verməyə çalışıram. İndi də futbol haqda olan suallarınızı məmnunluqla cavablayardım. Amma belə şəxsi məsələlər barədə suala cavab verməkdə çətinlik çəkirəm.
- Sabah 1/8 finala vəsiqə qazanan bütün klubların adları bəlli olacaq. “Bavariya”, “Real”, “Mançester Yunayted” kimi güclü rəqiblərlə qarşılaşa bilərsiz. Onların hansı ilə üz-üzə gəlməkdən qorxursuz və ya hansıyla qarşılaşmaq istərdiz?
- Təbii ki, “Roma” heç bir rəqibdən qorxmamalıdı. Hər komandayla oynamağa hazırıq. Kimdənsə çəkinsək, indiyə qədər dediyim sözlərin heç bir mənası olmaz. “Roma” hər bir rəqiblə bərabər səviyyədə mübarizə aparmağa hazır olmalıdı.
- “Atletiko” “Qarabağ”la oyunlarda 4 xal itirdi. “Roma” da hər iki görüşdə çətinliklə qalib gəldi. ÇL-də debütant olan bu komanda haqda fikirləriniz necədi? Bakıda və burda qarşılaşdığınız “Qarabağ” arasında hansı fərqləri gördüz?
- “Qarabağ” əla oyun nümayiş etdirdi. Yalnız ilk qarşılaşmanı çıxmaq şərti ilə. Çünki “Çelsi” ilə ilk matçda sistem səhv idi. Ondan sonra həmin sistemdən istifadə etmədilər və çıxışları da uğurlu alındı. Layiqli rəqib idi. Xüsusilə bizim üçün “Atletiko”nun qarşısını aldılar. Hansı ki, bu, bizim üçün böyük əhəmiyyət daşıyırdı.
MAHİR
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar