07 dek 18:40olke

İtalyan həmkarlarımız Şehiçi tərifləyir

İtalyan həmkarlarımız Şehiçi tərifləyir
“Debütant “Qarabağ” növbəti avrokubok mövsümünə hazırlaşa bilər”
“Qarabağ”ın İtaliyada qazanacağı mümkün uğur belə heç nəyi dəyişməyəcəkdi. “Köhlən atlar” qələbə sayəsində xalını 5-ə çatdıra bilərdi ki, bu da 3-cü yerlə Avroliqaya yollanmağa imkan vermirdi. Qələbə və ya heç-heçə ən yaxşı halda Çempionlar Liqasının qapısını bərk çırpmağa hesablana bilərdi. Bu da baş tutmadı.
Qrupu 1-ci pillədə tamamlayan “Roma” Perottinin vurduğu qol sayəsində lazım olan 3 xalı əldə etdi. Halbuki matçın sonlarında ağdamlıların hesabı bərabərləşdirmək şansı var idi. Ümumilikdə “Qarabağ” bu qarşılaşmada qat-qat özündən güclü rəqib önündə əyilmədi, əzilmədi. Üstünlük romalıların tərəfində olsa da, Azərbaycan çempionu sona qədər mübarizə apardı.
Maraqlıdı, görəsən, italyan həmkarlarımızın bu oyunla bağlı fikirləri necədi? Matçla bağlı nə düşünürlər?
gazzetta.it: “Çempionlar: “Roma” – “Qarabağ” 1:0. Perotti məsələyə nöqtə qoyur. “Azərbaycan divarı”nı yarmağı Dzekoyla Əl-Şaaravi yox, məhz argentinalı bacarır. Qonaqların Romadakı niyyətini anlamaq çətin deyildi. “Canavarlar”ı qapılarına yaxın buraxmamaq və əks-hücum taktikası ilə istəklərinə çatmaq. Onlar bunu ilk hissədə yaxşı bacardılar. Hesabın açılmamasına görə isə Bosniya və Hersoqovina millisinin qapıçısı İbrahim Şehiçə minnətdar olmalıdılar. O təkcə birinci 45 dəqiqədə “Roma”lıları dörd dəfə qol vurmaq imkanından məhrum etdi. Hesabın açılmasından, ya nədənsə matçın sonlarına yaxın meydan sahibləri müdafiədə diqqətsiz davranırdılar. Miçel azacıq dəqiq oynasaydı, hesabı bərabərləşdirəcəkdi. Son saniyələrdə isə müdafiəni unudub, tam qüvvə ilə irəli atılmışdılar. Şehiç bu dəfə də xilaskar rolunu oynadı. Vacib qələbəni azarkeşləri ilə bayram edən “Roma” qrupu 1-ci pillədə başa vurdu. “Qarabağ”ın daha bir sürprizə imza atmaq istəyi isə bu dəfə baş tutmadı”.
tuttosport.com: “Roma”yla “Yuventus” qrup mərhələsini inamla aşıb, 1/8-ə vəsiqəni təmin etdi. Eusebio Di Françesko Kolarov daxil aparıcı futbolçuların hamısına şans vermişdi. Məqsəd aydın idi. “Qarabağ”ı məğlub edib, qrupu 1-ci pillədə başa vurmaq. Qələbə asan başa gəlməsə də, reallaşdı. Oyunboyu üstün təsir bağışlayan “canavarlar”ın ən böyük problemi qol imkanlarını sağa-sola xərcləmək idi. Belə olmasaydı, hesab hələ ilk yarıda açılacaqdı. “32 nömrə” ilə qapıçıları (Elvin Yunuszadə ilə İbrahim Şehiç – H.) yetərincə diqqətli davranmağa çalışırdılar. Dzeko ilə Əl-Şaaravi isə həyatlarındakı səhvlərin acığını sanki topdan çıxırmış kimi elə zərbə endirdilər ki, buna sevinən təbii ki, qonaqlar idi. Perottinin Dzeko ilə qurduğu hücumu birinci başla boş qapıya göndərib oyunun müqəddəratını həll etdi. “Roma”yla “Çelsi” ÇL-də çıxışını davam etdirir, “Atletiko” Avroliqada oynayacaq. Debütant “Qarabağ” isə növbəti avrokubok mövsümünə hazırlaşa bilər”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar