07 dek 18:38olke

Müdafiə Nazirliyinin komandası xərəyə görə cərimələndi

Müdafiə Nazirliyinin komandası xərəyə görə cərimələndi
Dünən AFFA İntizam Komitəsinin (İK) növbəti iclası baş tutub. Komitə üzvləri Topaz premyer-liqasında və əvəzedicilərin çempionatında 14-cü, birinci divizionda isə 12-ci turda, həmçinin kubokun 1/8 final oyunlarında yaşananları müzakirə edib və hüquqi qiymət veriblər.
Premyer-liqada yalnız “Qarabağ” – “Neftçi” matçı cəriməyə əsas verib. Oyunun 26-cı dəqiqəsində Ağdam təmsilçisinin azarkeşləri pirotexniki vasitələrdən istifadə edib ki, bu da meydan sahiblərinə 800 manat bahasına başa gəlib.
Əvəzedicilərin son turdakı görüşlərindən birində - “Səbail” – “Zirə” qarşılaşmasında qonaq komandanın 4 futbolçusu sarı vərəqə alıb ki, bu da 800 manat cərimə deməkdi. “Keşlə”ni isə məşqçisi ziyana salıb. “Qəbələ” ilə oyunun 44-cü dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə tribunaya göndərilən məşqçi Üzeyir İbrahimov qış fasiləsindən sonrakı ilk turda ehtiyat oyunçular skamyasında olmayacaq. Onun davranışı kluba 400 manat cərimə kəsilməsinə şərait yaradıb.
Divizionda son turun iki görüşü PFL-in “büdcəsini artırmağa xidmət edib”. “Mil-Muğan” – “Turan Tovuz” matçında qonaqlar sarı vərəqə sayının çoxluğuna görə 80 manat “tərləyibsə”, meydan sahiblərini 60-cı dəqiqədə birbaşa qırmızı vərəqə ilə qovulan Bayram Əliyev ziyana salıb. Futbolçunun intizamsızlığı ona 2 oyun, klubuna 160 manat cərimə bahasına başa gəlib. “Zaqatala” – “Sabah” matçında isə 2 futbolçu meydandan qovulub. 40-cı dəqiqədə “Sabah”ın futbolçusu Cavad Kazımov ikinci sarı vərəqədən sonra qarşısında “qırmızı” görüb ki, onun cəzası yüngül olub - 1 oyun, 20 manat cərimə. “Zaqatala”da isə Osman Qurbanov əvvəlcə 88-ci dəqiqədə “sonuncu ümid folu”na görə birbaşa “qırmızı” görüb. Bununla razılaşmayan futbolçu oyun bitdikdən sonra hakimlər briqadasına yaxınlaşaraq, onları təhqir edib. İK intizamsız futbolçunu 4 oyunluq diskvalifikasiya edib, klubuna isə 320 manat cərimə kəsib.
Kubok oyunlarına gəlincə, “Şüvəlan” və “Mil-Muğan” sarı vərəqələrin bolluğuna görə hərəyə 80 manat “tərləyib”. Ancaq darmadağınla kubokdan “bayıra atılan” İmişli təmsilçisi “Qəbələ” ilə oyunun 83-cü dəqiqəsində azlıqda qalıb ki, Samir Babayevin ikinci xəbərdarlığı klubu daha 20 manat ödəməyə vadar edir. Futbolçunin 1 oyunluq cəzası isə növbəti mövsümdə qüvvədən düşəcək. MOİK – “Keşlə” matçında isə ev sahibi MOİK-ə oyunu xərək daşıyan uşaqlarla təmin etmədiyinə görə 80 manat cərimə kəsilib.
Beləliklə, son iclasda klublara 2840 manat cərimə kəsilib. Bu isə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğin 47860 manata çatması deməkdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar