Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
03 dek 13:13olke

“Keşlə”nin Mirhüseyn “oyunu”

“Keşlə”nin Mirhüseyn “oyunu”
Zaur Axundov, çörəyi qulağımızın dibinə yemirik!
Noyabrın 30-da yayılan xəbərdən sonra nə premyer-liqanın 14-cü turunun oyunları yada düşür, nə də “Qarabağ”ın “Roma” ilə səfər qarşılaşması. Bütün diqqətlər bir nöqtəyə - “Keşlə”nin sabiq futbolçularına yönəlib. İndi bütün futbol ictimaiyyəti Nizami Hacıyevlə Mirhüseyn Seyidovdan danışır. Bu iki futbolçunun şübhəli oyunlara görə müvafiq orqanlar tərəfindən saxlanılması aydın səmada şimşək effekti verdi.
Elə həmin gün axşam saatlarında məlum oldu ki, futbolçular azadlıqdadı. Sadəcə, dindiriliblər, vəssalam. Halbuki klubun Müşahidə Şurasının rəhbəri Zaur Axundov Nizamiylə Mirhüseynin saxlanıldığını dilə gətirmişdi. Şübhə yoxdu ki, futbolçuların sorğu-suala cəlb olunmasının, bununla da “Keşlə”nin uğursuzluqlarında əsas günahkarlar kimi qələmə verilməsinin arxasında Axundov durub. Ramiz Məmmədovun hələ “Neftçi”ylə qarşılaşmadan sonra “danışsam, partlayış olacaq” sözünü atıb, məsələnin məğzini gizlətməsi də Zaur bəylə ikili söhbətə hesablanmışdı. Məhz baş məşqçi ilə sədrin bağlı qapılar arxasındakı görüşündən sonra Axundov əməliyyata başladı. Yəni Seyidovla Hacıyevdən şübhəli şəxs qismində izahat alınmasına nail oldu.
Dünən isə Mirhüseyn Seyidov mətbuata açıqlamasında “Neftçi”ylə oyunda qəsdən zəif oynadıqlarını dilə gətirməklə çoxlarını təəccübləndirdi. Bu addımını “Neftçi”də yetişməsi və komandanın hazırkı durumu ilə əlaqələndirdi. Və ən sonda əməlinə görə hər kəsdən üzr istədi. Maraqlıdı, deyilmi?
Kimlərinsə qurduğu planın uğurla baş tutduğunu deyə bilərik. Zaur Axundov sıradan şəxs deyil, vaxtilə Nərimanov rayon İcra Hakimiyyətində müavin vəzifəsində işləyib, çevrəsində kifayət qədər polis, orqan işçiləri var. Yəni Mirhüseyni bu şəkildə açıqlama verməyə məcbur etmək, yaxud bu yolu göstərmək çətin olmamalıdı. Futbolçuları “divara dirəməsəydilər”, “sən öl, mən ölüm”lə heç nəyə nail olmayacaqdılar. Amma milyon faiz əmin ola bilərsiz ki, burda söhbət “Neftçi”yə qarşı qəsdən zəif oynamaqdan, oyunu “verməkdən” getmir. Daxildə bizə məlum olmayan olduqca ciddi faktlar var ki, həm klub rəhbərliyi, həm də futbolçular məsələnin şişməsində maraqlı deyil. Daha doğrusu, “bombanın partlaması” AFFA rəhbərliyinə böyük zərbə olar.
İlk növbədə Azərbaycan futboluna olan-qalan inam, maraq da azalacaq. Hansısa oyun alverinin üstü açılsa, ölkə futbolu dillərdə məzə obyektinə çevriləcək. Bir başqa nöqtə söhbətin ölkə rəhbərinin qulağına çatması ehtimalıdı. Yəni futbolçular “içəri”də hər nə qədər çox saxlanılsaydı, alğı-satqı söhbətləri uzansaydı, “yuxarılar” bundan duyuq düşəcək, AFFA rəhbərlərindən hesabat tələb edəcəkdilər. Hə, əsas məsələ - UEFA. Avropanın ali futbol qurumu danışılmış oyunlara xüsusi diqqət yetirir və bu kimi əməlləri törədənləri ilk həmlədəcə məhv edir. Elə həmin olayların yaşandığı ölkənin futbol qurumunu da. Ciddi sanksiyalar tətbiq olunur, UEFA-dan ayrılan qrant və yardım pulları kəsilir. Nüfuza dəyən zərbə də öz yerində. Ona görə də lap alğı-satqı varsa belə, məsələnin qabardılmasında ilk növbədə AFFA maraqlı olmayacaqdı. Zaur Axundov kimdi? AFFA İcraiyyə Komitəsinin üzvü, assosiasiya başqanı Rövnəq Abdullayevə yaxın şəxs.
İki gün əvvəl “Keşlə”nin yaydığı bəyanatda bu iki futbolçunun çempionatın son 5-6 matçında danışılmış oyunlarda iştirakına şübhələr yarandığına görə müqavilələrinə xitam verildiyi bildirilmişdi. Lakin Mirhüseyn yalnız “Neftçi”ylə qarşılaşmanı işarə verir, Nizami isə yoxdu, qeybə çəkilib. O niyə danışmır, hara yoxa çıxıb? Niyə məhz “Neftçi”ylə oyun? Bəs digər qarşılaşmaların şübhəsi hara və niyə yoxa çıxdı? “Səbail”lə “Kəpəz”ə məğlubiyyətlərin səbəbkarı kimlər idi? Onları da Seyidov “vermişdi”? Elədisə, niyə o haqda danışmır, niyə bütün oxlar “Neftçi”ylə qarşılaşmaya yönəlib?
Sizcə, ortada başqa söhbətlər olmasa, “Neftçi”ylə görüşdə zəif oynaması Seyidova necə sübut olunardı? Və ya Mirhüseyn kimi ağıllı, işini bilən adam mətbuata o şəkildə açıqlama verib, karyerasını ayaqlar altına atardımı? Müsahibədən də hiss olunur ki, futbolçu hansısa məsələnin bağlanması üçün bu cür danışmağa razılıq verib. Çünki əsl səbəbin üzə çıxması nə futbolçuya, nə klub rəhbərliyinə, nə də AFFA-ya sərf edir. Yox, “Neftçi”ylə qarşılaşmaya “barmaq” edibsə və “Keşlə”nin bununla bağlı faktı varsa, ortaya qoysun, biz də bilək. Həmin məntiqlə, bir oyunu zəif keçirənlərin hamısı oyun “verəndi”? Adam qapısına qol vurmayıb, rəqibə “get, qol vur” ötürməsi verməyib. Belədə “Neftçi”yə qarşı zəif oynadığını ona kim və necə sübut edə bilərdi?
“Qazanın dibindəki” nədisə, maraqlı şeyə oxşayır. Bax, o “şey” gizlədilir. Amma bir gün mütləq üstü açılacaq. Zaur Axundov əmin olsun ki, çörəyi qulağımızın dibinə yemirik. Çıxıb əsl həqiqəti açıqlayana kimi Mirhüseynlə Nizami yaddaşlarda “oyun verən” kimi yox, “qurban” kimi qalacaq. Axundov böyük qüvvədi, ona “ilişənin” ağlı yoxdu. Öz aramızdı, Rauf Əliyev başını yaxşı götürüb qaçdı. AFFA-da dəstək verəni olmasaydı, kim bilir, bəlkə indi o da futboldan ömürlük uzaqlaşdırılanların sırasındaydı. “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov də ehtiyatlı olsun. Hər an təhlükə gözlənilir...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar