03 dek 12:57olke

Tarixi uğurun iştirakçıları 1967-ci ilə qayıtdı

Tarixi uğurun iştirakçıları 1967-ci ilə qayıtdı
Müzəffər Qasımov: “11 metrlik təyin olunanda Kazmin üzünü tutub getdi”
Gəncədə futbol klubunun yaranma tarixi ötən əsrin 50-ci illərinin sonuna təsadüf edir. Həmin illərdə SSRİ Futbol Federasiyası ölkədə, o cümlədən Azərbaycanda futbolun inkişafı və kütləviliyi məqsədi ilə komandaların sayını artırmağı qərara almışdı. 1959-cu ildə “Toxucu” adlı komanda SSRİ birinciliyinin “B” qrupunun 3-cü zonasında cıxış etməyə başladı. Komanda 2 il ərzində xeyli möhkəmlənərək 1961-ci ildə “B” qrupunda yarışan Azərbaycan kollektivləri arasında ən yaxşı nəticə göstərdi. Komanda 60 mümkün xaldan 35-ni toplamaqla 5-ci yeri tutdu. Bir il sonra isə “Toxucu”nun adı dəyişdirilərək “Dinamo” oldu. Yeni adla komanda “B” qrupunda 3-cü yeri tutdu. 1962-ci ildə Dinamo «Neftçi»yə və Kiyev «Dinamo»suna qalib gələrək, SSRİ kubokunun 1/4 finalına adlamaqla Gəncənin nüfuzunu SSRİ məkanında daha da şöhrətləndirdi. O dövrdə komandanın baş məşqçisi əfsanəvi Sabir Məmmədov idi. Məmmədov Gəncədə futbolun əsasını qoyan mütəxəsislərdən sayılır. “Dinamo”nun heyətində isə Ruslan Abdullayev, Zakir Süleymanov, Böyükağa Qasımov və Yaşar Babayev kimi məşhur futbolçular çıxış edirdi. Komanda sonrakı iki ildə də keçirilən SSRİ birinciliklərində uğurlu çıxışla yadda qaldı. 1965-ci il Gəncə futbolu tarixində xüsusilə əlamətdar oldu. Məhz həmin il Gəncə “Dinamo”su Bakının eyniadlı klubuna qalib gələrək SSRİ-nin “A” qrupuna vəsiqə qazandı. Gəncə futbolunun əldə etdiyi bu uğur futbol tariximizdə ilk idi. “Dinamo” “A” qrupunun debutantı olmasına baxmayaraq, 17 komanda arasında 4-cü yeri tutdu. 1967-ci ildə isə Gəncə təmsilçisi SSRİ çempionatının güclülər dəstəsində iştrak etmək üçün keçiriləcək qrup turnirinə vəsiqə qazandı. Burda gəncəlilər Karaqanda “Şaxtyor”u ilə eyni nəticə göstərdi. Qalibi müəyyənləşdirmək üçün əlavə oyun keçirildi. Daşkənddə baş tutan qarşılaşma həmyerlilərimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşdı. Beləliklə, Azərbaycan futbolu tarixində ilk dəfə respublikamız SSRİ-nin güclülər dəstəsində iki komanda ilə təmsil olunmağa başladı.Həmin dövrdə komandanın heyətində Çingiz İsmayılov, Zakir Süleymanov, Zahid Hüseynov, Aleksandr Kazmin, Müzəffər Qasımov, Yusif Məhərrəmov, Nizami Salahov, Nürəddin Əliyev kimi futbolçular çıxış edirdi. Gəncə futbolunun bu uğuru digər aparıcı komandaların da diqqətindən yayınmadı. “Neftçi” bu imkandan yararlanaraq “Dinamo”nun ən yaxşı oyunçularını öz heyətinə dəvət etdi. Bu da komandanın SSRİ-nin güclülər dəstəsindəki çıxışına təsir göstərməyə bilməzdi. Təəssüf ki, Gəncə təmsilçisi bir il sonra güclülərin sırasını tərk etməli oldu.
Artıq həmin tarixi zəfərin üstündən 50 il keçib.
Kapitan Müzəffər Qasımov, qapıçılar Zakir Süleymanov, Çingiz İsmayılov, müdafiəçi Ravil Batrayev və hücumçu Nürəddin Əliyev bu gün də o tarixi qələbəni sevinclə xatırlayırlar. Onlardan Qasımov, Süleymanov və Əliyev bu gün də Gəncədə yaşayırlar.
“Dinamo”nun uğurlu mövsümü ilə bağlı həmin vaxt komandanın şərəfini qoruyan veteranlarla danışmağı lazım bildik. Görəsən, onlar həmin günləri necə xatırlayır? Öncə gəncəlilərin “kiçik qızıl”ında qapıçı kimi xidməti olan Çingiz İsmayılovla əlaqə saxladıq: “Neftçi”dən ayrılandan sonra bir müddət Bakı “Dinamo”sunda oynadım. 1965-ci ildə Gəncə “Dinamo”suna uduzduq və onlar SSRİ çempionatının birinci dəstəsinə çıxdılar. Bizim komanda isə dağıldı. Mən də Gəncə təmsilçisinə keçdim. Burda 1967-ci ildə zədələndim. Ona görə Gəncə “Dinamo”su güclülər dəstəsində çıxış edəndə oynaya bilmədim. Həmin il Kuybışevdə (indiki Samara) ciddi zədə aldım və əməliyyat olundum. Bundan sonra futbolu bitirdim. “Şaxtor”la matçdan sonra vətənə qayıdanda bizi əsl qəhrəmanlar kimi qarşıladılar. Minlərlə insan Gəncənin dəmir yolu vağzalına toplaşıb bizim pişvazımıza çıxmışdı. Komanda qatardan düşdükdən sonra UAZ maşınları ilə əvvəlcə şəhərin İcra Hakimiyyətinə yollandı, ordan isə mədəniyyət sarayında təşkil olunan tədbirə qatıldıq. Həmin tədbirdə Bakıdan da qonaqlar var idi. Məşhur aktyorlar, tanınmış simalar “Dinamo”nun futbolçularını təbrik etdilər, komandanın ünvanına xoş sözlər səsləndirdilər. Heç şübhəsiz, ən çox sevinən gəncəli azarkeşlər idi. İmkan verilsəydi, onlar bizi öz çiyinlərində aparardılar. Bizi qarşılayanlar arasında ətraf rayonlardan da gəlmiş futbolsevərlər var idi”.
50 il öncə “Dinamo”nun heyətində tarixi zəfərə imza atan və bu gün Gəncədə yaşayan veteranlar isə “sarı-göylər”in rəsmi saytına xatirərini bölüşüblər.
Zakir Süleymanov (“Dinamo”nun qolkiperi): “Heç elə bil 50 il keçməyib, sanki hamısı dünən olub. Yaddaqalan, unudulmayacaq çox şey var. 1967-ci ildə çempionat gərgin keçdi. Keçid oyunlarında göstərdiyimiz mübarizə bizi rəqiblərimizdən önə çıxardı. Kiyev OİK-i ilə səfərdə keçirdiyimiz görüş həlledici oldu. Hərbi hissədə oynadıq. Qələbə qazanıb “Şaxtyor”la xallarımızın sayını bərabərləşdirdik. Həmin gecə bizim yaddaşımızda dərin iz buraxdı. “Dinamo”nun SSRİ çempionatının yüksək liqasına vəsiqə qazanması Azərbaycan futbolunun qələbəsi idi. Fəxr edirik ki, adımız tarixə düşdü. Sevincimizin həddi-hüdudu yox idi. Biz ilk və yeganə Azərbaycan komandası olaraq 2 il ərzində B liqasına yüksəlib oradan A dəstəsinə keçdik. Azarkeşlər, şəhər rəhbərliyi arxamızda idi. Onların da dəstəyi nəticəsində arzumuza çatdıq”.
Nurəddin Əliyev (“Dinamo”nun hücumçusu): “Komandaya düşəndə cavan oğlan idim, cəmi 17 yaşım vardı. Əsas heyətdə çıxış edirdim. Komandada yer alanların əksəriyyəti məndən 8-10 yaş böyük idilər. Amma mənə inanırdılar, etimad göstərirdilər. Mən də nə bacarırdımsa, “Dinamo” üçün edirdim. Hücumçu kimi üzərimə düşən işin öhdəsindən gəlməyə, qollar vurmağa çalışırdım. Düşünürəm ki, məndə alınırdı. Belə olmasaydı, yəqin ki, yüksək liqaya vəsiqə qazana bilməzdik. Bu uğurda hamının əziyyəti var. Mənim üçün bir neçə oyun var ki, sıradan deyil. Belə matçlardan ən yaddaqalanı “Terek”lə qarşılaşma olub. Əsas komandaların oyunundan bir gün öncə əvəzedicilərin görüşündə bir hissə meydanda olub iki qol vurdum. Bu görüşün ertəsi əsas komandaların qarşılaşmasında da çıxış etdim. Həmin oyunda da Qroznı komandasının qapısından iki top keçirdim”.
Müzəffər Qasımov (“Dinamo”nun kapitanı): “Nəticə həmişə tarixdə qalır. “Dinamo”nun SSRİ çempionatının elitasına yüksəlməsi Gəncəmiz üçün böyük uğurdu. Bu, Gəncə futbolunun gücünü, potensialını göstərir. Bununla fəxr edirik. “Dinamo”nun uğurunda həlledici oyun Kiyevdə oldu. Zona qaliblərinin görüşləri çərçivəsində onlarla üz-üzə gəlirdik. Oyunun önəmi böyük idi. Komanda səfərdən qələbəsiz dönəcəyi halda vəsiqədən əlini üzəcəkdi. Qarşılaşmanın sonuncu dəqiqəsində hesab 2:2 olarkən, ev sahiblərinin qapısına 11 metrlik təyin olundu. Belə zərbələri həmişə ya mən vururdum, ya da Aleksandr Kazmin. Amma o, üzünü tutub getdi. Son nəticədə zərbəni yerinə yetirmək üçün məsuliyyəti öz üzərimə götürməli oldum. Hədəfdən yayınmadım və səfərdə 3:2 hesabı ilə qalib gəldik. Bu qol “Dinamo”ya mübarizəni sona kimi davam etdirmək imkanı verdi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Bu gün, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Bu gün, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Bu gün, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Bu gün, 14:56 Əliyarı finala layiq görmədilər Bu gün, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bu gün, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Bu gün, 14:12 Mahirdən şübhəli mesaj Bu gün, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Bu gün, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Bu gün, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Bu gün, 14:00 Emildən növbəti “quru” oyun Bu gün, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Bu gün, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Bu gün, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Bu gün, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Bu gün, 13:51 “Keşlə” sabah toplanışa başlayır Bu gün, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Bu gün, 13:39 Həftənin idman proqramı Dünən, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar