Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
03 dek 12:43olke

İdman jurnalistikasının əfsanələrindən təbrik alan azərbaycanlı “Barsa”lılar

İdman jurnalistikasının əfsanələrindən təbrik alan azərbaycanlı “Barsa”lılar
Vüsal Ağalarov: “Operativlikdən əlavə, əsas məqsədimiz orijinallıqdı”
Bildiyiniz kimi, noyabrın 29-da futbol tarixinin ən titullu klublarından biri “Barselona” doğum gününü qeyd etdi. Kataloniya əyalətini təmsil edən klubun 118 yaşı tamam oldu. “Barsa”nın ölkəmizdə də yetərincə azarkeşi var. Maraqlıdı ki, 29 noyabr “Barselona” üçün doğum günüdüsə, klubun azərbaycanlı azarkeşləri üçün həmin tarix başqa məsələyə görə də önəmlidi. Belə ki, 7 il əvvəl “Barselona”nın ölkəmizdəki azarkeşləri “feysbuk” sosial şəbəkəsində “FCB AZE” adlı səhifə yaradıblar və indiyə qədər həmin səhifə klubla bağlı dəqiq, maraqlı, ən son xəbərləri izləyicilərə çatdırır. Sözügedən səhifə “feysbuk”dakı Azərbaycan futbol səhifələri arasında birincilərdən olub. Bundan əlavə, səhifənin yaradıcıları “Barselona”nın ölkəmizdə rəsmi azarkeş qrupu olan “Penya Barcelonista Baku”nu yaradıblar. Bu, Ədliyyə Nazirliyi tərəfindən rəsmən qeydə alınan ilk xarici klubun azarkeş qrupu kimi də tarixə düşüb. Hətta “Penya Barcelonista Baku” “Barsa”nın ölkəmizdəki yeganə rəsmi ofisi kimi də fəaliyyət göstərir. “FCB AZE”, “Penya Barcelonista Baku”nun yaradıcılarından olan Vüsal Ağalarovla söhbətləşməyi lazım bildik.
- Öncə təbrik edirik. Uğurlarınız bol olsun.
- Sizə minnətdarlığımızı bildirirəm ki, bizi yada salmısız. Təbriklərə görə də təşəkkürlər. Ölkədən kənarda olsam da, “Futbol+”in rəsmi saytını, səhifəsini daim oxuyuram. Sizin də yubileyiniz mübarək. Belə davam edin.
- Necə oldu ki, belə bir səhifə və fanklub yaratmaq qərarına gəldiz?
- Biz 2010-cu ildə bu işə başlamışıq. Rəsmən isə həmin il noyabrın 29-da, “Barselona”nın doğum günündə işə start vermişik. İlk fəaliyyətimiz “FCB AZE” səhifəsi olub. Həmin gündən də fanklubun yaradılması yönündə işlərə başladıq. Mövsümün sonunda isə həm fanklubumuzun əsası qoyuldu, həm də “fcbaze.com” saytı yaradıldı. Çünki Azərbaycanda “Barselona” azarkeşləri həddən artıqdı. Xüsusilə də gənclər. Onlar informasiyasız idilər. Çalışdıq ki, klub haqda nə varsa, hamısını çatdıraq.
- Bildiyimiz qədər “Penya Barcelonista Baku” rəsmən qeydiyyatdan keçib.
- Bəli, Ədliyyə Nazirliyi tərəfindən birinci qeydiyyatdan keçən fanklub biz olmuşuq. O vaxt işə başlayanda istəyirdik ki, fanklubumuz nəinki ölkəmizdə tanınsın, hətta “Barselona” klubu tərəfindən rəsmən qeydiyyata alınsın. Amma mərhələ-mərhələ buna doğru getdikcə, yerli qanunvericiliyə əsasən bizdən reyestr qeydiyyatına düşməyimiz barədə sənəd istəniləcəyini gördük. Bu üzdən öncə Ədliyyə Nazirliyinə müraciət etdik. Bəli, bu işləri görəndə müəyyən bürokratik əngəllərlə rastlaşdıq. Lakin bunları adladıq. “Penya Barcelonista Baku” ictimai birlik kimi fəaliyyətə başladı. Hazırda əsas məqsəd azarkeş qrupumuzun “Barselona” tərəfindən tanınmasıdı. Artıq böyük addımlar atmışıq. Ümid edirik ki, yaxın zamanda onlardan “hə” cavabı alacağıq.
- Fikir vermişəm, sosial şəbəkələrdə bir sıra azarkeşlər “feysbuk” səhifəsi ilə fanklubu səhv salırlar.
- Bəli, doğru söyləyirsiz. “FCB AZE” məlumat bazamızdı. Onu yaradan insanlar tərəfindən də fanklubumuzun əsası qoyulub. Hazırda biz “Penya Barcelonista Baku”nun sosial mediada hesablarını yaratmamışıq. Gözləyirik ki, klub bizi rəsmən tanısın. “FCB AZE”nin yaradıcısı Orxan Əliyevdi. Hazırda səhifə və saytımız üzərində Türkər Cəbrayıl, Kamal Zeynalov və Əsmər Əliyeva çalışır. Zaur Hüseynzadə adında dizaynerimiz var. Onun da bu işdə böyük köməyi dəyir. Video və fotolar üzərində çalışan əməkdaşımız Vahid Hüseynov isə hazırda əsgərlikdədi. Ona da salamlarımızı çatdırırıq. “FCB AZE”nin bir çox səhifələri var. “Barca B”, “FCBAZE Sosial” səhifələri də fəaliyyətdədi. Birinci əvəzedici komanda ilə bağlı xəbərləri insanlara çatdırır, ikinci isə “Barselona” futbolçularının sosial həyatında yaşanan dəyişiklikləri. “Youtube” kanalımız, “instaqram” hesablarımız da fəaliyyətdədi. 2014-cü ildən “fcbaze.com” saytını yaratmışıq. Orda maraqlı videoçarxlar, müsahibələr yer alır. 2015-ci ildə Bakıda “Barcelona Camp” açılmışdı, bir həftə davam etdi. Kamp zamanı azyaşlı uşaqları yoxladılar. Həmin tədbiri də səhifəmizdə işıqlandırdıq. Bir sözlə, həmin layihənin də bir hissəsi olduq.
- İnformasiyaları əldə edərkən çətinliklər çəkirsizmi?
- Son iki ildə bu komanda ilə işləyirik. Artıq nəyi hardan ala biləcəyimizi bilirik. Belə deyək, relsə düşmüşük, ixtisaslaşmışıq. Bəli, bəzi xəbərlərdə müəyyən gecikmələr olur. Lakin bu o qədər öndəmli olmayan xəbərlərdi. Canlı təşkil olunan tədbirləri, mətbuat konfranslarını anındaca izləyicilərə çatdırırıq. Heç bir dil problemimiz yoxdu. Çünki heyətimizdə ingilis, ispan, fransız və rus dillərini yüksək səviyyədə bilən uşaqlar var. Operativlikdən əlavə, əsas məqsədimiz orijinallıqdı. Bu da bizi digər fanklubların səhifələrindən fərqləndirir. Biz hər zaman keyfiyyətli məhsul təqdim edirik.
- Fanklubun da rəhbərliyində adı çəkilən insanlar duracaq?
- Bu haqda açıqlama vermək hələ tezdi. Çünki rəsmi heç nə yoxdu. Hazırda bütün sənədlərimiz “Barselona”nın ofisindədi. Orda idarə heyəti və digər postları göstərmişik. Rəsmi məlumat olan kimi hər şeyi ictimaiyyətə çatıdaracağıq. Böyük ehtimalla, mətbuat konfransı da olacaq. Bu, hansısa 5-10 nəfərin toplaşdığı sıravi fanklub olmayacaq. Biz şəffaf işləyəcəyik və hər kəsi məlumatlandıracağıq.
- Hazırda fanklubun əsas fəaliyyəti nədən ibarətdi?
- Əsas işimiz “Barselona”nın oyunlarına toplaşmaqdı. Hər oyun zamanı üzvlər bir araya gəlirlər. Bundan əlavə, Bakıda fləşmoblar təşkil edirik. İndiyə qədər 3 fləşmobumuz olub. Həmin fləşmoblar “Barselona”nın Çempionlar Liqasının finalına çıxdığı illərdə baş tutub. Özü də oyunlardan əvvəl. Yəni öz növbəmizdə komandamıza dəstək nümayiş etdirmişik. Yaxşı fotolar, videolar çəkilir. Fanklub olaraq bir fotomuzu “Barsa”nın rəsmi “instaqram” hesabında da paylaşılmışdıq. Başlıqda da yazılmışdı ki, bizi dünyanın hər yerində izləyirlər. Fanklub təsdiqlənəndən sonra planlarımız böyükdü. Görəcəyimiz işlərin siyahısını da hazırlamışıq. Azarkeş qrupu təsdiq olunan kimi üzvlərimizə xüsusi kartlar veriləcək. Həmçinin üzvlükhaqqı cədvəlimiz də olacaq. Kartla təmin olunmuş üzvlər “Barselona”nın oyunlarına, muzeyinə aşağı qiymətlərlə girə bilərlər. Biletlərdə endirimlər olacaq. Həmin kartın əsasında bizim əməkdaşlıq edəcəyimiz pablar, kafelər, kinoteratrlarda endirimlər olacaq.
- 7 yaşınızda dünya məşhurlarından təbriklər almışdız.
- Bəli, ayın 29-da “Barselona” kimi, bizim də doğum günümüz idi. İzləyicilərdən əlavə, bir sıra məşhurlar bizi təbrik etdi. Onların arasında idman karikaturaçısı Omar Momani, ispan jurnalist, yazıçı, hazırda “SkySport” telekanalında çalışan Jilyem Balage, “BeİN Sports”un Fransa bürosunda çalışan şərhçi Omar De Fonseka, “Goal.com” saytının əməkdaşı Ben Hayvard və “BeİN Sports”un ABŞ bürosunun şərhçisi Ray Hudson kimi similar var idi. Momani çox yaxın dostumuzdu. O, ilk dəfə Azərbaycanda bizim karikaturamızı çəkmişdi. Yəni fanklub rəhbərlərinin, “FCB AZE” idarəçilərinin. İndiyə qədər karikaturaçı Omar Momani, jurnalist Joze Mariya Bakero və dahi bəstəkarımız Eldar Mansurov kimi insanlardan müsahibə almışıq. Yuxarıda adları çəkilənlərin hamısı ilə yaxın münasibətimiz var. Hətta Ray Hudson “Barselona”nın oyununu şərh edərkən bizə canlı yayında salam göndərmişdi. O, münasibətlərə dəyər verən insandı. Bu insanlarla bağlı daha böyük planlarımız var. İzləyicilərimizi yaxın zamanlarda sevindirəcəyik, onlara xoş xəbərlər verəcəyik.
- Klub rəhbərliyindən kimsə “FCB AZE” səhifəsini izləyir?
- Yalan danışmağı xoşlamıram. Xeyr, hazırda bizi rəhbərlikdən kimsə izləmir. Hələ o səviyyəyə çatmamışıq. Rəsmi fanklub kimi qəbul olunmağımız yalnız “Barselona”nın idarəçilərindən asılı deyil. Bunun üçün Dünya Penyalar Federasiyasına üzv olmaq lazımdı. İldə bir dəfə dünyanın hər ölkəsindən təsdiq olunmuş fanklubların konqresi keçirilir. Təsdiq alsaq, bizi də dəvət edəcəklər. Bu bizə qismət olsa, klubun idarə heyəti ilə də yaxından tanış olmaq şansımız yaranacaq.
- Özün nə vaxtdan “Barselona”ya azarkeşlik edirsən?
- 1998-ci ildən “Barsa” azarkeşiyəm. Bu klub mənim bir parçamdı. İnsan amilini, ailəmi və dostlarımı kənara qoysam, bu klub mənim üçün ən dəyərli şeydi. Uşaq vaxtından arzulamışam ki, ölkəmizdə “Barselona”ya aid nələrsə olsun. Orxanla tanış olanda bir-birimizə söz verdik ki, heç kimin etmədiyi yenilikləri edəcəyik. “Barselona”ya sevgini başqa formada göstərəcəyik. Mən bakalavr pilləsini Bakı Dövlət Universitetində oxumuşam. Master dərəcəsini isə Stratsburq Universitetində hüquq üzrə almışam. Hazırda Macarıstanın paytaxtdı Budapeştdə yaşayıram və “Citibank”da insan resursları üzrə mütəxəssis kimi çalışıram.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar