Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
01 dek 20:06olke

Alesio millini yanvarda da bir araya gətirəcək

Alesio millini yanvarda da bir araya gətirəcək
"İranda özlərini yaxşı tərəfdən göstərsələr, klub rəhbərliyinin fikrini dəyişə bilərlər"
Dekabrın 2-dən 7-dək İranda keçiriləcək “4 Top Nations” beynəlxalq turnirində iştirak edəcək futzal millimiz bu gün Bakıda sonuncu məşqə çıxacaq. Son çalışmalar səhər saat 10.00-da başlayacaq. Milli bu gecə Bakını tərk edərək təyyarə ilə Tehrana, ordan isə avtobusla İsfahana yollanacaq.
Millinin dünən axşam baş tutan məşqinin ilk 15 dəqiqəsi mətbuata açıq oldu. Həmçinin məşqdən əvvəl baş məşqçi Joze Alesio da Silva brifinq keçirərək jurnalistlərin suallarını cavabladı. Braziliyalı mütəxəssis öncə hazırlığın gedişi ilə bağlı məlumat verdi:
- Hazırlıqlara üç gün öncə başlamışıq. Düzdü, bu az müddətdi. Amma turnirə yaxşı hazırlaşmaq üçün səylə çalışırıq. Bu, yığmada ilk toplanışımızdı. Bizi çox çətin sınaq gözləyir. Lakin yığmamızın əksər üzvləri “Araz”ı təmsil etdiyi üçün işimiz nisbətən yüngüldü. Bununla belə, digər komandalardan da bəzi futzalçıları heyətə cəlb etmişik ki, onlar da uyğunlaşmalıdı. Hələ ki hər şey plan üzrə gedir.
- Səfərə yollanacaq "14-lüy”ü müəyyənldirmisiz?
- Hələ ki toplanışa cəlb olunun 17 oyunçu ilə məşqləri davam etdiririk. Çempionatda özünü yaxşı tərəfdən göstərən yeni futzalçıları da sınayıram. Yalnız bu gün və sabah baş tutacaq məşqlərdən sonra kənarda qalacaq 3 nəfərin adını deyə bilərəm.
- Vassura düşərgəyə BƏƏ-dən gəlib. Legionerin durumu hansı səviyyədədi? Formasından razısız?
- Artıq komanda ilə üç məşq keçib. Yığmaya yaxşı vəziyyətdə qoşulduğunu söyləyə bilərəm. Bizə kömək edə biləcək səviyyədədi.
- Millinin yeni üzvləri olan Vilela və Qabrielin "Araz"la müqaviləsinin müddəti dekabrda bitir. Federasiya prezidenti Zaur Axundov artıq elan edib ki, onlar göndəriləcək. Yaxşı olmazdı ki, millidə taleyi qeyri-müəyyən görünən braziliyalıların əvəzinə yerli, gənc futzalçıları sınayasız? Axı, İsfahan turniri həm də AÇ-yə hazırlıq məqsədi daşıyır.
- Zaur müəllimin açıqlaması ilə tanışam. Dekabrda “Araz”la müqaviləsinin müddəti başa çatacaq və vətənlərinə göndəriləcək oyunçuların yığma ilə İrana yollanmasını normal sayıram. Vassura və Fineo da yayda göndərildi, ancaq yığmaya kömək edəcəklər. Vilelayla Qabriel bu yarışda özlərini yaxşı tərəfdən göstərsələr, klub rəhbərliyinin fikrini dəyişməsi də istisna deyil.
- Vitali Borisov budəfəki toplanışa qatılmaqdan imtina etdi. Onunla danışacağınızı və AÇ-də iştirak etməsi üçün fikrindən daşındıracağınızı demişdiz. Bu yöndə hansısa yenilik var?
- Vitalinin yığmadan kənarda qalması öz istəyi ilə bağlıdı. Bir neçə gün əvvəl klubu ilə UEFA Kubokunun elit-raundunda çıxış edib. Həm də gərgin çempionat oyunları keçirib və bu üzdən milliyə çağırılmamasını istədi. Çünki bizi İranda da gərgin oyunlar gözləyir. Bu üzdən ona istirahət verdik. Üç-dörd gün əvvəl əlaqə saxlamışdım.
- İran turniri yığmaya nə verəcək?
- İştirak edəcəyimiz yarış yaxşı təcrübə olacaq. Belə güclü komandalarla oynamaq yalnız xeyrimizədi. Rusiya dünya ikincisi, İran üçüncüsüdü. Qazaxıstana gəlincə, onlar da Avropa üçüncüsüdülər. Belə rəqiblərlə oyun praktikası bizə böyük fayda verəcək.
- Avropa çempionatına hələ iki ay qalır. İsfahan turniri ilə kifayətlənəcəksiz, yoxsa yenə yoxlama oyunu keçirəcəksiz?
- Yanvarda daha bir toplanış olacaq. Düzdü, dəqiq vaxtı və yeri bilinmir. Çox güman, yanvarın 23-də başlayacaq. Sınamaq istədiyim bir neçə futzalçı var ki, onları həmin toplanışda görmək istəyirəm.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar