Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
01 dek 17:41olke

“Vətən”lə bağlı şok fırıldaqlar

“Vətən”lə bağlı şok fırıldaqlar
Mikayıl Cabbarov olaya nə vaxt müdaxilə edəcək?
Ötən sayımızda redaksiyamıza ünvanlanan, Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin yarıtmaz fəaliyyəti və bu şöbəyə rəhbərlik edən Vasif Məmmədovun, Təhsil İdman Mərkəzinin rəhbəri Natiq Lahıcovun, həmçinin mərkəzin Təşkilat Komitəsinin müdiri Vidadi Quliyevin xoşəgəlməz əməlləri ilə bağlı məktubla sizləri tanış etmişdik. Məktubda yazılanların davamını təqdim edirik.
“İndi isə Təhsil Nazirliyinin tabeliyində olan “Vətən” Futbol Məktəbində yaşanan özbaşınalıqlar barədə məlumat vermək istəyirik. Yuxarıda qeyd etdiyimiz kimi, artıq 3 ildi “Vətən” Futbol Məktəbinə Qazaxda müstəntiq işləmiş, hüquqşünas (bu sahədə onun savadına və bacarığına sözümüz yoxdu), ali bədən tərbiyyəsi təhsili olmayan, müəyyən dairələrdə özünün də etiraf etdiyi kimi futbolu bilməyən, məktəbə rəhbər təyin olunduqdan sonra televizorda futbola baxan Mustafa Həsənov rəhbərlik edir. Mustafa bəy futbolu bilmədiyinə görə məktəbin sabiq əlqələndiricisi (əslində isə belə ştat yoxdu məktəbdə) Yaşar Abdulovun fırıldaqlarını gec anlamış və onu vəzifədən kənarlaşdırmışdı. Daha sonra Rövşən Babayev bu vəzifəyə təyin olunmuşdu ki, o da bir müddət işlədikdən sonra “Vətən”dən ayrılmışdı. Hazırda sözügedən post bu yaxınlarda AFFA-nın təşkil etdiyi C lisenziyasından kəsilən, heç bir məşqçilik lisenziyası olmayan Rəşad Əliyevə həvalə olunub. Əliyev Vasif Məmmədov və Mustafa Həsənovla qeyri-qanuni maliyyə əməliyyatlarında iştirak edir və “çete”nin bir üzvüdi. Hətta onun əli ilə inventar və təlim-məşq toplanışları vasitəsi ilə pullar “otkat” olaraq geri alınır. Əliyev öz funksiyasını unudaraq (məktəbin əlaqələndiricisi nəzərdə tutulur), başı şəxsi biznesinə qarışıb. Belə ki, “Vətən” Futbol Məktəbinin qarşısında bir sex açıb və respublika üzrə idman məktəblərinin idman geyimlərinin üstü həmin sexdə yazlır. Hətta son vaxtlar Həsənovun məşqçilərə ciddi tapşırığı ilə idman geyimləri və toplar yalnız Rəşad bəyin vasitəsi ilə alınır. Heç bir məşqçi başqa yerdən uşaq qrupları üçün idman geyimi və lavazimatlar ala bilməz. Bir ildən çoxdu ki, məktəbin tədris- hissə müdiri Arif bəydi. O da məktəbdəki hərc-mərclikdən istifadə edərək hər məşqçi-müəllimdən hər ay 10 manatdan pul yığır. Amma bəzi stajlı məşqçilər bu pulu ona vermir. Məhz bu səbəbdən onların dəfələrlə mübahisələri olub. Bizdə olan məlumata görə, hazırda “Vətən”də 15-dən çox “canlı ölü” məşqçi çalışır. Onlardan da ən tanınmışı Təbriz Həsənovdu. Arif bəy də “canlı ölü” məşqçilərin qruplarına saxta sənədlər hazırlayır. Başqa cür ola da bilməz. Çünki bu məşqçilər ildə bir dəfə “Vətən”ə baş çəkirlər, ya yox. Onlar üçün əsas olan stajdı. “Canlı ölü” məşqlərin maaşları isə təbii ki, Mustafa Həsənova çatır. Həsənov bütün bunlarla kifayətlənməyərək, Rəşad bəyin vasitəsi ilə məşqçilərə uşaqlardan pul yığılmasını tapşırıb. Kim ki bu göstərişə əməl etmir, müxtəlif təzyiqlərlə üzləşir. Bütün bu pul yığımına isə "ianə" adı qoyulub. Guya məşqçilər könüllü şəkildə uşaqlardan ianə yığır və mühasibatlığa təhvil verir.
Son zamanlar "Azfar" Şirkətlər Qrupunun futbolumuza verdiyi dəstəyi hamımız bilirik. Adını qeyd etdiyimiz şirkət tabeliyində olan 20-dən çox meydançanı təmənnasız “Vətən” Futbol Məktəbinin ixtiyarına verib. Düzdü, əməkdaşlıqda Təhsil Nazirliyinin də böyük əməyi var. Amma “Vətən” və Təhsil İdman Mərkəzinin göstərişi ilə “Azfar”ın meydançalarında məşq keçən məşqçilərdən qanunsuz olaraq hər qrupa görə 200 manat pul alınır və həmin məbləği yığmaq Rəşad Əliyevə tapşırılıb. Rəşad bəyin pulu gecikdirən məşqçilərə zəng vuraraq hədə-qorxu gəlməsi də bizlərə məlumdu. “Vətən”də hətta elə məşqçilər var ki, heç bir sənədi olmasa da, işə götürülüb. Təhsil Nazirliyinin məşqçi-müəllimlərə ayırdığı maaşlardan başqa, Mustafa Həsənov Vasif Məmmədovun tapşırığı ilə bir neçə məşqçiyə “paket” verir. Son vaxtlar, daha dəqiq desək, 3 aydı ki, 3 nəfərdən başqa, digər məşqçilər “paket”lərini ala bilmir. Və bu da müəyyən narazılığa səbəb olub. Təhsil Nazirliyi ildə bir neçə dəfə futbolun inkişafı ilə bağlı məktəbin müxtəlif yaş qruplarına vəsait ayırır ki, ölkə xaricində təşkil olunan yarışlara qatılsınlar, təlim-məşq toplanışları keçirsinlər. “Vətən”in rəhbərliyi isə Vasif bəylə əlbir olaraq bu pulları mənimsəyir. Məşqçilərə səfərə çıxmaq üçün cüzi məbləğ ayrılır. Bu məsələdə də ikili standartlara yol verilir. Rəhbərlik özlərinə yaxın bildikləri məşqçilərə bir qədər çox, “sözə baxmayanlar”a az ezamiyyə xərci ayırır. Bununla bağlı dəfələrlə məşqçilər öz narazılıqlarını bildiriblər, amma faydası olmayıb”.
Bu gün “Vətən”in müxtəlif yaş qruplarında respublikanın müxtəlif bölgələrindən olan gənc və yeniyetmələr top qovur. Hər il məktəbin seleksiyaçı-məşqçiləri rayonlarda seleksiya işi parır, gələcək üçün perspektiv vəd edən gəncləri “Vətən”ə cəlb edir, onların məktəbin bazasında qalmasına şərait yaradırlar. Ancaq işbazlar bu məsələdə də əliəyrilik edirlər. Bununla da bağlı məktubda qeydlər var: “Vətən”in müxtəlif yaş qruplarına rayonlardan cəlb olunan uşaqlar çox pis şəraitdə yaşayırlar. Halbuki buna görə də nazirlikdən maliyyə ayrılır. Burda da sənədlər saxtalaşdırılır, uşaqların sayı çox göstərilir. Heç şübhəsiz, belə şəraitsizlik və saxtakarlıq fonunda gənc futbolçular da inkişaf etməyəcək. Çünki onların irəli getməsi məktəb rəhbərliyinin marağında deyil. Rəsmilər üçün vacib olan müxtəlif fırıldaqlarla şəxsi kapitallarını artırmaqdı. Bu sahədən kənar şəxslərin idmana rəhbərlik etməsi, heç şübhəsiz, gələcəkdə əks effekt verəcək. Onlar peşəkar şəkildə idmanla məşğul olmadıqlarından, idmanın ağrılı-acılı zədələrini yaşamayıb, məşqçi kimi çalışmayıb və ən əsası, idmançının və məşqçinin yaşadığı həyəcanlı dəqiqələri, emosiyaları hiss etməyiblər. Başqa sahələrdən idmana gəliblər və idmanı məhv edirlər. Görəsən, onlar uşaqların və işinə vicdanla yanaşan məşqçilərin haqqarını tapdalayanda hansı hissləri keçirirlər? Yaxşı olardı ki, “Vətən”ə rəhbərlik edən qeyri-peşəkarlar vaxtında tutduğu postlarla vidalaşsınlar. Yanlış addımlarını hiss edib, öz bildikləri işin qulpundan yapışsınlar. İdmanımızın inkişafı naminə peşəkarların işləməsinə şərait yaratsınlar. İdman çox həssas sahədi və bu sahədə rəhbər işləmək üçün illərlə idmanda yetişmək, incəliklərə bələd olmaq və vaxtında düzgün qərar vermək lazımdı. İdman sahəsi dükan deyil ki, icarəyə verib ayda bir dəfə pul alasan. Adını qeyd etdiyimiz adamlar isə şəxsi mənafelərinə görə idmanı məhv edir, gənc nəslin inkişafının qarşısını alırlar. Onu da bildirək ki, bizim bu müraciətimizə vaxtında reaksiya verilməsə, qeyri-peşəkarlar barədə lazımi ölçü götürülməsə, daha yuxarı instansiyalara müraciət edəcəyik”.
Redaksiyamıza məktub ünvanlayan şəxslər sonra təhsil naziri Mikayıl Cabbarova və onun müavini Firudin Qurbanova da müraciət ediblər: “Təhsil naziri hörmətli Mİkayıl Cabbarov və onun müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Firuddin Qurbanov. Sizdən bu məsələlərlə bağlı açıqlama gözləyirik. Biz idman ictimaiyyəti sizin yaşananlardan məlumatsız olduğunuzu düşünürük. İndi isə sizə müraciət edirik: imkan verməyin Azərbaycan idmanı inkişaf etdiyi bir vaxtda, nazirliyin nəzdində olan idman məktəbləri bu cür insanların əlində məhv olsun”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar