Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
01 dek 17:25olke

“Keşlə”lilər inanmaq istəmir

“Keşlə”lilər inanmaq istəmir
Orxan Sadıqlı: “Ramiz Məmmədov bir neçə həftədi qaş-qabaqlıdı, danışmır, dinmir, ancaq məşqini keçir, gedir”
“Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovun saxlanılması faktı ölkə gündəmini lərzəyə gətirib, coşdurub. Hər iki futbolçunun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığı deyilir. Lakin hələlik dəqiq məlumat yoxdu. “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov futbolçuların saxlanılmasına belə münasibət bildirib: “Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harda saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbiridi. Günahları sübuta yetirilsə, cəzalanacaqlar. Günahsız olsalar, futbolçu karyeralarını davam etdirəcəklər. Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq”.
Həqiqətənmi “Keşlə”lilər oyun satıb. Baş məşqçi Ramiz Məmmədov və futbolçular nə düşünür? Onların münasibəti necədi? Kimlərinsə bu söhbətdən xəbəri var idimi? Bu suallara cavab tapmaq üçün baş məşqçi və futbolçularla əlaqə saxladıq.
Ramiz Məmmədov: “Çox qısa danışacam. Futbolçuların zəif oynadığı göz önündə idi. Biz bundan çox narahat idik. Həm Nizami, həm də Mirhüseyn ilə müqaviləni pozmuşuq. Qalan bütün işlər hüquq-mühafizə orqanlarının ixtiyarındadı. Hər şey araşdırılacaq və qiymət veriləcək. Başqa nəsə deyə bilmərəm”.
Adrian Skarlatake: “Məlumatları ordan-burdan alıram. Satytarı oxuyuram. Nə deyəcəyimi bilmirəm. Dəqiq bir fikrim yoxdu. Belə şeylər haqda danışmaq olmur. Çünki hansısa fakta əsaslanmalısan. Konkret kiminsə “Neftçi”yə qarşı bilərəkdən oynamadığını deyə bilmərəm. O cümlədən digər qarşılaşmalarda. Amma konkret “Neftçi” ilə görüşdə qəribə ab-hava var idi. Nəsə hiss olunurdu. Lakin əmin olmadığım üçün nəsə deyə bilmərəm. Bəli, baş məşqçimiz həmin qarşılaşmadan sonra mətbuat konfransında bu haqda danışmışdı. Paltardəyişmə otağında isə heç nə demədi. Lakin çox əsəbi idi. Məsələ ilə bağlı baş məşqçi daha çox məlumata sahibdi, onun danışması düzgün olar. Çünki ətraflı fikir səsləndirə bilər. Nələrin baş verdiyini, kimlərin oyun satdığını baş məşqçi bilir. Bizə kimsə “oyun verməlisiz” deməyib. Şəxsən mənə kimsə təklif etməyib. Bəlkə də çəkiniblər və ya qorxublar. Çünki xarakterimi bilirlər. Həyatımda heç vaxt belə şey etməmişəm. Oyun satmaq məsələsini kimin təşkil etdiyini həqiqətən bilmirəm”.
Tərlan Quliyev: “İnanın ki, heç nədən xəbərim yoxdu. Dünən (srağagün) bazada ən azı 5 nəfərlə söhbət eşitmişəm. Hamısı da bir-birinə baxır. Baxırsan, qəribə bir şeydi. Deməli, biz “Səbail”i 1:0 hesabı ilə məğlub edəndən sonra millinin düşərgəsinə getdim. Sonra qayıtdım və premyer-liqada cəzalı olduğuma görə əvəzedicilərdən ibarət komandada oynamalı oldum. Dedilər ki, Tərlanı oyun satdığı üçün əvəzedici heyətə göndəriblər. Hərə ağlına gələni danışır. Soruşursan ki, bunu niyə yazmısan. Deyirlər, eşitmişəm, bir adam mənə belə deyib. Bu, doğru deyil. Deyirdim ki, mənim nömrəm var, gedin, yoxlayın, dinləmələrə qulaq asın. Görün son 5-6 ayda nə danışmışam. Nə ürəyiniz istəyir, qulaq asa bilərsiz. Mənim üçün qorxusu yoxdu. Telefonum da, özüm də burdayam. Qaçan deyiləm ki. Hazırda gözləmə mövqeyindəyik. Uşaqları saxlayıblar. Onların özləri ilə dəqiqləşdirməmiş nəsə desəm, yaxşı olmaz. Mirhüseyn mənim uşaqlıq dostumdu. Onunla hər cür söhbət edirik. Münasibətimiz çox yaxındı. Eyni zamanda Nizami ilə. Mən belə hadisələri gözləmirəm. Belə bir şey olsa, təəssüf edərəm. “Neftçi” ilə oyundan sonra məşqçilər heç nə demədi. Sadəcə, çox gərgindilər. Əsəbdən partlayırlar. Nə edəcəklərini bilmirlər. Həqiqətən də bu söhbət doğru olsa, hamımıza zərbədi”.
Orxan Sadıqlı: “Hamımız şokdayıq. Noyabrın 27-də toyum idi. O qədər gözəl əhvaldan sonra bu cür söhbətləri eşitmək çox ağırdı. Bazaya dünən (srağagün) gəlmişəm. Deyilənlərə inanmaq müşkül məsələdi. Olmur, alınmır. Mən “Xəzər Lənkəran”da 1 il bir qəpik almadan oynamışam. Heç kim deməyib ki, siz oyun satmısız. Belə söhbət ola bilməzdi. Komandada elə şey olsaydı, özüm imkan verməzdim. Kiməsə deyərdim ki, filankəs belə deyir. Bu biabırçılıqdı. Özümü toparlaya bilmirəm. Hamı “Neftçi” ilə oyundan danışır. Amma inan ki, mən komanda yoldaşlarımın belə addım atacağına inanmıram. Kimsə nəsə hiss edə bilər. Lakin mən xəbərsizəm. Heç nədən xəbərim yoxdu. İndiyə qədər mənə “oyun satmalısız” deyən olmayıb. Bilirlər ki, mən buna razı olmaram. Uşaqlar saxlanılıbsa, deməli, ciddi nəsə var. İndi hamı söz deyə, ittiham irəli sürə bilər. Lakin ən dəqiqini uşaqlar bilər. Ramiz Məmmədov bir neçə həftədi qaş-qabaqlıdı. Danışmır, dinmir. Ancaq məşqini keçir, gedir. O da şokdadı”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar