23 noy 19:25olke

Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək

Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək
“Bəzi futbolçuların diqqətsizliyinə görə məğlub olduq”
Rəşad Sadıqov oyun bitər-bitməz “Qarabağ”ın əsas komandasına qoşulmaq üçün tələsdiyindən klubun əvəzedicilərini çalışdıran Aftandil Hacıyev ayaqüstü suallarımızı cavabladı.
- Məğlubiyyətə səbəb nə oldu?
- İkinci hissədə rəqib önə keçəndə oyun sistemini dəyişdik. Bu, planımıza daxil deyildi. Qol epizodlarımız oldu. Nəticə bizi razı salmasa da, yaxşı oyun sərgilədik. Ancaq daha yaxşı nəticə gözləyirdik. Ən azı uduzmamağı düşünürdük. Uşaqlar əllərindən gələni etdilər. Avropanın ən güclü komandalarından birinə qarşı oynayırdıq. Son 4 ildə 2 dəfə Gənclər Liqasını qazanıblar. Nəticəyə görə məyusuq. Bəzi futbolçuların diqqətsizliyi üzündən məğlub olduq.
- Qapıçı Məmməd Hüseynov Madriddə "Atletiko" ilə oyunun qəhrəmanı idi. Ancaq bu matçda çox səhv etdi...
- İstəməzdik belə olsun. Penaltidən sonra komanda "sındı". Qapıçılar seyv edəndə necə yadda qalırsa, səhvləri də eyni olur. Amma gəncdilər, bu cür səhvləri keçmək olur. Bunu unutmaq lazımdı. Böyük futbola qədəm qoymaq istəyirlərsə, uşaq səhvlərini təkrarlamamalıdılar.
- Yaroslav Deda ardıcıl 3-cü oyunda da qol vurdu. Onun əsas komandaya qoşulacağı gözlənilir?
- Bunu bilmirəm. Əsas komandanın məşqçiləri var və bizi izləyirlər. Bu matçda Deda seçilənlərdən idi. Bəzi epizodlarda dəqiqliyi çatmadı. Ondan narazı deyilik.
- "Roma" ilə oyundan nə gözləmək olar?
- Hər oyun bizim üçün təcrübədi. "Roma" ilə matçda da belə olacaq. İlk dəfə, bu turnirdə çıxış edirik. Hər görüşdə maksimum nəticə üçün çalışırıq. "Roma"ya qarşı da layiqli oyun nümayiş etdirməyə çalışacağıq. Bu qarşılaşmada yaxşı əks-hücumlarımız oldu. Ümid edirəm ki, Romada da belə olacaq.
- Bu oyunda sizinlə yanaşı, Rəşad Sadıqov da texniki zonada idi...
- Bəli, axşam əsas komandanın oyunu 21.00-da olduğu üçün Rəşad da texniki zonada yer aldı. Bu dəfə intervalın böyük olması buna imkan verdi. Qurban müəllimlə məsləhətləşib gəldi. Çalışdı ki, enerjisini itirməsin. Mən oyunun gedişində ona kömək etdim.
- Axşamkı oyun ərəfəsində Rəşad Sadıqovun fikri bu görüşün nəticəsində qalmayacaq ki?
- Rəşadı tanıyanlar bilir ki, o, oyuna çıxanda hər şeyi unudur. Ona təsir etmək çətindi. Buna inanmıram. Sadıqov axşam maksimum şəkildə oynayacaq. O, bacarığını tam şəkildə nümayiş etdirəcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar