22 noy 00:55olke

“Araz”dan çətin qələbə

“Araz”dan çətin qələbə
Dünən Bakı İdman Sarayında futzal üzrə yüksək liqada 8-ci turun oyunları keçirildi. “CBC Sport” telekanalı ilə canlı yayınlanan oyunda lider “Araz” “3-lüy”ü qapayan “Ekol”la qarşılaşdı. Bəribaşdan qeyd edək ki, naxçıvanlılar zədəli Xətai Bağırovla cəzalı İsa Atayevin xidmətindən məhrum idi. Əvəzində zədəsini sağaldan Qallo komandasına kömək etmək imkanı qazandı. Yeri gəlmişkən, bu komandaların birinci dövrədəki duelini “Araz” çətinliklə qazanmışdı. Bu dəfə də 2:1 hesabı qeydə alındı. Aramsız hücumlara baxmayaraq, Joze Alesionun komandası uzun müddət sükutu poza bilmədi. Yalnız ilk yarının sonuna 1 dəqiqə qalmış Maykon komandasının fasiləyə hesabda üstün yollanmasını təmin etdi. İkinci hissədə də ssenari dəyişmədi. Yenə “Araz” hücum edən tərəf idisə, “Ekol” müdafiədə səhvsiz oynamağa çalışırdı. Çempion 26-cı dəqiqədə ikinci qolu vurmağa nail oldu. Bu dəfə Eduardo fərqləndi. “Ekol” isə 37-ci dəqiqədə standart vəziyyətdən fərqləndi. Fərid Atakişiyev fərqi minimuma endirsə də, “Ekol”un bundan artığına gücü çatmadı.
Turun ikinci oyununda “Neftçi” onsuz da cütün favoriti sayılırdı. İlk dəqiqələrdən təşəbbüsü ələ alan “ağ-qaralar” Rüfət Balakişiyevin sayəsində erkən qol vurdu. Ancaq xoşbəxtliyi əks-hücumlarda axtaran “Yasamal” buraxdığı qoldan sonra oyunu bərabərləşdirdi. Hətta Həmid Rza Fərzaninin komandası rəqibi 5 folluq limiti erkən doldurmağa məcbur etdi. İlk yarının ortalarında, daha doğrusu, 12-13-cü dəqiqələrdə Mortoza Cahandost biri 10 metrlik cərimə zərbəsindən olmaqla 2 qol vuraraq, hesabı da “Yasamal”ın xeyrinə dəyişdi. Ancaq “Neftçi”nin kapitanı rəqibi təkbaşına qol “yağış”ına tutmaqda davam edirdi. Balakişiyev əvvəlcə 16-cı dəqiqədə “status-kvo”nu bərpa etdi. Fasilədən sonrakı ilk iki qol da sakitləşmək bilməyən kapitanın adına yazıldı. Başqa sözlə, Rüfət 36-cı dəqiqəyə kimi hesabı 4:2-yə çatdırdı. Son iki dəqiqədə 2 qol vuran Xolerdi ilə İsmayılovun işi isə asan oldu: onlar artıq “ağ bayraq qaldıran” yasamallıların ruhdan düşməsindən istifadə edib fərqi artırdılar. Beləliklə, “Neftçi” görüşdən 6:2 hesabıyla qalib ayrıldı.
Turun son oyunu çempionata rəng qatan debütantlar arasında keçirildi. Qarşılıqlı hücumlar 15-ci dəqiqədən etibarən bəhrə verməyə başladı. Əvvəlcə Seymur Məmmədov qol vurmaqla “Marafon”u hesabda önə keçirdi. FK.İD-in cavabı da gecikmədi. Elşən İbrahimxəlilov “çərçivə”ni dəqiq nişan almaqla tablodakı birləri qoşalaşdırdı. İkinci hissə də qolla başladı. Seymur Məmmədov 23-cü dəqiqədə kornerdən birbaşa qapını nişan almaqla həm baxımlı qola imza atdı, həm də dublunu rəsmiləşdirdi. Cəmi 3 dəqiqə sonra Renat adını tabloya yazdırdı. Ümumiyyətlə, “Marafon”da bütün qolları Seymur - Renat ikilisi vurdu. Məmmədov poker müəllifi oldusa, Sultanov dubl etməklə yanaşı, çempionatdakı qollarının sayını 11-ə çatdırdı və bombardirlərin yarışında liderliyini davam etdirdi. Onu da əlavə edək ki, çempionatda növbəti turun oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi noyabrın 24-də yox, bir gün əvvəl baş tutacaq. Bu da Bakı İdman Sarayında keçiriləcək başqa tədbirlə bağlıdı.
8-ci tur
Araz – Ekol 2:1 (1:0)

Araz: 1. Rövşən Hüseynli, 4. Qabriel, 6. Eduardo, 10. Tyaqo, 15. Maykon; 19. Anar Məmmədov, 2. Ramil Quliyev, 3. Qallo, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 9. Vilela, 14. Oktay Rüstəmli.
Baş məşqçi: Joze Alesio da Silva.
Ekol: 99. Emin Kürdov, 4. Fərid Atakişiyev, 11. Namiq Məmmədkərimov (k), 10. Samir Həmzəyev, 17. Fərid Ələkbərov; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Sərxan Məstiyev, 9. Əsgər Abasov, 13. Taleh Ağayev, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Qollar: Maykon, 19 (1:0). Eduardo, 26 (2:0). F.Atakişiyev, 37 (2:1).
Vərəqələr: Eduardo, 17. S.Həmzəyev, 18. Qabriel, 23. N.Məmmədkərimov, 31. F.Ələkbərov, 36 - sarı.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov.
Hakim-inspektor: Tofiq Şükürov.
20 noyabr. Bakı İdman Sarayı.
Yasamal – Neftçi 2:6 (2:2)
Yasamal: 13. Teymur Mirzəyev, 9. Omid Oraz, 23. Mortoza Cahandost, 10. Vladislav Vorobyov, 3. Mohsin Hayatbini; 2. Rəhman Mirzəyev, 6. Humen Maxmari, 7. Orxan Allahverdiyev (k), 12. Məhəmməd Şahsavari, 19. Rəsul Əkbəri.
Baş məşqçi: Həmid Rza Fərzani.
Neftçi: 23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 5. Mehram Eybeli, 6. Məhəmməd Katebi, 77. Davud Xolerdi; 1.Samir Mehdiyev, 7. Tural İsmayılov, 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov, 94. Oruc Baxşəli.
Baş məşqçi: İlqar Aslanov.
Qollar: R.Balakişiyev, 3 (0:1). M.Cahandost, 12 (1:1). M.Cahandost, 13-p. (2:1). R.Balakişiyev, 16 (2:2). R.Balakişiyev, 31 (2:3). R.Balakişiyev, 36 (2:4). D.Xolerdi, 39 (2:5). T.İsmayılov, 40 (2:6).
Vərəqələr: R.Balakişiyev, 11. M.Şahsavari, 26. D.Xolerdi, 37 - sarı. M.Şahsavari, 34 - qırmızı.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov.
Hakim-inspektor: Ağarza Rzayev.
20 noyabr. Bakı İdman Sarayı.
Marafon – FK.İD 6:1 (1:1)
Marafon: 12. Kəsra Mehdipur, 7. İlkin Hacıyev, 8. Renat Sultanov (k), 10. Seymur Məmmədov, 11. Hamed Xodaçi; 2. Kamran Hacıyev, 4. İbrahim İbrahimov, 9. Omid Talebi, 13. Məcid Moravati, 77. Səid Çodarzi.
Baş məşqçi: Elşad Quliyev.
FK. İD: 1. Ümid Paşayev, 7. Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov, 9. Elşən İbramxəlilov, 10. Faiq Əliyev; 2. Sadiq Ramazanov, 4. Elvin Quliyev, 5. Emil Abbaszadə, 6. Anar Ağayev, 11. Adil İsmayılov, 13. Ağatahir Əzimov (k).
Baş məşqçi: Rəfael Adbulov.
Qollar: S.Məmmədov, 15 (1:0). E.İbrahimxəlilov, 17 (1:1). S.Məmmədov, 23 (2:1). R.Sultanov, 26 (3:1). S.Məmmədov, 33 (4:1). R.Sultanov, 37 (5:1). S.Məmmədov, 38 (6:1).
Vərəqələr: S.Məmmədov, 18. N.İsmayılov, 23. H.Xodaçi, 40 - sarı.
Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Anar Fərəcov.
Hakim-inspektor: Şahin Cəfərov.
20 noyabr. Bakı İdman Sarayı.
1. Araz 7 6 1 0 36-7 19
2. Marafon 7 5 0 2 28-15 15
3. Neftçi 7 4 1 2 27-20 13
4. Ekol 7 4 0 3 17-16 12
5. FK.İD 7 2 1 4 21-23 7
6. Yasamal 7 1 0 6 15-37 3
7. Xəmsə 6 0 1 5 16-42 1
Bombardir: Renat Sultanov (Marafon) – 11.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar