18 noy 01:03olke

Vitali Borisov yığma karyerasını başa vurub?

Vitali Borisov yığma karyerasını başa vurub?
Alesio: “Avropa çempionatının final mərhələsinə qədər onunla bir daha söhbət edəcəm”
Millinin və “Araz”ın baş məşqçisi Joze Alesio da Silva Futzal Federasiyasının rəsmi saytına müsahibə verib. Braziliyalı mütəxəssis komandasının çempionatdakı çıxışından, U-17-dən, həmçinin əsas yığmanın AÇ-yə hazırlığından danışıb. Onun Vitali Borisovla bağlı açıqlaması isə diqqəti çəkməyə bilməz. Alesio Serbiya “Ekonomaç”ında legioner həyatı yaşayan istedadlı futzalçının milli karyerasını bitirmək niyyəti barədə açıqlama verib.
- Yüksək liqada artıq ilk dövrə başa çatdı. Ümumi təəssüratlarınız necədi?
- Dövrəyə “Xəmsə” ilə oyunla yekun vurduq. Böyükhesablı qələbə qazandıq və komandada hadisələrin yaxşılığa doğru dəyişdiyini hiss etdim. Topu özümüzdə çox saxladıq, qollar vurduq, müəyyən kombinasiyalar qurduq. Amma bir neçə məqam var ki, onun üzərində işləməliyik.
- Autsayderlə qarşılaşmada bu qədər qol vursaz da, əsas rəqiblərlə oyunlarda əziyyət çəkirsiz. Hətta “Neftçi” ilə görüşdə heç-heçə etdiz. İstədiyinizi komandadan niyə ala bilmirsiz?
- Hər oyunun öz xarakteristikası var. Əsas rəqiblərimizlə qarşılaşmalarda onlar daha çox müdafiəyə çəkilirlər. Belədə oynamağa imkan vermirlər. Təbii ki, bu cür müdafiə xəttini yarmağın da yollarını tapmalıyıq. Toplu-topsuz meydanda dominantlıq etməliyik. Məşqlərdə bunun üzərində işləyirik, elə narazı qaldığım məqamlar da bununla bağlıdı.
- Oyunları təkcə “Araz”ın yox, həm də yığmanın baş məşqçisi kimi izləyirsiz. Arxada qalan 7 tur ərzində diqqətinizi cəlb edən futzalçılar oldumu?
- Bunu mütləq eyd etməliyəm ki, çempionatda gərgin mübarizə gedir. “Araz” hər nə qədər favorit hesab edilsə də, müqavimətlə qarşılaşır. İranlı legionerlərin gəlişi, yeni komandaların çempionata qoşulması rəqabəti artırıb. Konkret sualınıza gəlincə, inanın, sonuncu pillədə qərarlaşan “Xəmsə” ilə qarşılaşmada onların heyətində bəyəndiyim futzalçı oldu. Digər komandalarda da belə oyunçular var. İndi ad açıqlamaq üçün uyğun zaman deyil, amma diqqətimi cəlb edən futzalçıları millinin Bakıdakı məşqlərinə dəvət edəcəm.
- Millidən söz düşmüşkən, komandamız dekabrın 2-dən 7-dək İranda keçiriləcək turnirdə iştirak edəcək. Rəqiblər və təqvim də müəyyənləşib. Bu turnirlə bağlı fikirlərinizi də bilmək maraqlı olar.
- İştirakçıların adları turnirin yüksək səviyyəli olduğunu göstərir. Təsəvvür edin, 4 iştirakçının hamısı FİFA-nın reytinq cədvəlində ilk “10-luq”dadı. Onlardan Rusiya son dünya çempionatının gümüş, İran isə bürünc mükafatçısıdı. Üstəlik, ikincilər Braziliya kimi futzalda hegemonluq edən komandanı udub. Azərbaycan mundialı ilk “5-lik”də bitirmişdi, Qazaxıstan isə 1/8 finalda mübarizəni dayandırdı. Bu göstəricilər qarşılaşmaların hansı müstəvidə keçəcəyinə aydınlıq gətirir. Təxminən 2 aydan sonra qatılacağımız Avropa çempionatının final mərhələsinə hazırlıq baxımından bu turnir faydalı olacaq. Təəssüf ki, hazırlıq keçmək üçün yetərli zamanımız olmayacaq. 3-4 gün Bakıda məşqlər edəcəyik, ondan sonra 14 nəfərlik heyətlə İrana yollanacağıq.
- Heyəti rəsmən nə vaxt açıqlayacaqsız və yeni isimlər olacaqmı?
- Heyəti demək olar, müəyyənləşdirmişəm. Qeyd etdiyim kimi, səfərə 14 oyunçu ilə gedəcəyik. Amma Bakıdakı hazırlıq prosesinə, federasiya rəhbərliyi icazə versə, 17 nəfər dəvət edəcəm. Əlbəttə, yeni adlar görəcəksiz.
- Qallo və Xətai Bağırov zədəlidi. Onların durumu nə yerdədi?
- Qallo Avropa çempionatına qədər tam hazır olacaq. O, artıq yüngül məşqlərə başlayıb. Xətai də turnirdə olmayacaq, amma Avropa çempionatına qədər vaxtı var. Ümid edirəm ki, ona qədər formasını bərpa edəcək.
- Ölkə xaricində çıxış edən Vassura, Fineo və Vitali Borisov turnirə dəvət ediləcəkmi?
- Fineo bu dəfə bizə qoşulmayacaq. Çünki onların oyunları var, həm də yol uzaq olduğuna görə buna ehtiyac duymuruq. Bura saat fərqini də əlavə etsək, haqlı olduğumu təsdiqləyərsiz. Vassura ilə danışmışam, o, 90 faiz turnirdə bizə kömək edəcək. Vitali Borisovun məsələsi isə açıq qalır. Yüz faiz dəqiqləşməsə də, o, millidəki karyerasını bitirdiyini bildirib. İrana yollanacaq heyət üzvləri arasında onun adı olmayacaq. Ancaq Avropa çempionatının final mərhələsinə qədər Vitali ilə bir daha söhbət edəcəm. Onun həmin yarışda milliyə kömək etməsini istəyirəm.
- Bugünlərdə həvəskarlar arasında təşkil edilən MFL-in oyunlarını izlədiz. Yarışla bağlı təəssüratlarınız necədi?
- Bu daha çox kütləviliyə hesablanmış layihədi. İnsanların sağlam həyat tərzi keçirməsi üçün əla iş görülüb. Bir neçə oyunu izlədim və iştirakçıların istəkli, həvəsli olduqlarını müşahidə etdim. Maraqlı qarşılaşmalar keçirilir. Təbii ki, ora getməkdə məqsədimiz gənc və perspektiv vəd edən oyunçuları izləmək idi. Ordan əsas milliyə oyunçu götürməyimiz real deyil, amma U-17 yığması üçün futzalçı tapmaq mümkündü. Demirəm ki, gənclərin hamısını U-17-yə cəlb edəcəyik. Bizi cəlb edən, oyunu ilə seçilən futzalçılara qapımız açıq olacaq.
- Yeri gəlmişkən, U-17 yığması birinci liqada çıxış edəcək. Bu komanda ilə bağlı planlarınızı bilmək olar?
- Əsas millinin baş məşqçisi olsam da, bu komandanı da nəzarətdə saxlayacağıq. Mütəmadi olaraq seçim aparılacaq. Xüsusilə də məktəblərdə, universitetlərdə burda oynamağa layiq olan oyunçuları izləyəcəyik. U-17 bizim üçün ehtiyat komanda olacaq. Əlbəttə, istərdik ki, seçimi 80-90 futzalçı arasından edək. Bu komandanın olması, liqada iştirak etməsi gənclər üçün də stimul olacaq. Fuad Rzayevə mütəmadi kömək edəcəyik.
Yeri gəlmişkən, Alesionun açıqlamasından sonra Vitali Borisovla əlaqə saxladıq. Millinin üzvü İranda keçiriləcək turnirə qatılmayacağını təsdiqləsə də, yığmadan ümumilikdə imtina etmək mövzusunda konkret danışmadı: “Millidən imtina etmiş olsam, bunu ilk olaraq, sən biləcək və yazacaqsan. İndi bu mövzunu müzakirə etmək istəmirəm, sonra danışarıq. Hələlik o dəqiqdi ki, İrandakı turnirə qatılmayacam. Çünki çempionatda oyunlarım var. Paralel olaraq, Çempionlar Liqasına (UEFA kuboku) hazırlaşırıq. Avropa çempionatına gəlincə, yarış ərəfəsində bütün məsələlərə aydınlıq gələcək. Alesio ilə problemim var? Qətiyyən! O mənim indiyə qədər çalışdığım ən yaxşı məşqçidi. O mənə futzalda çox şey öyrədib. Fikirləşirəm ki, AÇ-də də yaxşı nəticəyə imza atacaq. Baxmayaraq ki, “Araz” UEFA kubokunda uğursuz çıxış etdi. Bu, mənim üçün gözlənilməz oldu. Əmin idim ki, bu mərhələni keçəcəklər. İstənilən halda, Alesio dünya çapında tanınan, yaxşı mütəxəssisdi”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq Bu gün, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi Bu gün, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? Bu gün, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” Bu gün, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü Bu gün, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə Bu gün, 11:34 Mövsümün ən məhsuldar həftəsi Bu gün, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib Bütün xəbərlər
Ən çox oxunanlar