16 noy 17:05olke

Elnur Cəfərovun növbəti tərbiyəsizliyi

Elnur Cəfərovun növbəti tərbiyəsizliyi
“Hələ sənin kimi çox oğlanı “yandıracam”
Bu qədər tənqiddən nəticə çıxarmaq əvəzinə, hər imkanda yaxşı futbolçu yox, “yaxşı oğlan” olduğunu sübut etməyə çalışan Elnur Cəfərov tərbiyəsizliyin “daşını atmaq” istəmir. Almaniyaya 0:7 hesablı yenilgidən sonra “instaqram” səhifəsində “Chevrolet Camaro”nun şəklini paylaşan U-21-in üzvünün hərəkəti birmənalı qarşılanmamışdı. Jurnalistlər tənqidi yazılar, azarkeşlər isə sosial şəbəkələrdəki status və şərhlər ilə futbolçunun doğru yolda olmadığını sübut etməyə çalışsa da, Cəfərov qətiyyən peşman deyil. Belə olmasaydı, daha bir əməliylə gündəmə gəlməzdi. Növbəti hoqqanı da sosial şəbəkədə çıxarıb. Bu dəfə “instaqram”da yox, “feysbuk”da.
Hamburqda yaşayan Ayaz Xəlilov adlı azərbaycanlı futbol həvəskarı Elnurun məlum maşın paylaşımı ilə bağlı yazılmış statusların birinə belə reaksiya verib: “Oyuna pul qoyublar, bir söz demirəm. Amma bu bədbəxtlərdə tərbiyə, qanacaq yoxdu. Utanmaqdan, yerə girməkdən hələ bunu gözümüzə də soxurlar. Bunlar niyə ölüb, yerə girmir, görəsən? Ronaldonun paylaşımlarına baxsınlar. Hərfləri belə düzgün yaza bilmirlər”.
Gözünə döndüyüm Elnur da eləmə tənbəllik, “şəxsi mesaj” bölümündə Ayaza həmin şərhin şəklini atıb. Ardınca tərəflər dialoqa girib.
- Nə q..cıq-q..cıq danışırsan? Bədbəxt sənə tərbiyə-qanacaq verəndi. Ailənə hörmət etmirsənsə, özünə hörmət et. Telefon arxasında şirsiz bl.d.
- Tərbiyən olsaydı, 0:7-dən sonra utanıb, xəcalət çəkərdin. Daha gözümüzə soxmazdın. Sən bizə lazım deyilsən, oyunun ortadadı. Nə “Tondela”da, nə də “Duqopolye”də bir şey edə bildin. Adamın yığmaya yazığı gəlir, adam içinə çıxmağa utanırıq. 0:7 hesab olar, ay Elnur? İndi özün de. Özü də danışığına fikir ver. İndi Hamburqdayam, gələrəm ora, görüm nə deyirsən. Bəli, sənin tərbiyən yoxdu. Tərbiyənin nə olduğunu bilmirsən.
- Nə vaxt gəlirsən?
- Apreldə Bakıdayam.
- Denən ona görə boyük-böyük danışıram da. Qa..on ki, qa..on. Almaniyada yaşamaqla deyil. Gərək adamın kişiliyi ola. Arvad kimi qeybət etməyə hazırsız. Gözün götürmür də, paxıllıqdan yanırsan. Onu bil ki, hələ sənin kimi çox oğlanları “yandıracam”.
Bu sözlərin müəllifi U-21-in aparıcı üzvü, “Neftçi”nin futbolçusu, Portuqaliya və Xorvatiyada ölkəmizi legioner kimi təmsil edən Elnur Cəfərovdu. Azarkeşləri oynadığı futbol, vurduğu qollar, verdiyi ötürmələr ilə sevindirmək əvəzinə, çoxlarını “yandırmağı” özünə hədəf seçən Lənkəran futbolunun yetirməsi. Adama sual verərlər: ay Elnur, sən kimsən? Bir futbolçu olaraq nə etmisən, hansı dağın yamacına yaxınlaşmısan? Ölkə futbolu üçün nə etmisən? Adam fikirləşir ki, nə yaxşı belələri böyük futbolçu olmayıb, illər öncə dövr edən yüzminləri görməyib. Yoxsa Elnur və onun kimilərin qabağında dayanmaq olmazdı. Tərbiyəsizlik edənə tərbiyəsiz deyərlər. Ağır yenilgidən sonra “instaqram”da maşın şəkli paylaşmaq məğlubiyyəti vecinə almamaqdı ki, bunun adı tərbiyəsizlikdi. Bəli, məhz tərbiyəsizlik. Ayaz səni təhqir etməyib, hədə-qorxu gəlməyib. Tərbiyəsizlik etmisən, tərbiyəsiz deyib. Sən də öz növbəndə iradla razılaşmalı, əməlinə görə üzr istəməliydin. Hələ bir utanmaz-utanmaz yazışdığı şəxsi Bakıya söhbətə çağır, onu söy, təhdid et. Və bunu edən Kosovo ilə oyunda topu saxlaya bilməyən, əlverişli şansları əldən verən, ilk yarı bitməmiş zədələnib komandasını pis vəziyyətdə qoyan futbolçudu. “Neftçi” boyda tarixi klubun formasını əynində daşıyan futbolçu.
Bu onun ilk hoqqası deyil. Xatırlayırsızsa, ötən seçmə mərhələdə, U-21-in Maltayla oyunundan əvvəl də sosial şəbəkədə paylaşımı ilə tənqidlərə tuş gəlmişdi. Belə ki, məlum qarşılaşmadan bir neçə saat əvvəl “instaqram”da məşhur “Dolya vorovskaya” mahnısını paylaşıb, “oğlum dünyaya gələndə bu mahnını ona ana lay-layı kimi qulaq asdıracam” sözlərini yazmışdı. Tənqid dalğasından sonra isə paylaşımı silməyə məcbur olmuşdu. Yəni əsas millinin gələcəyi sayılan futbolçunun karyerası belə əməllərlə doludu. Adam özünü “instaqram” ulduzu sayır, istədiyini edir. Günah isə onun dalınca düşən klublarda, ona şans verən məşqçilərdədi. Bir il futboldan kənarda qalsın, cibindəkiləri də xərcləyib qurtarsın, görün ondan sonra “qazı” necə alınır. Xaricə getməyə şansı yoxdu, ölkədə də heç kimə lazım olmayandan sonra üz tutar Rusiyaya. Ya bazarda işləyər, ya da “söhbət xırdalayar”, özünün dediyi kimi, neçə-neçə oğlanı “yandırar”. Tərbiyəsiz futbolçu olmaqdansa, özü düşüncədə olanların arasında “yaxşı oğlan” kimi fırlanması məsləhətdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar