15 noy 18:25olke

Kazbek Tuayev: 7-dən 77-yə

Kazbek Tuayev: 7-dən 77-yə
Canlı əfsanənin həyat kitabından 7 məqam
O, Azərbaycan futbol tarixinin ən görkəmli nümayəndələrindən biri sayılır. 1966-cı ildə “Neftçi”nin bürünc medal qazanmasında müstəsna xidməti olub. Söhbət “Şöhrət” ordeninin sahibi, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevdən gedir. “Müstəsna xidməti olub” ifadəsini bilərəkdən yazdıq. Çünki 66-da “ağ-qaralar”ın lideri Anatoli Banişevski SSRİ yığmasının heyətində dünya çempionatına qatıldığına görə komandanın əsas yükü məhz Tuayevin üzərinə düşmüşdü. O vaxt 26 yaşında olan Tuayev bu məsuliyyətin öhdəsindən məharətlə gəlməyi bacardı. O, həmin mövsüm SSRİ çempionatında 14 qol vurmaqla bürünc medal qazanan “Neftçi”nin bombardiri oldu.
1940-cı il noyabrın 13-də dünyaya gələn, heç vaxt doğum gününü təmtəraqlı şəkildə qeyd etməyi xoşlamayan Tuayev dünən ömrünün 77-ci payızını geridə qoydu. Bu yazıda Kazbek bəyin həyat kitabını vərəqləyəcək, diqqəti çəkən 7 məqama nəzər yetirəcəyik.
1. Üzgüçülük, gimnastika, ağır atletika və nəhayət, futbol...
Boz payız günündə Ələtdə dünyaya göz açan Tuayev uşaq yaşlarından idmana böyük həvəs göstərib. Futboldan öncə üzgüçülük, ağır atletika, gimnastika ilə məşğul olsa da, sonda “idmanın şahı”nı seçib. Onu da qeyd edək ki, Kazbek bəy adını çəkdiyimiz idman növlərində birinci dərəcəyə malik olub. Ancaq görünür, top onu özünə daha çox cəlb etdiyindən sonda futbolçu olmağa qərar verib.
2. “Lokomotiv”dən başlayan yol, çilingər köməkçisi
O karyerasına 1954-cü ildə Bakı “Lokomotiv”ində başlasa da, 5 ildən sonra Nalçik “Spartak”ına yollanıb. Bir ildən sonra yenidən Bakıya qayıdan Tuayev respublikanın əsas komandasına çıxış etməyə başalyıb və Əhməd Ələsgərovun rəhbərliyi altında bürünc medal qazanıb. SSRİ çempionatında 290 oyunda 61 qol vuran hücumçu 3 dəfə - 1963, 1966 və 1967-ci illərdə “SSRİ-nin ən yaxşı 33 futbolçusu” siyahısında yer alıb. 1973-cü ildə isə Tuayev yaşıl meydanlardan ayrılmaq qərarına gəlib. Buna qədər o iki dəfə “Neftçi”dən getmək məcburiyyətində qalmışdı. 1968-ci ildə Oleq Timakovun “gəncləşdirmə” siyəsəti səbəbindən Nalçik “Spratak”ına yollanmışdısa, 1970-ci ildə payatxt təmsilçisinin heyətində bir neçə oyuna çıxmasına baxmayaraq, Əhməd Ələsgərovla aralarında yaşanan münaqişəyə görə bu dəfə Orconikidze “Spartak”ına üz tutmuşdu. Çox maraqlıdı ki, Nalçikdə top qovduğu illərdə Tuayevin adı yerli zavodların birində çilingər köməkçisi kimi ştata salınıb. Lakin bir ildən sonra Bakıya qayıdaraq karyerasını doğma klubunda başa vurub.
3. Sınıq qolla Avropa çempionatına yollanan hücumçu
Tuayev SSRİ yığmasına da cəlb olunub. O, 4 dəfə dünyanın ən böyük ölkəsinin formasını geyib. 1964-cü ildə İspaniyada keçirilən Avropa çempionatına da yollanıb. Ancaq zədə ucbatından meydana çıxa bilməyib. 1963-64-cü illərdə SSRİ yığmasını çalışdıran Konstantin Beskovun “Neftçi”nin forvardına xüsusi simpatiyası varmış. Həmyaşıdlarının söylədiklərinə görə, Avropa çempionatı ərəfəsində rumınlarla görüşdə qolu sınan Tuayev yığmadan kənarda qalmalıymış. Hətta həmin vaxt “ağ-qaralar”ın çalışdırıcısı Ələkbər Məmmədov hücumçunun ona sağlam lazım olduğunu bildirərək, Beskovdan Tuayevi İspaniyaya aparmamağı xahiş edib. Lakin Konstantin İvanoviç fikrini dəyişmir və futbolçunun adını AÇ-yə yollanan heyətə salır. Təəssüf ki, SSRİ-nin gümüş medal qazandığı turnirdə Tuayev meydana çıxmayıb.
4. “Neftçi”nin məşhur “üçlüy”ü
1965-ci ildə “Neftyanik” 27-ci SSRİ çempionatına ciddi hazırlaşırdı. Düzdü, mövsümün sonunda "ağ-qaralar" 17 komanda arasında 11-ci oldular. Amma heyətində Sergey Kramarenko, Vladimir Bruxti, Kazbek Tuayev, Anatoli Banişevski, Eduard Markarov kimi səviyyəli futbolçular olan komandanın tezliklə uğur qazanacağına inananların sayı çox idi. Növbəti mövsüm proqnozlar özünü doğrultdu və Banişevski – Markarov - Tuayev “üçlüy”ünün sayəsində Azərbaycan komandası SSRİ çempionatında birinci və sonuncu dəfə mükafatçılar sırasına düşməyi bacardı.
5. Yaşinin qənimi
“Bir çox hücumçulara qarşı oynamışam. Ancaq ən çox ehtiyatlandığım hücumçu Kazbek Tuayev olub. Onun meydanın hansı hissəsindən və nə vaxt topa zərbə endirəcəyini müəyyənləşdirmək çox çətin idi. Üstəlik, onun zərbəsindən sonra top da olduqca qəribə trayektoriya cızırdı” - bu fikirlər ötən əsrin 60-cı illərində dünyanın ən yaxşı qolkiperlərindən sayılan Lev Yaşinə məxsusdu. Karyerası ərzində Tuayev Yaşini ən çox məyus edən hücumçular arasında birinci olub. “Neftçi”nin forvardı 6 dəfə onu topu tordan çıxarmağa məcbur edib.
6. Məşqçi karyerası
Tuayev həm futbolçu, həm də məşqçi karyerasını, demək olar ki, Azərbaycan futboluna həsr edib. Onun rəhbərliyi altında neçə-neçə oyunçu futbolun sirlərini öyrənib. Müstəqillik dövründə UEFA kubokunda Azərbaycanı ilk dəfə təmsil edən “Turan”ın baş məqşçisi Tuayev olub (1994-cü il). Azərbaycan klubları UEFA kubokunda ilk qələbəni də məhz onun rəhbərliyi altında qazanıb (Neftçi – Lokomotiv 2:1). Elə milli də rəsmi oyunlarda ilk xallarını məhz Kazbek Tuayevin dövründə qazanıb: Azərbaycan – Polşa 0:0 (1996) və Azərbaycan – İsveçrə 1:0 (1997).
1988-ci ildə Tuayevin çalışdırdığı Tunisin “Afrikane” klubu Ərəb ölkələri kubokunda ikinci pilləni tutub. Ölkə çempionatında isə 1 dəfə “Turan”ı (1994), 3 dəfə “Neftçi”ni (1996, 1997, 2004) çempionluğa daşıyıb. O həmçinin “ağ-qaralar”la 2 dəfə (1996, 2004) ölkə kubokunu qazanmağı bacarıb.
7. Ruslara nifrət
77 yaşını qeyd edən qəhrəmanımızın dəmir yolunda çalışan atası milliyyətcə osetin, müəllimə olan anası isə rus olub. 60 il bir yastığa baş qoyduğu xanımının da rus olmasına baxmayaraq, nədənsə o daim açıqlamalarında şimal qonşularımızdan xoşlanmadığını büruzə verir. Onun Rusiya yığması və klubları barədə verdiyi bədbin proqnozlara şimal qonşularımızın mətbuatında geniş yer ayrılır. Tuayevin xüsusilə Moskva ”Spartak”ı haqda söylədikləri “xalq komandası”nın rəhbərliyi və tərəfdarları tərəfindən qıcıqla qarşılanır. Bəlkə də bütün bunlar Nikita Simonyanın “Spartak”ın rəhbərliyində təmsil olunmasından irəli gəlir. Çox maraqlıdı ki, Tuayevin iki oğlundan biri - Sergey hazırda Rusiyada yaşayır və həkim kimi çalışır.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar