13 noy 20:11olke

Asif Namazov təmənnasız işləməyə hazırdı

Asif Namazov təmənnasız işləməyə hazırdı
“Vaxtilə bu işi görmüşəm və nəticəsi də olub”
Müxtəlif yaş qrupu üzrə yığmaların uğursuz çıxışı istər azarkeşləri, istər idman mediasını, istərsə də mütəxəssisləri narahat edir. Bu payız elit mərhələyə vəsiqə qazana bilməyən U-17 və U-19-un bərbad çıxışı, AÇ-nin seçmə mərhələsinin qrup oyunlarında qələbəyə həsrət qalan U-21-in hazırkı durumu futbol ictimaiyyəti arasında çox müzakirə olunur, vəziyyətdən çıxış yolu haqda müxtəlif fikirlər səslənir. Kimi millilərə “yeni qan” lazım olduğunu, kimi də yığmaların “sükanı arxasına” yeni baş məşqçiərin gətirilməsinin zəruriliyini deyir. Bəziləri aşağı yaş qruplarının düzgün proqram üzrə hazırlıq keçmədiyini söyləyib, ümumiyyətlə, metodikanın dəyişməli olduğunu vurğulayır.
Asif Namazov isə aşağı yaş qruplarında seleksiya işlərinin düzgün aparılmadığı qənaətindədi. Ölkə futboluna Yaşar Vahabzadə və Ruslan Abuşov kimi oyunçular bəxş edən mütəxəssis redaksiyamızla əlaqə saxlayaraq, indiki durumla bağlı fikirlərini bölüşdü: “İndi hamını bur sual düşündürür: niyə bizim müxtəlif yaş qrupları üzrə millilərimiz son vaxtlar belə zəif nəticələrələ yadda qalırlar? Təəssüflə qeyd etməliyik ki, ildən-ilə yığmalarımız inkişaf etmək əvəzinə daha da geri addımlayır. Gəlin etiraf edək ki, AFFA əsas yığma ilə yanaşı, müxtəlif yaş qrupları üzrə millilərə də diqqət ayırır, onların normal hazırlıq keçməsi üçün əlindən gələni edir. İstər respublika daxilində, istərsə də ölkə xaricində müxtəlif yaş qrupları üzrə komandalara təlim-məşq toplanışı keçmək üçün şərait yaradılır. Lakin bunun qarşılığını görə bilmirik. Səbəb isə çox sadədi. Klublarda çalışan məşqçilər işlərini düz qurmadıqlarına görə yığmada normal futbolçu görə bilmirik. Artıq neçə ildi ki, “Qəbələ”nin və başqa klubların akademiyaları fəaliyyət göstərir. Ancaq sərgilədiyi oyunla bizləri sevindirə, ölkəmizi Avropada layiqincə təmsil edə biləcək səviyyədə bir futbolçunun yetişdiyini görmürük. Bu da ondan irəli gəlir ki, klublarda seleksiya işləri düzgün aparılmır. İki aya kateqoriya alaraq məşqçi adını qazanan gənclər, seleksiyaçı məşqçilər futbolçu seçimində səhvlərə yol verirlər. Bu gün Azərbaycanda yüzminlərlə uşaq və gənc var. Bəyəm onların arasından layiqlisini tapıb çıxarmaq bu qədər çətindi? Mümkündü, sadəcə, hər işi həmin sahəni bilən peşəkara tapşırmaq lazımdı. Ancaq belə olacağı halda vəziyyət yaxşılığa doğru dəyişə bilər. Yaxşı olardı ki, aşağı yaş qruplarında yaşıdlarından fərqlənən uşaqlar təcrübə toplamaq üçün Avropa ölkələrində fəaliyyət göstərən futbol akademiyalarına göndəriləydi. Onlar artıq kiçik yaşlarından həmyaşıdlarının Avropada məşqlərə necə münasibət göstərməsini əyani formada görsünlər”.
Namazov bizimlə söhbətdə seleksiya sahəsində klublara və yığmalara yardımçı olmağa hazır olduğunu da bildirdi. Ancaq onun da şərti var: “Bu gün seleksiya sahəsində çalışmağa hazıram. Ancaq bir şərtim var: mənə heç kimin pulu lazım deyil. Bu işi təmənnasız görəcəm. Bu, sadəcə, içimdən gələn arzudu. İnanıram ki, bölgələrə səfər etməklə xeyli istedadlı uşaq tapa bilərəm. Vaxtilə bu işi görmüşəm və nəticəsi də olub. Düzgün seleksiya işi uğur qazanmağın əsas meyarlarından biridi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar