13 noy 19:55olke

Qriqorçuk zədəliləri riskə atmır

Qriqorçuk zədəliləri riskə atmır
Ayxan Abbasov qapıçılar arasında fərq qoymur
Qarşılaşmadan sonra sonra hər iki komandanın baş məşqçisi ilə ayaqüstü söhbətləşdik. Oyun başa çatan kimi “qartallar”ın çalışdırıcısı Ayxan Abbasov jurnalistlərin suallarını cavabladı.
- Öncə qarşılaşma ilə bağlı fikirlərinmizi öyrənmək maraqlıdı. Yoxlama görüşlərində nəticə o qədər də önəm daşımasa belə, qələbə qazandız. Komandadan razı qaldız?
- Yığmalara görə yaranan fasilədən yararlanmağa çalışdıq. İlin sonuna kimi cəmi 3 oyunumuz qalıb. Bəzi futbolçularımız zədəli idi. Fürsətdən istifadə edib onlara istirahət verdik. Nadir hallarda şans qazanan futbolçularımız var, hansı ki onların da vəziyyəti bizi maraqlandırır. Həmişə formada olmalıdılar. “Qəbələ” sağ olsun ki, yoxlama oyunu keçirməyə razılaşdı. Məncə, maraqlı qarşılaşma oldu. Bizə nəticədən çox, futbolçularımızın oyun yükünü alması maraqlı idi. Fikrimcə, istədiyimizi əldə edə bildik.
- Növbəti yoxlama oyunu olacaq, yoxsa bu qarşılaşma ilə kifayətlənəcəksiz?
- Təkcə bu oyunla kifayətlənəcəyik. Bundan sonra noyabrın 18-də “Keşlə” ilə keçiriləcək qarşılaşmaya hazırlaşacağıq. Sabah istirahətdi, daha sonra isə çalışmaları davam etdirəcəyik.
- Zədəli futbolçularınızın vəziyyəti nə yerdədi?
- Orxan Əliyev artıq komanda ilə məşq edir. Yovan Krneta, Jozef Bum mövsümboyu 90 dəqiqə meydanda olub. Buna görə onlara istirahət verdim. Qabriel Mateyin də yüngül zədəsi var. Ən ciddi zədəlimiz Anar Nəzirov idi. O da yavaş-yavaş məşq edir. Son oyunlara hazır etməyə çalışacağıq.
- Müdafiənin mərkəzində Sadiq Quliyevlə Adil Nağıyevi meydana buraxmışdız. Sadio Tounkaranın müdafiə olunmaq qabiliyyəti çox zəifdi. Amma bu gün o, cinah müdafiəçisi kimi meydanda idi. Onun çıxışından razı qaldız?
- Adillə Sadiq ən çox güvəndiyimiz futbolçulardandı. Onların gələcəyinə inanıram. Öz üzərlərində işləməlidilər. Rəqibimizə və sistemimizə görə hər ikisindən yararlanırıq. Fikrimcə, Tounkaranın yaxşı müdafiə olunmaq qabiliyyəti var. İlk yarı da göstərdi ki, təkbətək mübarizələrdə heç kimə məğlub olmadı. Hansı ki, ilk yarıda Famussa Koneyə qarşı oynadı. Tounkaranı ona görə yoxladıq ki, ola bilsin, gələcəkdə hansısa qarşılaşmada bizə bu mövqedə kömək edə bilər.
- Çempionat matçlarında olduğu kimi, Kamal Bayramov bu gün də çox yaxşı çıxış etdi. Onun əsas heyətdə yerini təmin etdiyini düşünmək olar? Ötən il “çərçivə”də daha çox dəyişikliklər edirdiz. Amma bu mövsüm onu görmürük.
- İlk dövrədə Anar qapıda dururdu. Amma ondan əvvəl yoxlama matçlarında hər ikisinə şans verirdim. Kamal az dursa da, ona həmişə əsas qapıçı kimi baxıram. Çıxışı ilə də sübut edir ki, təcrübəsiylə əsas qapıçı olmağa layiqdi. Hər ikisi kapitanımız və əsas qapıçımızdı. Hansına şans verilirsə, özlərini göstərirlər.
Ardınca “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin əhatəsinə düşdü.
- Oyundan istədiyinizi ala bildiz?
- Zənnimcə, pis alınmadı. Normal hazırlıq keçdik. Bu oyunlar elə bunun üçün nəzərdə tutulub ki, futbolçuları iş başında görək. Belə qarşılaşmalar futbolçular haqda əlavə məlumatın toplanmasına hesablanıb. Əlbəttə, daha çox informasiyaya sahib olmaq istəyərdik.
- Bir neçə gənc futbolçuya şans tanıdız. Onların çıxışı ürəyinizcə oldu?
- Düşünürəm ki, belə oyunlarda gənclərə şans verməliyik. Çünki bu oyunçuların inkişaf edib-etmədiyini görməliyik.
- İki yeni futbolçu düşərgədə baxışdadı. Onların taleyi necə olacaq?
- Bu futbolçularla bağlı nə deyə bilərəm? Ya deməliyəm ki, müqavilə bağlayacağıq, ya da yola salacağıq. Ancaq hələ qərarımızı verməmişik. Ona görə də deməyə söz yoxdu.
- Sabah (söhbət şənbə günü olub – F.) “Səbail”lə yoxlama matçı keçirəcəksiz. Ardıcıl iki gün oynamaq nə ilə bağlıdı?
- Hər halda, eyni heyətlə oynamayacağıq. Sabah daha çox gənc futbolçulara şans verəcəm. Bizdə elə futbolçu olmayacaq ki, ardıcıl iki gün 90 dəqiqə oynasın. Yalnız 30-45 dəqiqə mübarizə aparan futbolçular yenə də eyni zaman kəsiyində oynaya bilərlər.
- Baxışa oyunçuların dəvət edilməsindən belə qənaətə gəlmək olarmı ki, artıq indidən qış fasiləsinin planlarını cızmısız? Yəni kimləri yola salacağınızı, hansı mövqelərə oyunçu almaq fikrində olduğunuzu müəyyənləşdirmisiz?
- Yox, ilk yarının sonuna kimi hələ oyunlarımız var. Futbolda dəyişikliklər tez olur. Buna görə də bu fikirləri ağlımızdan keçirmirik. Əlbəttə, komandada daim ciddi rəqabət, oyunumuzu gücləndirə bilən futbolçular çox olmalıdı. Bu istiqamətdə də işlər daim aparılır.
- Heyətdə bir neçə zədəli oyunçu var. Bu durum sizi narahat edir?
- Əslində bizdə ciddi zədə alan olmadı. Sadəcə, zədə ehtimalı olan futbolçuları riskə atmırıq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar