13 noy 19:40olke

Nicat Əliyev əcnəbi klublardan imtina edib

Nicat Əliyev əcnəbi klublardan imtina edib
“İstəyim öz çempionatlarımızda oynamaq, göz qabağında olmaqdı”
Bölgələrə səfər etməyin bir başqa ləzzəti var. Təkcə ona görə yox ki, fərqli insanlarla qarşılaşırsan, yerli futbolun real durumunu gözünlə görürsən, insanların həmin bölgəyə xas şirin ləhcədə bu oyunla bağlı fikirlərini dinləyirsən. Etiraf edirəm, ürəyimə yağ kimi yayılan əsas məqamlardan biri də “Futbol+”dən olduğumu bilən azarkeşlərin isti münasibət göstərməsi, “orda oturma, burda otur, gedək qonağımız ol” deməsidi. Texnologiyanın inkişaf etdiyi dövrdə paytaxt camaatının böyük əksəriyyəti futbolla bağlı xəbərləri saytlardan oxumağa üstünlük versə də, bölgələrdə hələ də “Futbol+”i əldə etmək üçün səhərin gözü açılmamış köşklərin yolunu tutanlar kifayət qədərdi. Qəbələdə Tahir müəllimlə, Zaqatalada Süleyman bəylə, Qubada Xosrov kişiylə tanışlığım da məhz bu qəzetin əməkdaşı olduğuma görə baş tutub.
Bu dəfə Gəncədə - “Kəpəz” – “Qarabağ” matçını işıqlandırmaq üçün yollandığım, ərazisinə görə ölkənin ikinci ən böyük şəhərində İlqar Əliyev adlı oxucumuzla rastlaşdım. Dediyinə görə, “Futbol+” illərdi əlindən, maşınından, iş otağından əskik olmur. Gəncə futboluyla bağlı mövzuda xeyli söhbətləşəndən sonra məlum olur ki, İlqar bəyin oğlu Nicat futbolçudu. Vaxtilə müxtəlif komandaların şərəfini qorusa da, bu gün klubsuzdu. “Niyə” sualıma ata cavab vermək istəmir, ən yaxşısı övladının dilindən eşitməyimi məshələt görür. Utancaq, yerini bilən, ailə tərbiyəsi görmüş 24 yaşlı Nicatla ayaqüstü söhbətləşirik, atası isə oğlunun rahat danışması üçün bir qədər kənara çəkilir.
- Gəncə futbolunun yetirməsi sayılırsan?
- Əlbəttə, belə demək olar. Çünki futbolda ilk addımlarımı Gəncədə atmışam. Sonradan “Bakı”nın akademiyasına yollandım, yekunda yenə Gəncəyə qayıtmalı oldum.
- “Bakı”nın akademiyasından yenidən Gəncəyə? Nə üçün? Vaxtilə o cür akademiyada yer almaq çoxlarının arzusu idi.
- O vaxt 14 yaşım var idi, “Bakı”nın U-15-də oynayırdım. Bir dəfə Gəncəyə gəlmişdim, “Gəncə”nin əsas komandası məşq edirdi. O dönəmdə “Gəncə” birinci divizionda mübarizə aparırdı və birinci pillədə qərarlaşmışdı. Baş məşqçi Fuad İsmayılovla söhbətimiz oldu və məni komandasında görmək istədiyini bildirdi. 14 yaşlı uşaq üçün bundan yaxşı fürsət ola bilməzdi. “Bakı”nın əsas komandasına yüksəlmək üçün bir neçə mərhələ adlamalıydımsa, “Gəncə”nin əsas komandasında oynamaq imkanı yaranmışdı. Həm də doğma şəhərimin komandasında oynamaq qürurverici idi.
- Sonra nə baş verdi?
- Sonradan Mahmud Qurbanovun rəhbərliyi altında premyer-liqa həyəcanını hiss etdim. Meydana çıxmaq imkanım olmasa da, təcrübəli futbolçularla məşq etmək, adımın “18-liy”ə salınması böyük stimul idi. 2012/13 mövsümündə çox çalışsaq da, premyer-liqada qala bilmədik. Belədə komandanı tərk etməli oldum. İstəyim elita komandalarında oynamaq, özümü göstərmək idi. Çünki buna qədər birinci divizionda top qovmuşdum. Həm də premyer-liqa təmsilçilərindən təklif almışdım. Konkret “Simurq” və AZAL xidmətimdə maraqlı idi. Yaxınlarımla məsləhətləşəndən sonra ikinci varianta üstünlük verdim.
- AZAL-ın əsas komandasına cəlb olundun?
- O vaxt Vaqif Sadıqovun dönəmiydi. Əsas komandayla məşq etsəm də, əvəzedici komandada çıxış edirdim. AZAL-da olsam da, nədənsə ürəyim “Kəpəz”in yanında qalmışdı. Birinci divizionda çıxış etməsinə baxmayaraq, doğma komandama kömək etmək qərarına gəldim. Və bu dəfə də “Kəpəz” elitaya yüksəldi.
- Amma Şahin Diniyevin komandaya rəhbərlik etdiyi dönəmdə adına “18-lik”də rast gəlməmişəm.
- Şahin müəllimlə bu barədə söhbətimiz oldu. O, gəncəli futbolçuları komandasında görmək istədiyini, “Kəpəz”də yerli uşaqların oynamasının vacibliyi qeyd etdi. Lakin mənim problemim yaşıma görəydi. Artıq 21 yaşım tamam olmuşdu və limit məsələsində baş məşqçinin planlarına uyğun gəlmirdim. Əsas heyət üzvləri isə daha çox premyer-liqa təcrübəsi olanlar və legionerlər idi. Bir müddət əvəzedici komandada çıxış edəndən sonra başqa təkliflər üzərində düşünməli oldum.
- Və getdin?
- Açığı, “Kəpəz”də qalmaq istəyirdim. Nə vaxtsa əsas komandaya cəlb olunacağıma hədsiz ümidim vardı. Lakin sonradan bunun vaxt itkisi olacağını düşünüb “Şərurspor”a yollandım. Mən komandaya qoşulandan az sonra məlum problemlər baş qaldırdı və komanda birinci diviziondan uzaqlaşdırıldı. Bu yay Türkiyə və Gürcüstan komandalarından təkliflər var idi. Lakin heç birinə isti yanaşmadım.
- Niyə?
- Gürcüstan təmsilçisi 3 illik müqavilə təklif edirdi. Bu isə bir qədər riskli sayılırdı. Sabah ordan ayrılmaq istəsəydim, yaxud Azərbaycan komandalarından sərfəli təklif alsaydım, gedə bilməyəcəkdim. Türkiyədə isə, açığı, BAL liqası kimi tanınan həvəskarlar liqasından maraq var idi. Türkiyəli menecer bu məsələdə mənə kömək göstərə biləcəyini deyirdi. Düzü, onu da istəmədim. Çünki ora getsəydim, Azərbaycan futbolundan uzaq düşəcəkdim. Mənim istəyim isə öz çempionatlarımızda oynamaq, göz qabağında olmaqdı. Bu gün də məhz bu haqda düşünürəm. Görsəm ki, alınmır, sonuncu şans kimi Türkiyənin həvəskarlar liqası haqda fikirləşmək olar.
- Əslən gəncəlisən?
- Bəli-bəli.
- Futbolumuzun “Məkkə”si sayılan Gəncədə son illərdə futbolçu yetişmir. Səncə, səbəb nədi? İndiki yeniyetmələrdə bu oyuna həvəs yoxdu, yoxsa “Kəpəz”in əvvəlki kimi iddialı olmaması futbola marağı soyudur?
- Məncə, başlıca problem indiki gənclərin futbol oynamağa həvəssiz yanaşmasıdı. Baxıram, vaxtlarını daha çox “çay evləri”ndə, “play station”, ya da internet salonlarında keçirirlər. Əvvəlki dönəmdə, hətta 10 il əvvəl bizim vaxtımızda “Kəpəz”də oynamaq şəxsən mənim və tanıdığım bir neçə futbolçu üçün “Real”, yaxud “Barselona”nın şərəfini qorumaq qədər böyük arzu olub. Xəyallarımızın komandası sayılıb. Fərqi yoxdu, komanda premyer-liqadadı, yoxsa elitada. Çünki “Kəpəz” deyəndə ağla Gəncə futbolu gəlir. Bu gün uşaqların futbol oynamağa sevgisi əvvəlki kimi deyil. Ya da isti yanaşmırlar. Daha çox baxmağı xoşlayırlar.
- Ailədə, yaxud qohumlardan kimsə futbolla məşğul olub?
- Müzəffər Qasımovla Yaşar Babayevə uzaq qohumluğumuz çatır. Yəni qanımızda futbola hədsiz sevgi var.
- Səndən əvvəl atanla söhbət edirdim. “Futbol+”in sadiq oxucusudu.
- Əvvəl atam idi, indi hər ikimiz. Məni məşqə aparıb-gətirən vaxtdan bu qəzet həmişə əlində olub. Həm futbola, həm də qəzetə olan maraq atamdan mənə keçib.
- Deyilənə görə, “Kəpəz”in çılğın azarkeşidi.
- Onu mənim deməyim düzgün olmaz. Oyun vaxtı kənardan müşahidə etməyiniz kifayətdi (gülür). Demək olar, futbolla nəfəs alır, qidalanır. Həm də vaxtilə “Kəpəz”də çalışıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar