10 noy 13:09olke

Xaqani Məmmədovun tələbələri ikinci dövrədə “göz oxşayır”

Xaqani Məmmədovun tələbələri ikinci dövrədə “göz oxşayır”
Klub rəsmiləri və baş məşqçilər də dilə gəlib
Yayda ölkə xaricinə - təlim-məşq toplanışına gedə bilməyən hakimlərin mövsümü necə keçirəcəyi maraq doğururdu. Yalnız Qusarda 8-9 günlük hazırlıqla kifayətlənən ədalət təmsilçiləri oyun təcrübəsindən əziyyət çəkirdi. Təkcə avrokuboklara təyinat alan FİFA referiləri nisbətən yaxşı vəziyyətdə idi. Hər halda, gözlənilənlərin əksinə, hakimlər çempionatın ilk dövrəsini pis keçirmədi. Düzdü, “hər şey ideal idi” deyə bilmərik. Ancaq kobud səhvlər, nəticəyə təsir edən qərarlar minimum sayda idi. Artıq belə bir fikir formalaşmışdı ki, xaricə getmək mənasızdı, elə ədalət təmsilçilərini bölgələrdən birinə göndərmək kifayətdi. Hətta 2-ci dövrədə referilərin ortaya daha yüksək səviyyə qoyacağını düşünürdük. Çünki ən qorxduğumuz məqam – oyun təcrübəsinin azlığı problemi də geridə qalmışdı. Həmçinin birinci divizionda da mübarizənin başlaması hakimlərin daha çox qarşılaşma idarə etməsinə şərait yaratmışdı. Ancaq sən saydığını say... Premyer-liqanın 2-ci dövrəsində Xaqani Məmmədovun yetirmələrinin işi ürəkaçan deyil. Hətta bərbaddı desək, yanılmarıq. Söhbət hansısa sarı vərəqənin verilməməsindən və ya meydanın mərkəzində yaşanan qayda pozuntusuna göz yumulmasından getmir. Hakimlər dövrənin geridə qalan 4 turunda elə yanlış qərarlarla diqqəti çəkib ki, hansısa komandanın aşkar haqqı yeyilib. Nəticəyə təsir edən səhvlər yetərincədi. Baxmayaraq ki, 2-ci dövrənin ilk turu bu cəhətdən sakit keçmişdi. Lakin son 3 turda acınacaqlı durum yaranıb.
9-cu tur, Kəpəz – Neftçi (0:1)
Gəncədə baş tutan tarixi derbini FİFA referisi Əliyar Ağayev aşağı səviyyədə idarə etdi. Əlbəttə, Xaqani Məmmədovun Makedoniyada Avroliqa oyununa gedən hakimə səfərdəykən təyinat verməsi absurd idi. Ağır oyun və yorucu səfərdən birbaşa Gəncəyə uçan Əliyar fiziki cəhətdən matça hazır deyildi. Hər halda, sözügedən qarşılaşmada meydanda tam fərqli birini gördük. O həm “Kəpəz”in, həm də “Neftçi”nin bir penaltisini “yedi”. Əllə oyuna görə gəncəlilərin qapısına 11 metrlik cərimə zərbəsi təyin etməli olduğu halda, fərqli qərar verdi. “Kəpəz”də isə Viktor Oseqeylə qarşı cərimə meydançasında qayda pozuntusuna biganə qalaraq, penalti təyin etmədi. Yadınızdadısa, həmin qarşılaşmada azarkeşlər HK sədrini hansı gəlişigözəl sözlərə “qonaq etmişdilər”.
9-cu tur, Qəbələ - Qarabağ (1:0)
Çempionluq uğrunda mübarizə aparan iki komandanın deulinə Fariz Yusifovun təyinat almasına öyrəşmişdik. Ancaq bu rəqiblərin 9-cu turda baş tutan dueli Ömər Paşayevə həvalə olundu. Qəbələdəki oyun bir daha göstərdi ki, psixoloji cəhətdən güclü təzyiqin olduğu oyunlarda hakimlərimiz soyuqqanlı ola bilmir. Düzdü, nəticəyə təsir edən səhvə görə baş hakimi ittiham etmək də doğru olmaz. Paşayevi "yandıran" laysman idi. Qol ofsyaddan vuruldu. Bəlkə də yan xətt hakimi Cavid Hüseynovun ötürməsindən sonra Elvin Camalovun topa toxunduğunu görmədiyindən bayrağını qaldırmadı. Ancaq fakt budu ki, cüzi də olsa, Asif Məmmədovun fərqləndiyi epizod zamanı ofsayd var idi və bu birbaşa nəticəyə təsir edən səhv idi.
10-cu tur, Qarabağ – Səbail (1:0)
Bu oyundan sonra Qurban Qurbanov hakimlik haqda bunları demişdi: “Rəvan bu gün nə etmək istəyirdi, o mənə çatmadı. Hakimlik elə peşədi ki, heç kimin haqqına girmək lazım deyil”. Həmin matçda hər şey Pedro Enrikeyə göstərilən sarı vərəqə ilə başladı. Halbuki gənc referinin qərarı kökündən yanlışdı. O epizodda simulyasiyadan söhbət gedə bilməzdi, çünki ayağa təmas var idi. Hətta “Qarabağ”ın xeyrinə penalti də vermək olardı. Videotəkrardan da Kamal Qurbanovun rəqibin ayağına təmas etdiyi aydın görünür. Daha sonra Tamazi Tsetsxladze cərimə meydançasında Riçard Almeydanı arxadan itələyib yıxsa da, yenə hakimin fiti susdu. 80-ci dəqiqədə Murad Ağayev Dani Kintanaya qarşı aşkar kobud oynasa da, “inadından dönməyən” Həmzəzadə yenə penalti təyin etmədi. Bu oyunda 3 haqlı penaltisi verilməyən “köhlən atlar” qələbə qazanmasaydı, nələrin yaşanacağını təsəvvür etmək çətindi.
10-cu tur, Zirə - Qəbələ (2:1)
Təəssüf ki, hər dəfə təcrübəsini qabartdığımız Yusifov bu matçda kobud səhvlərlə yadda qaldı. Halbuki o ilk yarını səhvsiz idarə etmişdi. Həm "Qəbələ"nin qapısına təyin olunan penalti, həm də Cavid Hüseynova göstərilən qırmızı vərəqə haqlı idi. Lakin 51-ci dəqiqədə sabiq FİFA referisi "Zirə"ni də 11 metrlik cərimə zərbəsi ilə cəzalandırmalıydı. Çünki Jozef Bum cərimə meydançasında Ekiqo Ehiosuna qarşı kobud oynamışdı. Vəziyyəti düzgün qiymətləndirməyən Yusifov nəinki penalti verdi, əksinə, Ekiqoya simulyasiyaya görə "sarı" göstərdi. Təbii, həmin an meydan sahibləri penalti ilə cəzalansaydı, matçın nəticəsi də fərqli ola bilərdi. Bundan başqa, 3-cü uzatma dəqiqəsində Təmkin Xəlilzadəyə göstərilən vərəqənin rəngi sarı yox, qırmızı olmalıydı. Topsuz vəziyyətdə Voislav Stankoviçin ayağına zərbə endirən "Zirə"li meydandan qovulmalıydı. Oyunsonrası mətbuat konfransında Roman Qriqorçuk Yusifova görə təəssüfləndiyini bildirmişdi. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov isə bunları demişdi: “Maraqlıdı, niyə onlar vuranda “sarı” olur, biz vuranda “qırmızı”? Niyə eyni vəziyyət bizim qapıya penalti olur, onların qapısına olmur? Çox müəmmalıdı, ona görə də təkrara baxmaq lazımdı. Belə oyunlarda bu cür səhvlər gərək olmasın”.
11-ci tur, Sumqayıt - Keşlə (3:1)
Əslində “Kapital Bank Arena”dakı qarşılaşmada Əliyar Ağayev işinin öhdəsindən gəldi. Ancaq laysman Rza Məmmədovun səhvi matça damğa vurdu. Belə ki, 45-ci dəqiqədə Elnur Abdullayevin asmasından sonra Nizami Hacıyev fərqlənəndə aşkar oyundankənar vəziyyətdə idi. Həmin epizodda yan xətt hakiminin bu cür ofsaydı qeydə almamasının səbəbini anlamaq çətindi. “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında bu səhvə görə heyrətini gizlədə bilmədiyini dilə gətirdi: “Futbolçularım fasilədən sonra üstümə şığıdılar ki, bu necə ola bilər? Həmin oyunçulara necə cavab verim? Axı, bu necə ola bilər? Mən də məəttəl qalmışam. O qədər də yox da. Ötən tur "Neftçi" ilə oyunda Fərhadın son dəqiqələrdə buraxdığı qola çoxları deyirdi ki, təcrübəli qapıçıya yaraşmaz. Bu gün yan xətt hakiminin səhvi onun 10 qatı idi”
11-ci tur, Kəpəz – Qarabağ (0:2)
Fasilə ərəfəsində baş tutan turun bəlkə də ən biabırçı hakim idarəçiliyinə Gəncədə şahidlik etdik. FİFA referisi Rəhim Həsənov kobud səhvə yol verdi. 27-ci dəqiqədə "Kəpəz"in əks-hücumu zamanı Viktor Oseqeyl İbrahim Şehiçlə mübarizədə yerdə qaldı və epizodun təxminən 20 metrliyində olan referi əminliklə "nöqtə"ni göstərdi. Bu azmış kimi, qonaqların qapıçısını "sarı"yla cəzalandırdı. Lakin "Qarabağ"lıların etirazından, üstəgəl Viktorun hakimə yaxınlaşıb qaydanın pozulmadığını deməsindən sonra Rəhim qərarını dəyişdi. Halbuki qərarını dəyişmişdisə, özünü yerə atan Viktora simulyasiyaya görə sarı vərəqə göstərməliydi. Bütün bunlar HK sədrini bir daha gəncəli azarkeşlərin yadına saldı.
11-ci tur, Zirə - Neftçi (1:0)
Prinsipial oyunda da günah laysmanda idi. Belə ki, 4-cü uzatma dəqiqəsində Milan Duriç fərqlənərkən yan xətt hakiminin bayrağı havaya qalxdı. Ancaq həmin epizodda yarımmüdafiəçi oyundakənar vəziyyətdə deyildi.
Nəticə
Göründüyü kimi, premyer-liqanın 2-ci dövrəsinin 4 turu geridə qalsa da, 7 oyunda kobud hakim səhvinə rast gəlmək mümkündü. Özü də yanlış qərarları oyunun nəticəsinə təsir edənlər arasında hər cür statusa malik ədalət təmsilçisi var: FİFA referisi, təcrübəli, təcrübəsiz, laysman. Artıq klub rəsmiləri və baş məşqçilər də bu cür səhvlərdən sonra dilə gəliblər. Olmaya ilk dövrəni nisbətən sakit yola vermələri hakimlərdə arxayınlıq yaradıb? Bəlkə mübarizə qızışdıqca ədalət təmilçiləri özünü itirir? Hər halda, belə davam edə bilməz. Xaqani Məmmədov bu fasilədən istifadə edib, yetirmələrini başına yığmalı, onları “ayıltmalıdı”. Yoxsa səhvlər sıralansa, bunun fəsadları da böyük olacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar