10 noy 12:57olke

Elnur Zamanov: “Araz”la oyun dönüş nöqtəsi olacaq”

Elnur Zamanov: “Araz”la oyun dönüş nöqtəsi olacaq”
Elnur Zamanov: “Araz”la oyun dönüş nöqtəsi olacaq”
6-cı turun mərkəzi oyunu sayılan “Araz” – “Neftçi” qarşılaşması, gözlənildiyi kimi, gərgin keçdi. Xüsusilə də “Neftçi” hesabı açandan sonra “Araz”ın oyunçularında təşviş aşkar hiss olunurdu. “Neftçi”nin və millinin qapıçısı Elnur Zamanov Futzal Federasiyasının rəsmi “feysbuk” səhifəsinə oyunla bağlı danışıb.
- Son çempionla duel haqda nə deyə bilərsən?
- Həqiqətən də gərgin, həm də dramatik oyun alındı. Hesabı açdıq, üstünlüyümüzü qoruya bilmədik, son saniyələrdə vurduğumuz qolla isə məğlubiyyətə layiq olmadığımızı sübut etdik. Belə oyunlar çempionatın bəzəyidi. Uşaqları təbrik edirəm, bu gün meydanda son saniyələrə qədər “vuruşdular”.
- Ötən oyunda “Ekol”a yenildiz, bu dəfə isə son çempiona qarşı fərqli oyun nümayiş etdirib 1 xal qazandız. Qeyri-sabitliyin səbəbi nədi?
- Həmin matçda çox zəif çıxış etdik. Səbəbini izah edə bilməyəcəm, amma bunun yeganə oyun olacağına inanıram. Elə etməliyik ki, “Neftçi” layiq olduğu yerə yüksəlsin. Çempionat 4 dövrədən ibarətdi. Qarşıdakı 3 dövrəni daha yüksək səviyyədə keçirəcəyik.
- Bəlkə motivasiya problemi var?
- Niyə ki? “Ekol” da əsas rəqiblərimizdədi. Ümumiyyətlə, indi asan-güclü rəqib yoxdu, gərək bütün oyunlara əvvəlkindən də ciddi yanaşasan. Komandada hansısa problem yoxdu, sadəcə, heyətimizə yeni oyunçular dəvət olunub ki, onların da tam uyğunlaşmaq üçün müəyyən zamana ehtiyac var.
- Sona 1 dəqiqə qalmış hesabda geridəydiz. Həmin an oyunun əldən getdiyini düşünürdün?
- Oyun çox dəyişdi. Hesabı açandan sonra davamını gətirə bilərdik. Bir neçə əks-hücumumuz oldu ki, yararlana bilmədik. Sonra rəqib üstünlük qazandı. Məncə, ümumilikdə heç-heçə ədalətli hesab oldu. Hər iki komanda əzmkarlıq göstərdi, oyundan qopmadı.
- “Araz”ın hücumçuları əksər qapıçılar üçün arzuolunmazdı. Bu, sənin üçün də keçərlidi?
- Mənim üçün də belədi. Çünki bu komandanın heyətində güclü oyunçular cəmləşib. Demək olar, hamısı millinin üzvləridi. Bu gücdə komanda çempionatımızda yoxdu.
- “Neftçi”nin cari mövsümü də mükafatçılar sırasında bitirəcəyi realdı?
- Bunun üçün çalışırıq. Niyə də olmasın?! Düzdü, əvvəlki illərlə müqayisədə indi oyunlar gərgin keçir, heç kim asan təslim olmur. Ancaq məqsədimiz dəyişməz qalır.
- Hələ ki komanda olaraq ümidləri doğrultmursuz..
- “Araz”la oyun dönüş nöqtəsi olacaq. Artıq özünəinam artıb. Bunun növbəti oyunlara müsbət təsir göstərəcəyinə şübhə etmirəm.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar