10 noy 12:55olke

“Araz” 22 saniyə dözmədi və xal itirdi

“Araz” 22 saniyə dözmədi və xal itirdi
Çərşənbə axşamı Bakı İdman Sarayında futzal üzrə yüksək liqanın 6-cı turunun oyunları keçirildi. Tura canlı yayınlanan “Yasamal” – FK.İD matçı ilə start verildi. Açılış oyunu məhsuldar alındı. Bəribaşdan qeyd edək ki, nominal meydan sahiblərinin bir neçə iranlı üzvü (qapıçı Məhəmməd Rüstəmi, eləcə də Möhsün Asəfi və Bəhzad Amani) ölkəsinə getdiyindən oyunda iştirak etmirdi. Baxmayaraq ki, yerlilərə az güvənən, əvəzində cənub qonşumuzdan 10 futzalçı dəvət edən “Yasamal” debütantla görüşdə onlardan 7-nin xidmətindən yararlandı. Legionerlərə güvənən, baş məşqçisi də iranlı olan komanda FK.İD ilə bacarmadı. Hesabı “Yasamal” açsa da, təcrübəli Ağatahir Əzimov dərhal tablodakı rəqəmləri eyniləşdirdi. Hissənin ortalarında isə debütant hesabda önə keçdi. Ancaq bu dəfə “Yasamal” fərqin artmasına imkan verməyib yenidən tarazlığı bərpa etdi. Hər halda, FK.İD fasiləyə üstün yollanmağı bacardı. Rəcəb Fərəczadə təcrübəsi hesabına komandasına üstünlük qazandırdı. İkinci hissədə də ilk qolu yenə “Yasamal” vurdu. Mortozanın qolu oyuna yenidən intirqa gətirdi. Amma bu intriqadan elə “Yasamal” məğlub ayrıldı. Belə ki, FK.İD-in ardıcıl 2 qol vurması rəqibi ruhdan saldı. Bundan sonra “Yasamal” sanki oyunun tez başa çatmasını gözləyir, Rafael Abdulovun yetirmələri isə bundan istifadə edib ardıcıl qollar vurmaqla hesabdakı fərqi artırırdı. Hətta sona 2 dəqiqə qalmış debütant 5 meydan oyunçusu ilə mübarizəni davam etdirdi və dərhal bəhrəsini gördü. Belə ki, Elvin Quliyev 9-cu topu rəqib qapısından keçirdi. Oyunda son nöqtəni isə Ağatahir Əzimov qoydu. Beləliklə, debütant yüksək liqada ilk böyükhesablı qələbəsini qazandı.
Turun ikinci oyununda “Xəmsə” ilə “Ekol” üz-üzə gəldi. Matç gərgin başladı. Radik Əhmədovun hesabı açmasından sonra “Xəmsə”nin qapıçısı hakimə etirazını bildirdi. Aqressiv şəkildə narazılıq edən qolkiper qarşısında “sarı” görüncə daha da özündən çıxdı və hakimi təhqir etdi. Belədə haqlı olaraq, qırmızı vərəqə ilə cəzalandırılaraq, meydandan qovuldu. Ancaq “Ekol” rəqibin 2 dəqiqə azlıqda oynamasından yararlana bilmədi. Namiq Məmmədkərimov yalnız 14-cü dəqiqədə fərqi iki topa çatdıra bildi. Daha çox əks-hücumlara bel bağlayan “Xəmsə” hesabda 2 top fərqi ilə geri düşsə də, oyundan qopmadı və qollardan birinin əvəzini çıxdı. İkinci hissəyə də “Ekol” qolla başladı. Bu dəfə komandasının fəallarından olan Samir Həmzəyev rəqibi meydanın mərkəzinə dəvət etdi. Düzdü, “Xəmsə” yenə fərqi minimuma endirməyi bacardı. Ümumiyyətlə, “Ekol” hər dəfə fərqlənəndə autsayder bunu cavabsız qoymurdu. Təbii ki, hadisələrin belə axarı gərginliyi də artırdı. Tərəflər hər top uğrunda sona qədər mübarizə aparmaqla sürətin düşməsinə də imkan vermədi. Nəhayət, sonrakı dəqiqələrdə “Ekol” fərqi yenidən 2 topa çatdırdı. Artıq itiriləsi heç nəyi qalmayan “Xəmsə” son 3 dəqiqəni 5 meydan oyunçusu ilə keçirdi. Amma bu say üstünlüyü hesaba təsir etmədi. Hətta final fitinə 15 saniyə qalmış 10 metrlik cərimə zərbəsindən də yararlana bilməyən “Xəmsə” növbəti yenilgi ilə barışdı.
Turun son oyununda əzəli rəqiblər - “Araz”la “Neftçi” qarşılaşdı ki, naxçıvanlıların baş məşqçisi Joze Alesio da Silva və əsas oyunçularından Eduradonun cəza səbəbindən matçı tribunadan izlədiyini vurğulayaq. Oyun sürətli hücumlarla başlasa da, azarkeşlər uzun müddət qol görmədi. “Araz” daha üstün olsa da, “Neftçi” təslim olmaq istəmirdi. İlk hissənin ikinci yarısında isə Alesionun komandası kabus yaşadı. Əvvəlcə Xətai Bağırov zədələnərək oyunu davam etdirə bilmədi. Az sonra “Neftçi” hesabı açdı. Fasilə ərəfəsində İsa Atayev “Neftçi”nin oyunçusunu təpiklədiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Maraqlıdı ki, “Araz” azlıqda qalandan sonra qol vurmağa daha yaxın oldu. Tyaqonun baş zərbəsi “çərçivə”dən azca aralı keçdi.
Fasilədən sonra təzyiqi artıran son çempion hətta 5 meydan oyunçusu ilə mübarizə apardı. Alesionun sevimli oyun üslubu 24-cü dəqiqədə bəhərə verməyə yaxın oldu. Amma Vilelanın topu qapıdan keçirməsinə müdafiəçilər son anda imkan vermədilər. İnadından dönməyən “Araz” bir dəqiqə sonra “status-kvon”u bərpa etdi. Bu dəfə Qabriel komandasının xilaskarı oldu. 32-ci dəqiqədə isə Maykon “Araz”ı hesabda önə çıxardı. Maraqlıdı ki, bundan sonra da Alesio kənardan göstəriş verərək Tyaqonun 5-ci meydan oyunçusu kimi mübarizə aparmasını istədi. Braziliyalının riski bir dəqiqə sonra effekt verə bilərdi. Di gəl ki, Ramiz Çovdarov penalti zərbəsini qola çevirə bilmədi. Əvəzində sona 22 saniyə qalmış “Neftçi” bərabərlik qolunu vuraraq, naxçıvanlılara şok yaşatdı. Beləliklə, mərkəzi oyun heç-heçə başa çatdı. Bununla belə, “Araz” liderliyini qoruyur.
6-cı tur
Yasamal – FK.İD 3:10 (2:3)

Yasamal: 1. Sultan Sadıqov, 7. Orxan Allahverdiyev (k), 4. Mortoza Cahandost, 9. Omid Oraz, 10. Reza Toloyi; 13. Teymur Mirzəyev, 5. Vüsal Səfərov, 6. Humen Maxmari, 12. Mohsin Hayatbini, 14. Məhəmməd Şahsavari, 47. Rəsul Əkbəri.
Baş məşqçi: Həmid Rza Fərzani.
FK. İD: 2. Sadiq Ramazanov, 4. Elvin Quliyev, 8. Nihad İsmayılov, 10. Faiq Əliyev, 13. Ağatahir Əzimov (k); 1. Ümid Paşayev, 3. Eşqin Tağıyev, 5. Emil Abbaszadə, 6. Anar Ağayev, 7. Rəcəb Fərəczadə, 9. Elşən İbramxəlilov, 11. Adil İsmayılov.
Baş məşqçi: Rəfael Adbulov.
Qollar: A.Əzimov, 4 (1:0). M.Cahandost, 4 (1:1). A.Ağayev, 9 (1:2). M.Şahsuvari, 16 (2:2). R.Fərəczadə, 18 (2:3). M.Cahandost, 23 (3:3). A.Ağayev, 25 (3:4). A.Ağayev, 27 (3:5). E.Quliyev, 31 (3:6). R.Fərəczadə, 32 (3:7). E.Quliyev, 32 (3:8). E.Quliyev, 39 (3:9). A.Əzimov, 40 (3:10).
Vərəqə: R.Toloyi, 28 – sarı.
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı, Yusif Nurullayev.
Hakim-inspektor: Ağarza Rzayev.
7 noyabr. Bakı İdman Sarayı.
Xəmsə – Ekol 3:5 (1:2)
Xəmsə: 1. Zaliş Səmədzadə, 7. Elçin Zeynalov, 8. Qüdrət İsmayılov, 9. Samir Əmirov, 10. Əli Həsənov (k); 6. Şamo Talıbov, 11. Rüfət Cəlilov, 12. Ceyhun Yusifov, 13. Novruz İbrahimov, 14. Yamin Ağakərimzadə, 16. Anar İsayev.
Baş məşqçi: Arif Vəliyev.
Ekol: 99. Emin Kürdov, 2. Radik Əhmədov, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 4. Fərid Atakişiyev; 1. İntiqam Babayev, 7. Sərxan Məstiyev, 9. Əsgər Abasov, 13. Taleh Ağayev, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Qollar: R.Əhmədov, 5 (0:1). N.Məmmədkərimov, 14 (0:2). Ə.Həsənov, 16 (1:2). S.Həmzəyev, 22 (1:3). Ə.Həsənov, 25 (2:3). R.Əhmədov, 25 (2:4). S.Əmirov, 28 (3:4). N.Məmmədkərimov, 37 (3:5).
Vərəqələr: Z.Səmədzadə, 5. F.Atakişiyev, 10 – sarı. Z.Səmədzadə, 5 – qırmızı.
Hakimlər: Azər Əsgərov, Əli Cəbrayılov, Azad Hüseynov.
Hakim-inspektor: Müşviq Həsənov.
7 noyabr. Bakı İdman Sarayı.
Araz – Neftçi 2:2 (0:1)
Araz: 1. Rövşən Hüseynli, 8. Rizvan Fərzəliyev (k), 10. Tyaqo, 11. Xətai Bağırov, 13. İsa Atayev; 19. Anar Məmmədov, 9. Vilela, 15. Maykon, 2. Ramil Quliyev, 4. Qabriel, 7. Ramiz Çovdarov, 14. Oqtay Rüstəmli.
Məşqçi: Ağakərim Həsənov.
Neftçi: 23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 5. Mehram Eybeli, 6. Məhəmməd Katebi; 1.Samir Mehdiyev, 7. Tural İsmayılov, 8. Vahib Xocayev, 12. Sadiq Cavid, 13. Əjdər Əjdərov, 77. Davud Xolerdi, 94. Oruc Baxşəli.
Baş məşqçi: İlqar Aslanov.
Qollar: T.Qurbanov, 12 (0:1). Qabriel, 26 (1:1). Maykon, 32 (2:1). M.Katebi, 40 (2:2).
Vərəqələr: D.Xolerdi, 9. Tyaqo, 20. T.Qurbanov, 20 – sarı. İ.Atayev, 18 – qırmızı.
Hakimlər: Elçin Məmmədov, Yusif Nurullayev, Kənan Məlikov.
Hakim-inspektor: Nazim Qaracayev.
7 noyabr. Bakı İdman Sarayı.
1. Araz 5 4 1 0 18-6 13
2. Marafon 5 4 0 1 22-11 12
3. Ekol 5 3 0 2 12-12 9
4. FK.İD 6 2 1 3 20-17 7
5. Neftçi 5 2 1 2 18-17 7
6. Yasamal 5 1 0 4 11-27 3
7. Xəmsə 5 0 1 4 16-26 1
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar