08 noy 16:39olke

Vaqif Davudov Prezident Administrasiyasına üz tutdu

Vaqif Davudov Prezident Administrasiyasına üz tutdu
“Mehriban xanımın adından 32 dəst forma, həmçinin idman ləvazimatları bu gün bizə çatdırıldı”
Mübaliğəsiz demək olar ki, Bakı Kəndlər Futbol Federasiyası AFFA-nın ən fəal federasiyalarından biridi. Məhdud imkanlara baxmayaraq, Vaqif Davudovun rəhbərlik etdiyi qurum təmənnasız olaraq bir neçə yarış təşkil edir. Kənd və qəsəbələr arasında payız-yaz birinciliyi, “Anatoli Banişevski kuboku” və bu iki yarışın qalibləri arasında hər il keçirilən superkubok oyunu artıq ənənəvi turnir statusu daşıyır. Yeri gəlmişkən, 16-cı payız-yaz birinciliyi artıq start götürüb. BKFF-ya Bakı şəhər Gənclər və İdman Baş İdarəsi dəstək verir, federasiyanın keçirdiyi çempionat idarənin illik yarış proqramına daxil olunub, bir sözlə, quruma rəsmi status verilib. Bütün bunlara baxmayaraq, Vaqif Davudovun federasiyasının hələ də AFFA-nın üzvü olmaması təəccüblüdü. Hərçənd o, İsgəndər Cavadovun rəhbərlik etdiyi regional federasiyanın konfranslarında, səsvermə proseslərində iştirak edib. Davudovun “yuxarılar”a müraciətindən sonra məsələ üzə çıxıb.
Redaksiyamıza təşrif buyuran və qəzetimizi 20 illiyi münasibətilə təbrik edən Vaqif müəllimlə bu və digər məsələlərlə bağlı söhbətləşdik.
- Bildiyimizə görə, Prezident Administrasiyasında olmusuz.
- Bəli, sentyabrda Prezident Administrasiyası Gənclər Siyasəti və İdman Məsələləri şöbəsinin müdiri, birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Yusif Məmmədəliyevin qəbuluna getmişdim. O məni hörmətlə qarşıladı və dinlədi. Futbol sahəsindəki bütün fəaliyyət və nailiyyətlərimi onun diqqətinə çatdırdım, sənədlərimi təqdim etdim. Yusif müəllim gənclərin asudə vaxtının səmərəli təşkili yönündə fəaliyyətimizi alqışladı, öz tövsiyyələrini verdi. Dövlət tərəfindən bizə hər cür dəstək veriləcəyini vəd etdi. Görüşdə federasiyamızın AFFA-nın dolayı üzvü olduğunu, rəsmi üzvlüyə qəbul üçün kömək göstərməyini xahiş etdim. Belədə əlavə ştat açıla bilər bizim üçün. Bir müddət sonra şöbədən AFFA-ya məktub göndərdilər. Baş katib Elxan Məmmədov məni dəvət etdi, görüşdük. Söz verdi ki, nə lazımdısa, kömək olunacaq. Sonra daha bir dəfə Yusif müəllimin qəbulunda oldum, işin gedişiylə maraqlandı. Sevinclə qeyd edə bilərəm ki, federasiyamıza dövlət, AFFA, Gənclər və İdman Nazirliyi, baş idarə tərəfindən dəstək var. Bu bizim məsuliyyətimizi bir qədər də artırır.
- Konkret nə kömək olunub?
- Hər il stadion problemi ilə qarşılaşırdıq. Komandalarımız məcburiyyətdən torpaq meydanlarda oynayırdı ki, yağış yağan kimi palçıq olurdu və belədə planlarımız pozulurdu. Şükür, stadion problemimiz həll olunub. “Dalğa Arena”nı sərəncamımıza veriblər. Bundan başqa, Şağan Olimpiya İdman Kompleksi və ADBTİA-nın sadionundan da yararlana bilərik. Həmçinin Xəzər rayonundan olan bəzi valideynlər Yusif müəllimin rəhbərlik etdiyi şöbəyə müraciət ünvanlamışdı ki, idmanla məşğul olan azyaşlı övladlarımız forma və ləvazimatsızdı. Mehriban xanımın adından 32 dəst forma, həmçinin idman ləvazimatları bu gün bizə çatdırıldı. Biz də birinci xanımın hədiyyəsini təntənəli şəkildə “Dalğa Arena”da uşaqlara təqdim etdik. Məlumat üçün qeyd edim ki, BKFF-nin aşağı yaş qrupu üzrə komandaları da var və onlarla təcrübəli məşqçimiz məşğul olur. Ötən il 7 yetirməmiz digər klublara keçib. Bu artıq əməyimizin bəhrəsidi. AFFA-nın üzvlüyünə qəbul olsaq, maddi-texniki bazamızı möhkəmləndirə bilərik. Bu işdə klublardan da dəstək gözləyirik.
- Hansı klublardan?
- Paytaxtı təmsil edən klublardan. Çünki biz Bakı Kəndlər Futbol Federasiyasıyıq və onlar bizim tabeliyimizdə olmalıdı. Görün paytaxtı təmsil edən nə qədər klub var: “Neftçi”, “Keşlə”, “Zirə”, “Səbail”, “Xəzər”, “Şüvəlan”, “Binə”, MOİK, “Sabah”... Bizimlə əlaqəli işləsələr, onlara da faydalı olar. Biz kənd və qəsəbələrlə daha sıx təmasdayıq, istedadlı uşaqları üzə çıxara bilirik. Bizə müəyyən qədər maddi kömək olsalar, məşqçi sayımızı artırmağa şərait yaratsalar, onlara hazır uşaqlar verərik.
- Bəs daha nə kimi çətinlikləriniz qalıb?
- Oyunlarımız AFFA tərəfindən göndərilən gənc hakimlərə tapşırılır. Onlar isə idarəçilik baxımından çətinliklə üzləşirlər. Artıq iki tur geridə qalıb və hər iki turda problemlə üzləşmişik. Düzdü, özüm 3 oyunu izləyirəm və anlaşılmazlıq, mübahisə yarananda müdaxilə edirəm. Amma istərdim ki, oyunlarımızı təcrübəli hakimlərə etibar etsinlər.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar