04 noy 02:26olke

“Qəbələ”nin baş məşqçisi Litva səfərindən razıdı

“Qəbələ”nin baş məşqçisi Litva səfərindən razıdı
Ülfət Məmmədov: “Bizim çempionat lazımi təcrübə qazanmaq üçün çox zəifdi”
Bildiyiniz kimi, Litvanın paytaxtı Vilnüsdə keçirilən ənənəvi “Ateitis Cup” beynəlxalq turnirinə yekun vurulub. Turnirdə ölkəmizi “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası təmsil edib. Lakin “qırmızı-qaralar” turnirdə yaxşı nəticə göstərməyib. Belə ki, “Qəbələ” qrup mərhələsində yerli “Vilnüs”ə 2:0 hesabı ilə qalib gəlib. Amma ardınca Latviyanın “Dauqavpils” komandasına 0:1 hesabı ilə uduzub, Finlandiya “Maski”si ilə 2:2, Belarus “Smena”sı ilə 0:0 hesablı heç-heçə edib. 9-12-ci yerlər uğrunda matçda isə Ülfət Mədətovun rəhbərlik etdiyi təmsilçimiz Estoniya “Levadiya”sına 0:1 hesabı ilə uduzub. Nəticədə “Qəbələ” 11-12-ci yerlər uğrunda mübarizə aparmalı olub. Son görüşdə isə rəqib Belarusun “İsloç” komandası olub. Bu qarşılaşmada təmsilçimiz böyükhesablı qələbə qazanıb – 4:0. Bu qələbə ilə “Qəbələ” turniri 11-ci pillədə başa vurub. Futbolçumuz Emil Süleymanov “Ateitis Cup”ın ən yaxşı yarımmüdafiəçisi mükafatına yiyələnib. Yarışın qalibi adına isə İtaliyanın “Atalanta” klubu yiyələnib. Litvanın Milli Futbol Akademiyası 2-ci, Latviya “Dauqavpils”i 3-cü yeri tutub.
“Qəbələ”nin çıxışı ilə bağlı baş məşqi Ülfət Mədətovun fikirlərini öyrənməyi lazım bildik. O, turnirdə iştirak etmələrində əsas məqsədin təcrübə toplamaq olduğunu söylədi: “Biz çox turnirlərdə iştirak edirik. Əsas məqsədimiz akademiyanın uşaqlarının inkişafına nail olmaqdı. Litvada nəticə üçün oynamadıq. İstəyimiz uşaqların daha çox oyun keçirməsi idi. Bu da oldu. Komanda 6 qarşılaşmada qüvvəsini sınadı. Uşaqların hamısını sınaya bildik. U-14 komandası olsa da, daha aşağı yaş qruplarından da 5 nəfər götürmüşdük. Onların inkişafı bizim üçün önəmlidi. Həm də beynəlxalq təcrübə qazanırlar. Akademiyanın fəlsəfəsi elədi ki, nəticə ikinci yerdə dayanır. Amma yer tutsaq da pis olmazdı”. Mədətovun sözlərinə görə, “Qəbələ” rəqiblərdən heç də zəif oyun sərgiləməyib: “Oyunlar haqda onu deyə bilərəm ki, rəqinlərin heç biri bizdən güclü deyildi. Qarşılaşmaların hamısı canlı yayınlanırdı. Bütün rəqiblərlə başabaş mübarizə apardıq. Sadəcə, bəxtimiz gətirmədi ki, komandanın iki əsas üzvünü itirdik. Elmir Qələndərovun ayağı, İxtiyar Məmiyevin isə qolu qırılmışdı. Bu üzdən onları Litvaya apara bilmədik. Bunlar çox ciddi itki sayılmalıdı. Oyunlarda üstün tərəf biz olduq. Lakin şanslarımızdan yararlana bilmədik. Rəqiblər isə yaxaladıqları iki-üç epizodu dəyərləndirdilər”.
Baş məşqçi Vilnusdakı turnirin təşkilatçılığını yüksək qiymətləndirdi: “Turnir çox yaxşı təşkil olunmuşdu. Hamısı peşəkarlar idilər. Bilirsiz, bizim uşaqların beynəlxalr turnirlərdə ən böyük problemi qida ilə bağlı olur. Ona görə də Bakıdan qida aparmışdıq. Onların mətbəxi fərqlidi. 5-6 nəfər yemək yeyə bilmirdi. Onlar apardığımız ərzaqdan istifadə etdilər. Lazımi şərait var idi. Böyük təcrübə qazandıq. Meydanlar otelə yaxın idi. Heç bir oyunda gecikmə olmadı. Əsasnamədə nə göstərilibsə, ona uyğun edirdilər. Hakimlik də yüksək səviyyədə idi. Bu cür turnirlərdə “bizim komanda, yad komanda” söhbəti yoxdu. Kiməsə simpatiya olmur. Onlar özləri də başa düşürlər ki, bu cür turnirlər təcrübə üçündü”.
Ülfət bəy gələcək planlardan danışarkən çempionatımızın səviyyəsinin aşağı olmasını xüsusi vurğuladı, gələcəkdə də bu cür turnirlərə yollanmağa çalışacaqlarını dedi: “Bizim çempionat lazımi təcrübə qazanmaq üçün çox zəifdi. Bu yaş qrupunda öz gücümüzə uyğun cəmi bir-iki komanda var. Bacardığımız qədərə xaricə turnirlərə yollanmağa çalışırıq. Bizim çempionatda inkişaf etmək, lazımi təcrübə qazanmaq mümkünsüzdü. Ölkədən kənarda təşkil olunan turnirlərdə isə futbolçular daha çox qazanır. Həm akademiyamızın fəlsəfəsinə uyğun olaraq əsas komandaya oyunçu yetişdirə biləcəyik, həm də milli komandalara hazır oyunçu göndərmək şansımız olacaq”.
ŞƏFİ ŞƏFİYEV
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar