27 okt 11:32olke

Həsənovla görüşən komitə üzvləri İsayevlə Ələkbərovu gözləyir

Həsənovla görüşən komitə üzvləri İsayevlə Ələkbərovu gözləyir
Vaqif Sadıqov: “Onlarla bir yerdə AÇ-də iştirak edən avropalı həmyaşıdları inkişaf etdiyi halda...”
İstər U-17, istərsə də U-19 bu dəfə seçmə mərhələdəki çıxışı ilə bizləri məyus etdi. Həm Mirbağır İsayevin komandası, həm də Təbriz Həsənovun yetirmələri elit mərhələyə yüksəlməyi bacarmadılar. Hər iki yığmanın uğursuz çıxışı futbol ictimaiyyətində çox müzakirələrə səbəb oldu, futbolumuzun gələcəyi olan gənclər və yeniyetmələrin Avropadakı həmyaşıdları qarşısında aciz duruma düşməsi haqlı tənqidlərə yol açdı. İndi hamını bir sual düşündürür: AFFA rəhbərliyi İsayev və Həsənov ilə bağlı hansı qərarı verəcək?
Yeri gəlmişkən, U-19-un baş məşqçisi Təbriz Həsənov artıq AFFA-nın Məşqçilər Komitəsinin üzvləri ilə görüşüb və hesabatını təqdim edib. Hesabatda nələrin əks olunduğunu bilmək üçün komitənin sədri Vaqif Sadıqovla danışdıq: “Əvvəlcə onu bildirim ki, U-19-un çalışdırıcısı Təbriz Həsənovla ötən həftənin cümə günü görüşmüşük. Mirbağır İsayev və U-21-in məşqçilər korpusu ilə bu həftənin sonunda bir araya gələcəyik. Təbriz müəllimin hesabatına gəlincə, baş məşqçi məsuliyyəti boynundan atmadı və seçmə mərhələdəki uğursuzluğun səbəblərini bizə söylədi. Həsənovun komandasının elit mərhələyə adlayacağına çox inanırdıq. Çünki bu uşaqlar iki il əvvəl 17 yaşa qədər futbolçular arasında keçirilən Avropa çempionatının final mərhələsində çıxış etmişdilər və heç də zəif təsir bağışlamamışdılar. U-19-un uğur qazanması üçün AFFA tərəfindən hər cür şərait yaradılmışdı. Bilirsiz, bizi bu gün ən çox narahat edən nədi? Gənclərimizin inkişaf etməməsi. İki il əvvəl onlarla bir yerdə AÇ-də iştirak edən avropalı həmyaşıdları inkişaf etdiyi halda, bizimkilər yerində sayırlar. Bunun səbəbini aydınlaşdırmaq lazımdı ki, biz harda nəyi səhv edirik, niyə irəli gedə bilmirik. Bu boşluğu üzə çıxarmaq lazımdı. Onu da qeyd edim ki, bu komandaya iki ildə cəmi bir yeni futbolçu dəvət olunub. Bəzən deyirik oturuşmuş heyət olmalıdı ki, komandada anlaşma yüksək səviyyədə olsun, gənclər bir-birini gözüyumlu başa düşsün. Ancaq bəzən bu addım da özünü dorultmur. Bəlkə də yığmaya yeni qan lazım idi ki, kimlərdəsə arxayınlıq yaranmasın, düşərgədə rəqəbət olsun. Əslində U-19 seçmə mərhələyə yaxşı start vermişdi. İlk oyunda İrlandiya kimi güclü komanda ilə qolsuz bərabərə qalmışdı. Təəssüf ki, Serbiya ilə matçda buraxılan səhvlər, Kiprdən alınan məğlubiyyət hamımızı məyus etdi. Bəlkə də Kipri udsaydılar, ən yaxşı 3-cü nəticə ilə elit mərhələyə adlamaq mümkün olardı. U-19-dan fərqli, U-17 iki ağır məğlubiyyətdən sonra özündə güc tapıb meydan sahiblərini uddu ki, bu da Mirbağır İsayevin rəhbərlik etdiyi yığmada komanda ruhunun olmasından xəbər verir”.
Sadıqov sonda yığma məşqçiləri ilə görüşlər başa çatandan sonra Məşqçilər Komitəsinin hesabat hazırlayıb Elxan Məmmədova təqdim edəcəyini söylədi: “Bütün yaş qrupu üzrə yığmaların məşqçiləri ilə görüşdükdən sonra komitə adından hesabat hazırlayıb baş katibə təqdim edəcəyik. Mütəxəssislərin postlarında qalıb-qalmayacağı məsələsi barədə danışmaq, məncə, indi bir qədər tezdi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar