25 okt 13:15olke

Novruz Əzimovla 25 il əvvəli yada saldıq

“Açığı, mənə medal veriləcəyini gözləmirdim”
Bu gün “Neftçi”nin ilk ölkə çempionluğunun 25 ili tamam olur. Müstəqillik tarixinin ilk birinciliyində Sumqayıt “Xəzər”i, “Qarabağ”, “Turan”, Bakı “İnşaatçı”sı kimi iddialı komandaların olmasına baxmayaraq, heyətində Samir Ələkbərov, Yunis Hüseynov, Emin Ağayev, Dmitri Kramarenko, Arif Əsədov, İqor Getman kimi üzdə olan futbolçuların cəmləşdiyi kollektiv finişə birinci çatmağı bacardı. 1992-ci il oktyabrın 24-də, çempionatın başa çatmasına bir tur qalmış, yəni 35-ci turda Bakıda “Turan”la heç-heçə edən “ağ-qaralar” çempion adını qazandı. O dönəmlə bağlı xatirələr də çoxdu, danışmağa mövzu da. Ancaq ən çox diqqətçəkəni cəmi 1 oyunda meydana çıxan Novruz Əzimovun yekunda qızıl medal almasıydı. Bu da təsadüfi deyildi. Birinci turda Sumqayıt “Xəzər”inə qarşı mübarizə aparan Əzimov ölkənin müharibə şəraitində olduğunu görüb, cəbhə bölgəsində gedən döyüşlərə biganə qala bilməmişdi. Və könüllü döyüş bölgəsinə yollanmışdı. Bakıya qayıdanda isə artıq gec idi. Mövsüm başa çatmaq üzrəydi. Buna baxmayaraq, AFFA-nın rəhmətlik prezidenti Fuad Musayev Novruz bəyin qəhrəmanlığını nəzərə alıb, onu “qızıl”la mükafatlandırmışdı. Halbuki medal çempionat oyunlarının azı yarısında iştirak edənlərə verilirdi. İstənilən halda, unudulmaz illərdi. Yubiley tarixini nəzərə alıb, haqqında bəhs etdiyimiz Novruz Əzimovla söhbətləşdik.
- Sabah (bu gün) “Neftçi”nin ilk çempionluğundan 25 il ötür.
- Bilirəm.
- Yadınızda qalmışdı, yoxsa kimsə dəqiq tarix deyəndə xatirinizə gəlir?
- Dəqiq bilirəm ki, 1992-nin oktyabr ayı idi. Çempionatın sonları idi. Amma desəm ki, konkret tarixi əzbər bilirəm, yalan olar. Müharibə dönəmiydi, baş işləmirdi. Adam bilmirdi nəyi düşünsün, nəyin dərdini çəksin.
- “Neftçi” hansı komandayla oyundan sonra çempion olmuşdu?
- Birinci turda “Xəzər”lə oynamışdıq. Hətta həmin oyunun gedişində əvəzlənməyim də indiyə qədər yadımdadı. 1:0 udmuşduq, səhv etmirəmsə, qolu da 11 metrlik cərimə zərbəsindən Yunis vurmuşdu. Sonradan Qarabağ döyüşlərində iştirak etmək üçün ön cəbhəyə yollandım.
- Dediyim oyun yadınızda deyil?
- Vallah, dediyim kimi, elə dövr idi ki, baş işləmirdi. O qədər stress,həyəcan, yüklənmə (bir qədər fikirləşir)... Səhv eləmirəmsə, uşaqlar “Kəpəz”i udmuşdular. Ya da “Turan” idi.
- Respublika stadionunda “Turan”la matç 1:1 hesabıyla nəticələnmişdi və çempionluq rəsmiləşmişdi. “Kəpəz” üzərində qələbə isə formal xarakter daşıyan sonuncu tura təsadüf etmişdi.
- Qaranlıq da olsa, yadımdadı. Düz deyirsiz.
- Futbol oynayan, ailənizə çörəkpulu qazanan vaxtda könüllü cəbhə bölgəsinə yollanmağa sizi nə vadar etmişdi?
- 1992-ci il fevralın 25-dəki Xocalı soyqırımı. Həmin hadisədən görüntüləri görəndən sonra özümə yer tapmırdım. Martın əvvəli getdim, bir az sakitlik oldu, Bakıya qayıtdım. Mayda çempionat başladı, birinci turda oynadım. “Xəzər”lə oyun ərəfəsində Şuşa da əldən getdi, cəbhədə vəziyyət yenə gərginləşdi. Ona görə də dözmədim, yenidən orduya qoşuldum.
- Döyüş bölgəsində olanda “Neftçi”nin nəticələrindən xəbər tuta bilirdiz?
- O vaxt indiki kimi mobil telefon, internet dövrü deyildi. “Neftçi” bu gün oynayırdı, sabah, ya da birisigün bizə xəbər çatırdı. Ya Bakıdan gələnlər məlumat verirdi, ya da qəzetdən oxuyanlar deyirdi. Şuşanın işğalından sonra telekanalları da kəsdilər. Amma yenə də müəyyən xəbərlər çatırdı.
- Bəs nə vaxt qayıtdız?
- Oktyabrın 19-da Bakıya gəldim.
- Belə çıxır ki, oktyabrın 24-dəki “Turan“la oyunu canlı izləmisiz.
- Vallah, yadıma gəlmir. Pis vaxtlar idi, bu gün yediyin sabah yaddan çıxırdı.
- AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev medalı sizə nə vaxt təqdim etdi?
- Rəhmətlik mənə medalı komandayla birgə yox, sonra verdi. O vaxt oyunların azı 50 faizində iştirak etməyənə medal verilmirdi. Musayev döyüş bölgəsinə yollandığımı nəzərə alıb, məni mükafatlandırdı. Açığı, mənə medal veriləcəyini gözləmirdim.
- Hardadı o medal?
- Yəqin ki, evdədi.
- Yəqin ki?
- Yox, evdə olmalıdı.
- Nə üçün o cür xüsusi çəkiyə malik medalı xüsusi qutuda, evin gözəgəlimli yerində saxlamırsız?
- O vaxtdan sonra evi dəyişdik, köç oldu. Çox güman, Mehdiabaddadı, atamgildə.
- 1992-ci ildəki “Neftçi” yadınızda necə qalıb?
- Müstəqillik tarixinin ilk çempionatıydı. Komandaların çoxu yeni qurulmuşdu. SSRİ-nin ikinci dəstəsində oynayan komandalarımızın futbolçuları da çempionatda iştirak edirdi. Olduqca gərgin mübarizə var idi. Sumqayıt “Xəzər”i, “Qarabağ”, “Turan”, “Kəpəz”... “Xəzər” ikinci dövrədə “Neftçi”ni 3:0 udmuşdu.
- Heyətdəki futbolçulardan bir neçəsinin adını çəkə bilərsiz?
- Yunis, Samir, Emin, Kramarenko, Rasim, Əsgər... Heyət güclüydü.
- Hazırda “Neftçi”də çalışanlardan kimsə var idi?
- İqor Getman da “Neftçi”dəydi.
- Bu gün “Neftçi”də işləyən ikinizsiz. Siz və Getman.
- Tərlan Əhmədov, səhv etmirəmsə, “Turan”daydı. Yox-yox, “Qarabağ”da oynayırdı, 100 faiz. Yadıma düşdü... Üstündən 25 il keçməsinə baxmayaraq, hələ də yadınızdadı, diqqətdə saxlayırsız. Allah sizlərdən razı olsun.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar