25 okt 12:26olke

Emin Kürdov “Araz”ın arxayınlığın qurbanı olduğunu düşünür

Emin Kürdov “Araz”ın arxayınlığın qurbanı olduğunu düşünür
“Bundan sonra “Deva” ilə 5 dəfə də oynasaq, hamısında qalib gələrik”
Ötən turun ən yaxşılarından olan “Ekol”un və millimizin qapıçısı Emin Kürdov “Marafon”la qarşılaşmada tordan 4 top çıxarmalı oldu. Gənc qolkiper Azərbaycan Futzal Federasiyasının rəsmi “feysbuk” səhifəsinə müsahibəsində son məğlubiyyət, eləcə də “Araz”ın UEFA Futzal kubokundakı uğursuz çıxışı haqda danışıb.
- Debütantla oyunda büdrədiz, özü də böyük fərqlə. Rəqibdən hansı komponentlərdə geri qalırdız?
- Rəqibimiz oyunu, demək olar, müdafiədə keçirdi. Belə komandaya qarşı oynamaq isə çox çətindi. Onlar bizi əks-hücumlarda tutmağa çalışdılar və bunu bacardılar. Birinci hissəni yaxşı oynadıq, 3-4 epizodda hesabı aça bilərdik. Biz edə bilmədiyimizi rəqib reallaşdırdı. İkinci hissənin ilk 10 dəqiqəsi də qolsuz keçdi. Amma “Marafon”un vurduğu birinci qol oyunun taleyini həll etdi. 0:4 hesabı oyuna görə deyil. Çünki biz daha sonra 5 oyunçu ilə davam etdik, son 2 qolu isə penalti və 10 metrlik cərimə zərbəsindən buraxdıq. Çempionat davam edir. Sadəcə, bu oyundan dərs çıxarmalıyıq. “Araz”ı çıxmaq şərti ilə digər komandalar qarşılaşmalara ciddi hazırlaşır və müdafiəyəmeyilli oyun tərzinə üstünlük verirlər. Bu cür komandalara qarşı oynamaq çox çətindi və bunun üzərində işləməli, nəsə fikirləşməliyik.
- “Ekol”un hazırkı heyətinin üzvləri neçə illərdi bir yerdə çıxış edirlər və daha təcrübəlidilər. Niyə fərqli hesablı yenilgidən qaça bilmədiz?
- Təcrübə baxımından həqiqətən də rəqibdən öndəyik, heyətimizdə millinin üzvləri də yer alır. Ancaq bu üstünlüyü oyunda göstərə bilmədik, alınmadı. FK.İD ilə oyunda da belə oldu. Neçə qol vəziyyətini qaçırdıq, yalnız son dəqiqələrdə qələbə topunu vura bildik.
- Niyə istədiyinizi meydanda göstərə bilmirsiz?
- Üç ildi “Ekol”da çıxış edirəm. Bu müddət ərzində əsas problemimizin qol vura bilməmək olduğunu gördüm. Razıyam, 10 epizoddan 4-5-ni demirəm, heç olmasa, birini qola çevirək. Amma vura bilmirik, sonra da çətin olur. Komandalar çəkilir müdafiəyə, əks-hücumlarda bizə qol vurmağa çalışırlar. Ötənilki mövsümü unutmalıyıq. Çünki cari çempionat bütün komandalar üçün çətin keçəcək. Bu oyunu unutmalıyıq, rəqiblərin hər biri ilə daha 3 görüşdə qarşılaşacağıq. Hələ heç nə bitməyib. Toparlanıb sözümüzü deyəcəyik. “Marafon”u əzmkar oyuna görə təbrik edirəm.
- Necə düşünürsən, debütant komandalar çempionata marağı artırıb?
- Böyük rəng qatıblar. Hadisələrin belə axarı bizim üçün də maraqlıdı. İndi oyuna çıxanda bilirik ki, çətin sınaq gözləyir bizi. Çünki heç bir komanda oyunu yola vermək üçün parketə çıxmır.
- Yeri gəlmişkən, ötən həftə “Araz”la birgə UEFA Futzal kubokunda iştirak etdiz. Uğursuz nəticənin səbəbini izah edə bilərsən?
- “Qara zolağa düşmüşük”. Götürək “Deva” ilə oyunu. Bayaq “Ekol”un heyətinin daha təcrübəli oyunçulardan qurulduğunu qeyd etdiz. “Araz”ın heyətində də bu cür oyunçular çoxdu və “Deva”dan ən azı 2-3 dəfə güclüdü. Bundan sonra onlarla 5 dəfə də oynasaq, hamısında “Araz” qalib gələcək. Həmin gün rəqibin azarkeşləri möhtəşəm idi, komanda çox yaxşı köklənmişdi oyuna. Bunun sayəsində də sona qədər mübarizə apardılar.
- Deməli, “Araz” oyuna arxayın çıxıb?
- Arxayınlıq var idi. Rəqib isə əksinə, yaxşı köklənmişdi oyuna, xüsusilə də psixoloji baxımdan. Müdafiədən oynadılar, əks-hücumlarda bizi yaxaladılar, qol vurdular, yenidən müdafiəyə çəkildilər. Kuryoz qollar oldu.
- İstənilən halda, “Araz”ın elit mərhələyə yüksələ bilməməsi böyük sensasiya oldu.
- “Araz”ın mübarizəni davam etdirməməsi çempionatımız üçün də mənfi haldı. Çünki bu komandanın avrokuboklarda mümkün qədər irəliləməsi çempionatımızın da səviyyəsinin yüksəlməsinə təkan olacaq.
- Bu nəticə millinin Avropa çempionatının final mərhələsindəki çıxışına təsir edə bilərmi?
- “Araz” millinin bazasıdı, amma tam heyəti deyil. Çünki karyerasını kənarda davam etdirən Vassura, Fineo, Borisov, zədəli Qalo kimi futzalçılarımız var. Onların heyətə qoşulması millini gücləndirəcək.
MİRAĞA hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar