19 okt 18:04olke

“Canlı ensiklopediya” 65-i geridə qoydu

“Canlı ensiklopediya” 65-i geridə qoydu
Kamal Şıxəliyev : “Bəlkə də həyatımı elmə həsr etsəydim, daha çox uğur qazanardım”
Oktyabrda doğum gününü qeyd edən bir çox futbol adamı var. Ancaq onlardan birinin xüsusi tanıtmaya ehtiyacı yoxdu. Futbol ictimaiyyətinin “canlı ensiklopediya” kimi tanıdığı Kamal Şıxəliyev ötən şənbə 65 yaşını qeyd edib. Kamal bəy həm məşqçi, həm də funksioner kimi çalışmaqla yanaşı, bir çox idmançıların ali təhsil almaq üçün üz tutduğu ADBTİA-da dərs deyir. Çox maraqalı həmsöhbət olan Kamal bəylə görüşümüzdə SSRİ dönəmini yada salıb, gələcəklə bağlı “dərdləşdik”.
- Öncə uşaqlığınızdan, daha doğrusu, futbola gəlişinizdən danışardız.
- Mən Salyanda dünyaya göz açmışam. Yaxınlığımızda hərbi hissə olduğundan uşaqlığımız, demək olar ki, orda keçib. Həftədə bir neçə dəfə zabitlərlə, orda xidmət edən əsgərlərlə futbol oynayırdıq. Onu da bildirim ki, tək futbolla kifayətlənmirdik. Baltiktyanı ölkədən olan əsgərlərlə basketbol və həndbol da oynayırdıq. 1971-ci ildə isə məni “Kimyaçı”ya dəvət etdilər. Hərbi xidməti başa vurub qayıdandan sonra İdman Akademiyasına daxil oldum və orda oxuya-oxuya təhsil ocağının komandasında çıxış etdim, kapitan sarğısını daşıdım. Ali məktəbi fərqlənmə diploma ilə bitirəndən sonra təyinatımı rayona verdilər. Həmin ərəfədə DİN-dən iş təklifi alsam da, imtina etdim. Çünki futbolu çox sevirdim və bu sahədə çalışmaq istəyirdim. Bəxtimdən həmin illərdə Salyanda yeni komandanın təməli qoyuldu. 16 il o komandada işlədim.
- Necə oldu ki, Salyanda işləyən məşqçi birdən-birə AFFA-nın mərhum prezidenti Fuad Musayevin diqqətini çəkdi?
- Bakıdan kənar bölgələri yaxşı tanıdığımdan, hansı rayonda istedadlı gənclərin olduğunu bildiyimdən Fuad müəllim məni AFFA-ya dəvət etdi. 3 il “Şəfa”da işlədikdən sonra MOİK-ə üz tutdum. Rəhmətlik Vüqar Haşımovun atası komandanın rəhbəri, Füzuli Cavadov isə rəisi idi. İki il də orda çalışdıqdan sonra U-16-da Şahin Diniyevin köməkçisi oldum. 2003-də “Karat”a yollandım. 2005-də isə “Bakı”dan aldığım təklifi dəyərləndirdim. Bu gün də orda çalışıram.
- Necə düşünürsüz, futbolçu kimi daha uğurlu olmusuz, məşqçi, yoxsa funksioner kimi?
- Yaxşı futbolçu olmamışam. “Neftçi”də oynamamışamsa, deməli, futbolçu karyeram alınmayıb. Bizim nəslin nümayəndələri üçün etalon “Neftçi” olub. Bu gün də rayona gedəndə uşaqlar məndən “Neftçi” topu” istəyirlər. Heç kim demir ki, Kamal müəllim, mənə “İnter”, “Qarabağ” və yaxud “Qəbələ” topu ver. “Neftçi” bu gün də xalq tərəfindən sevilən komandadı.
- Siz həm də ADBTİA-da dərs deyirsiz. İdmançılara dərs demək çətin deyil ki?
- Artıq neçə illərdi adını çəkdiyiniz təhsil ocağında çalışıram. Həmişə da tələbələrlə xoş münasibətim olub. Fuad Hacıyev akademiyanın rektoru təyin olunandan dərsə davamiyyət artıb. Hacıyev nizam-intizama xüsusi önəm verən vətənpərvər insandı.
- Neçə illərdi bu sahədə işləyirsiz. Birgə çalışdığınız insanlardan futbola ən çox can yandıran kim və ya kimlər olub?
- Məşqçilərdən Əhməd Ələsgərovu, Ruslan Abdullayevi, Vaqif Abbasovu nümunə göstərə bilərəm. Adını çəkdiyim mütəxəssislər hazırda haqq dünyasındadı. Onlar doğrudan da işlərinə çox ciddi yanaşır, gücə-gündüz futbolu düşünürdülər. Gənc məşqçilərin arasında da elələri var. Lakin onları yaxından tanımadığımdan kiminsə adını çəkə bilmirəm. Funksioner kimi isə Fuad Musayevin adını qeyd etməliyəm. 1992-ci ildə o AFFA prezidenti seçiləndə yanında olmuşam. Müəyyən müddət regional federasiyaya rəhbərlik etmişəm, İcraiyyə Komitəsinin üzvü olmuşam. Musayevin ölkə futbolu üçün çox iş gördüyünü heç kim dana bilməz. Siz bilirsiz ki, bu gün Azərbaycanın UEFA-da olması birbaşa Fuad müəllimin xidmətidi. 1992-ci ildə FİFA bizi Asiya qitəsinə göndərirdi. Musayevin sayəsində UEFA-ya üzv olduq.
- Bəlkə bu gün Asiya qitəsində çıxış etsəydik, daha yaxşı olardı?
- Asiyada çıxış etmək yaxşı olsaydı, nəyə görə Qazaxıstan və İsrail sonradan xahiş-minnətdən sonra UEFA-ya üzv oldular? Avropada çıxış etməyin çox böyük üstünlükləri var. Musayev olmasaydı, FİFA həmin vaxt Qarabağı ayrıca dövlət kimi quruma üzv qəbul edəcəkdi. Rəhmətlik bunun qarşısını almaq üçün Sürixdə oteldə bir gecədə 35 ölkənin federasiya rəhbərləri ilə danışdı və onları qərarın əleyhinə səs verməyə razı saldı. Bu işdə ona Rusiya Futbol İttifaqının sabiq, indi isə fəxri prezidenti Vyaçeslav Koloskov yardımçı oldu.
- Futbol ictimaiyyəti sizi həm də “canlı ensiklopediya” kimi tanıyır. Yaşından asılı olmayaraq, əksər futbolçuların harda və neçənci ildə doğulduğunu, hansı nəsli təmsil etdiyini, hətta kiminlə ailə həyatı qurduğunu da dəqiq bilirsiz. Belə fenomenal yaddaşınızın olması nə ilə bağlıdı?
- Mənim yaşıdlarımın əksəriyyətinin uşaqlığı kitabxanalarda keçib. İndi hansısa məlumatı əldə etməyə nə var ki?! Düyməni basırsan, internetdə istənilən mövzu ilə bağlı minlərlə məlumat çıxır. Biz isə nəyisə öyrənmək istəyirdiksə, günlərlə kitabxanalarda toz basmış kitabları vərəqləyirdik. Bir dəfə yoldaşlarımdan biri ilə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımla necə tanış olması ilə bağlı mübahisəmiz düşdü. Tarixçəni öyrənmək üçün bir həftədən çox kitabxanadan çıxmadım, araşdırma apardım və ortaya çıxardım ki, onlar Qori Seminariyasında bir yerdə oxuyublar və tanışlıqları da orda baş tutub. Kitab oxumaq insanın hafizəsini gücləndirir. Belə güclü yaddaşa malik olmağımı da bununla əlaqələndirirəm.
- Birvaxtlar Azərbaycanın əksər bölgələrinin futbol komandaları var idi. İndi isə onların sayı kəskin azalıb. Sizcə, bu nədən irəli gəlir? Maddi durum aşağı düşüb, futbola maraq azalıb, yoxsa başqa səbəblər var?
- Məncə, ölkədə nəinki futbola, ümumiyyətlə, idmana maraq azalıb. Baxmayaraq ki, ölkə başçısı idmana və idmançılara bu qədər qayğı göstərir, onların beynəlxaq yarışlarda uğur qazanması üçün hər cür şərait yaradır. Bizim gənclik illərimizdə hər kəndin, qəsəbənin futbol və voleybol komandları var idi, başqa idman növlərinə də maraq göstərənlərin sayı çox idi. Qısaca desəm, idmana kütləvi axın var idi. İndi isə valideynlər çalışırlar ki, uşaqlar evdən çölə çıxmasın, bütün gün kitab oxuyub elmin dalınca düşsün. Daha fikirləşmirlər ki, uşaq qaçmalıdı, oynamalıdı, yeri gəlsə, dalaşıb döyülməlidi ki, bərkə-boşa öyrəşsin. Bir də o vaxtlar hər rayonda, şəhərdə hansısa məmur komandaya sahib çıxırdı. Bir çox rayonların katibləri, prokurorları özləri maraqlı idi ki, rayonun futbol komandası olsun, çempionatda iştirak etsin. Bu bir növ həmin rayon üçün nüfuz məsələsi idi. İndi isə... hər kəs özünü düşünür.
- 16 il Salyan “Plastik”inin baş məşqçisi olmusuz. O vaxt məşqçi işləmək asan idi, yoxsa indi?
- Hər aşiqin öz dövranı olduğu kimi, hər dövrün məşqçisinin də zamana uyğun çətinliyi olub. Mən işlədiyim dönəmdə həm məşqçi olmuşam, həm müəllim, həm də böyük qardaş. İlk növbədə çalışırdım ki, yetirmələrim vətənpərvər böyüsün, Azərbaycanı sevsinlər. “Baharın 17-ci anı” filmində bir epizod var. Orda deyir ki, vətən hardan başlayır? Mən də çalışmışam ki, vətənin hardan başladığını uşaqlara başa salım. Səfərə gedəndə komandanı ilk növbədə teatra, tarixi yerlərə aparırdım. İstəyirdim ki, futbolçum həm mədəniyyətimizdən xəbərdar olsun, həm də tariximizi bilsin. Bunun nəticəsidi ki, Qarabağ döyüşlərində mənim 4 futbolçum şəhid oldu. Hər biri də bir elin cəngavəri.
- Məşqçi kimi çalışdığınız illərdən ən maraqlı hadisəni indi yada sala bilərsiz?
- O qədər maraqlı hadisə ilə üzləşmişəm ki, danışmaqla qutarmaz. Bir dəfə Gəncədə “Metallurq”la oynayırdıq. Həmin vaxt onların heyəti çox güclü idi. Mehman Allahverdiyev də kapitan idi. Həmin görüşdə 0:7 hesabı ilə məğlub olduq. Salyana qayıtdıqdan sonra komandanın sponsoru olan zavodun direktoru məni iclasa dəvət edib, yenilgi ilə bağlı söhbət etmək istədiyini bildirdi. Kabinetə daxil olanda gördüm ki, ondan başqa da bir neçə nəfər oturub. Direktor salamlaşdıqdan sonra birtbaşa mətləbə keçdi: “Gəncənin futbol şəhəri olduğunu bilirəm. Orda güclü oyunçular olub və indi də var. Uduzmağınıza bir söz demirəm. Ancaq sən mənə de görüm, oyun vaxtı sağ tərəfdən künc zərbəsini kim qaldırırdı, sol tərəfdən kim? Ani sükutdan sonra özümü ələ alıb “mərkəzi keçə bildik ki, künc zərbəsi də qaldıraq?” söylədim ki, bu da hamının gülüşünə səbəb oldu.
- Futbolçu karyeranızın istədiyiniz kimi alınmadığını bildirdiz? Bəs məşqçi kimi?
- O da istənilən səviyyədə alınmadı. Səbəb isə sadədi. Yetirmələrimdən heç kim “Neftçi”də oynamayıbsa, yalandan necə deyə bilərəm ki, məşqçi kimi uğur qazanmışam. Düzdü, aralarında Azərbaycanda güclülər dəstəsində oynayanlar, Rusiyada top qovanlar oldu. Ancaq yenə deyirəm, mənim üçün “Neftçi” ən yüksək zirvədi. Bəlkə də həyatımı elmə həsr etsəydim, daha çox uğur qazanardım, nəinki futbola. Məndə bu potensial var idi.
- Ailənizdə yolunuzu davam etdirən var?
- Oğlum hazırda məşqçi kimi çalışır. Gələcəkdə yaxşı məşqçi olacağını düşünürəm.
- Mütaliə etməyi, tarixi araşdırmağı, gündəlik mətbuatı izləməyi xoşlayırsız. Heç ürəyinizdən keçib ki, memuar yazasız?
- Açığı, bu haqda arada düşünürəm. Ola bilsin, yaxın vaxtlarda bu məsələyə vaxt ayıram.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar