19 okt 17:20olke

Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi

Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi
UEFA Gənclər Liqası
C qrupu, 3-cü tur
Qarabağ – Atletiko (İspaniya) 1:5 (1:3)

Qarabağ: 40. Məmməd Hüseynov, 47. Əsgər Hüseynov, 31. Oliver Stoymenovski, 51. Elçin Əsədov, 3. Turan Manafov (54. İbrahim Hüseynov, 86), 39. Zaur Fərzəliyev (k), 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov (38. Famin Əliyev, 68), 24. Yaroslav Deda, 18. Süleyman Əhmədov, 49. İbrahim Əliyev (43. Davud Mahmudov, 82).
Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Atletiko: 1. Aleks dos Santos, 5. Fransisko Montero, 4. Aytor Punal (k), 3. Fernando Kastanaqa, 2. Karlos İsaak, 8. Toni Moya, 14. Adrian Ferreras Qarsia, 11. Xuan Aquero, 10. Oskar Klemente (15. Xoakin Munyoz, 46), 7. Salomon (17. Endi, 61), 9. Covani Navarro (A.Salido, 77).
Ehtiyat oyunçular: 13. Alexandro Errero Linares, 6. Mikel Karro, 12. Xose Karlos Aliaqa, 16. Rodriqo Rikelme.
Baş məşqçi: Manuel Kano Martin.
Qollar: K.İsaak, 8 (0:1). Y.Deda, 18 (1:1). O.Klemente, 37 (1:2). T.Moya, 44 (1:3). A.Punal, 69 (1:4). A.Salido, 88 (1:5).
Vərəqə: T.Manafov, 68 - sarı.
Hakimlər: VİTALİ MEŞKOV, Aleksey Lunyov, Nikolay Boqaç (hamısı Rusiya), Rauf Cabbarov (Azərbaycan).
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan).
UEFA nümayəndəsi: Tamar Çiçinadze (Gürcüstan).
18 oktyabr. Bakı. Azərsun Arena.
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
"Qarabag"ın 19 yaşlıları dünən UEFA Gənclər Liqasında növbəti oyununu keçirdi. "Atletiko"nu "Azərsun Arena”da qəbul edən ağdamlılar ilklər arzusunda idi: ilk qol, ilk xal, ilk qələbə. Bunları reallığa çevirməyin çətin olduğunu bilə-bilə. Rəşad Sadıqovun yetirmələri “Çelsi” və “Roma”dan 8 qol “yemiş”, bir dəfə belə fərqlənə bilməmişdi. İtaliya təmsilçisiylə ev oyunu ilə müqayisədə dəyişən bir şey yox idi: azarkeş sayı yenə 100-ü aşmırdı. Üstəlik, bu dəfə yayın da təşkil olunmamışdı. Bəribaşdan qeyd edək ki, "Roma"yla oyundan fərqli, bu dəfə komandanı meydana Aftandil Hacıyev çıxarmışdı. Rəşad Sadıqov əsas komandanı düşünərək, məşqçi skamyasına çıxmamışdı.
"Atletiko" oyuna çox yaxşı başladı. Kombinasiyalı futbol sərgiləyən, rəngarəng hücumlar quran madridlilər istəyinə erkən - 8-ci dəqiqədə çatdı. İsaak cərimə meydançasının sağ küncünün bir addım önündən topu qapıya elə göndərdi ki, Məmmədin "ruhu incimədi". 13-cü dəqiqədə Deda cinahla reyd edib cərimə meydançasına daxil oldu. Onun çəpəki zərbəsinə "Atletiko"nun qapıçısı toxundu və istiqaməti dəyişdi. İbrahim isə son zərbəni vura bilmədi. Hücumun davamında Pilağanın qüvvətli zərbəsini isə qapıçı əla reaksiya ilə dəf etdi. Bu hücumdan sonra sanki qorxu və həyəcan hissini üzərindən atan "Qarabağ" 18-ci dəqiqədə arzuladığı qolu vurmağı bacardı. Deda baxımlı qolla tarixə düşdü. Onun uzaqdan zərbəsindən sonra top dirəyə, daha sonra qapıçıya dəyib tora daxil oldu. Bu, Gənclər Liqasında sevincini yaşadığımız ilk qol oldu.
Ancaq təşəbbüs yenə qonaqların tərəfindəydi. Rəqibin təzyiqinə çətinliklə tab gətirən, bir neçə vəziyyətdə qapıçısına minnətdar olan ağdamlılar 37-ci dəqiqədə, nəhayət, top buraxdı. Künc zərbəsindən sonra Klemente hamını qabaqlayaraq, topu qapıdan keçirdi. Ancaq bu da fasiləyə qədər vurulan sonuncu qol olmadı. 44-cü dəqiqədə Boya cərimə zərbəsindən fərqi 2 topa çatdırdı - 1:3.
İkinci hissəyə "Qarabağ" fəal başladı. 56-cı dəqiqədə isə fərqi azaltmaq üçün gözəl imkan yarandı. Rəqib süni oyundankənar vəziyyət yaratmaq istəyərkən səhvə yol verdi. Nəticədə Zaur Fərzəliyev qapıçı ilə təkbətək çıxdı. Di gəl, topu düz Aleks dos Santosun qucağına atdı. Əvəzində 69-cu dəqiqədə "Atletiko" növbəti dəfə qol vurmaq bacarığını nümayiş etdirdi. Məşhur soyadlı Aquero təkbaşına Misiri, Əsgəri və Turanı 30-35 metr arxasınca qaçmağa məcbur etdi. Sonuncu cərimə meydançasının biraddımlığında rəqibi kobudluqla dayandırmalı oldu ki, standart vəziyyətdən sonra ispanlar fərqi 3 topa çatdırdı. Matçda son nöqtəni isə 88-ci dəqiqədə Salido qoydu.
“Qarabağ”ın qrupunu “ölüm qrupu” adlandırmaq olar. Belə ki, dünən “Roma” səfərdə “Çelsi”ni 2:0 hesabıyla yendi. Nəticədə 3 komandanın xallarının sayı 6-ya çatdı. Şəxsi oyunlara görə İtaliya çempionu zirvəni ələ keçirdi.
1. Roma 3 2 0 1 6-2 6
2. Çelsi 3 2 0 1 8-3 6
3. Atletiko 3 2 0 1 8-5 6
4. Qarabağ 3 0 0 3 1-13 0
MİRAĞA

“Rəşadı əvəz etməyə yox, yardım etməyə hər zaman hazıram”
Aftandil Hacıyev komandasının qrupda oynamağa hazır olmadığını etiraf etdi

Oyundan sonra “Qarabağ”ın məşqçisi Aftandil Hacıyev jurnalistlərin sullarını cavabladı. O, ilk növbədə matçı şərh etdi:
- Bilirsiz ki, Azərbaycan klubu ilk dəfə Çempionlar Liqasında iştirak edir və bu gənc oyunçular üçün böyük təcrübədi. Düşünürəm ki, oyundan-oyuna futbolçularımız təcrübə qazanacaqlar. Belə oyunlar futbolçulardan böyük güc tələb edir və gənclərimiz indi-indi buna öyrəşirlər. Biz əvvəlcədən hansı komandaya qarşı oynayacağımızı bilirdik. Fikrimcə, futbolçularımız rəqibə çətin anlar yaşada bildilər, bəzi epizodlar zamanı hesab arasında fərqi azaltmaq imkanımız var idi. Qrup mərhələsində oynamaq üçün tam hazır olmasaq da, böyük təcrübə toplayırıq.
- Təcrübəli komandalarla oyunlarda məşqçilər və futbolçular nə qazandılar?
- Futbolçular oyundakı sürəti hiss edirlər, rəqibin üstün cəhətlərini və komanda şəkilində müdafiə olunmağı görürlər. Təbii ki, bu təcrübə bizə qarşıdakı matçlarda fayda verəcək.
- Azərbaycanlı futbolçular Avropa klublarında özlərini göstərə bilmirlər. Komandanızın heyətində başqa ölkədə top qovmağa layiq futbolçu görürsüz?
- Gənclər Liqasında limitlə bağlı problemlərimiz var. Ancaq elə futbolçularımız var ki, gələcəkdə müəyyən səviyyəyə çata bilərlər. Onlar çox çalışmalı və fərdi şəkildə öz üzərində işləməlidi. Bundan başqa, sosial həyatdan ayrı qalmalı və idmana baxışlarını dəyişməlidilər. Bəzi futbolçuların perspektivi var, amma baxırsan ki, özlərini idmançı kimi aparmırlar və 21 yaşda itib-batırlar. Düşünürəm ki, gənc futbolçular təcrübə artırmaq üçün yüksək liqada oynamalıdılar. Amma bizim çempionatda 8 komanda mübarizə apardığı üçün şans yaranmır. İnanıram ki, 2-3 ilə hansısa gənc futbolçumuz ortaya çıxacaq.
- “Roma”ya qarşı oynayan Miovski bu gün yox idi. Əvəzində Deda heyətdə yer almışdı və ilk qolun müəllifi kimi tarixə düşdü. Niyə ikisi bir yerdə oynamır?
- Deda zədədən yeni dönsə də, “Roma” ilə görüşdə meydana buraxmaq risk olardı. Hətta bu gün də onu sona qədər oyunda saxlamaqdan ehtiyatlanırdım. Miovskinin də zədəsi var. Onun adını “18-liy”ə daxil etmək, 20-30 dəqiqə oynatmaq olardı. Ancaq limit imkan vermir.
- Rəşad Sadıqovu məşqçi kimi əvəzləmək necə hiss idi?
- Paltardəyişmə otağında Rəşadla bir yerdə idik. Ümumiyyətlə, bu oyuna bi yerdə hazırlaşmışıq. Sadıqov məşqçiliyə çox həvəslidi. Onu əvəz etməyə yox, yardım etməyə hər zaman hazıram. Bu gün də çalışdıq ki, futbolçular onun yoxluğunu hiss etməsinlər. İkinci səbəb də o idi ki, Rəşad axşam "Atletiko"nun əsas komandasına qarşı meydana çıxa bilər. Bu baxımdan qərara gəldi ki, fiziki güc sərf etməsin və bu işi mənə tapşırdı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar