19 okt 17:05olke

Futzalçılar Alesioda günah görmür

Futzalçılar Alesioda günah görmür
Xətai Bağırov: “Səhvlərə yol verdik, rəqib də yararlandı”
“Araz” UEFA Futzal kubokunun əsas mərhələsində uğursuzluğa düçar oldu. Joze Alesio da Silvanın yetirmələri ilk iki turda “Mostar”ı (Bosniya və Hersoqovina) 5:2, “Luksol”u (Malta) isə 6:4 hesabı ilə məğlub etsə də, son oyunda Rumıniya “Deva”sına uduzdu - 3:6. Bununla da naxçıvanlılar elit mərhələyə vəsiqə qazana bilmədi. Beləcə “Araz” son 10 ilin ən uğursuz nəticəsi ilə yadda qaldı. Axı 2007/08-dən bu yana, UEFA kubokunda təmsil olunmadığımız 2015/16 mövsümünü nəzərə almasaq, hər dəfə elit mərhələdə iştirak edə bilmişdik.
Dünən vətənə qayıdan futzalçılarla əlaqə saxlayıb, uğursuzluğun səbəbləri haqda danışdıq.
İsa Atayev: “Oyunumuz alınmadı. Son turda üstünlük rəqibin tərəfində idi. Səhvlərimiz də oldu. Deməzdim ki, arxayınlıq vardı. Rəqiblərin oyunlarını daha öncə izləmişdik. Lakin son oyunumuz alınmadı. Hərtərəfli üstünlük “Deva”nın tərəfindəydi. “Qol imkanlarımız olmadı” desəm, doğru olmaz. İmkanlarımız var idi. Lakin dəyərləndirə bilmədik. Onların ilk hissədə 8-9 hücumu oldu, 3-nü dəyərləndirdilər. Ancaq biz ələ düşən fürsətlərdən yararlana bilmədik. Halbuki qol epizodlarını dəyərləndirsəydik, bəlkə də qələbə qazanacaqdıq. Bizim qrupda heç kim aşkar zəif deyildi. Biz “Luksol”u, onlar “Mostar”ı, bosniyalılar isə “Deva”nı uddu. Rumınlar da sonda bizə qalib gəldilər. Görürsüz, aşkar autsayder yox idi. İlk mərhələ olmasına baxmayaraq, rəqiblərin gücünü qeyd etməliyəm. “Deva” evdə oynayırdı, bəxtləri də gətirdi, hakimin də müəyyən köməyi oldu. Xüsusən ilk yarıda. “Qol vurduq, hakim saymadı” demək olmaz. Ancaq elə epizodlar var ki, oyunçuya pis təsir edir. Tutaq ki, rəqibdən çıxan topu sənin əleyhinə aut kimi qiymətləndirir. Komandamızdakı bütün uşaqlar yaxşı oynadı, lakin alınmadı. Rəhbərliklə hələ görüşümüz olmayıb. Deməzdim ki, Biro Jade qalsaydı, mərhələni keçəcəkdik. O qalsaydı, bəlkə heç xal qazana bilməyəcəkdik. Bunu heç kim deyə bilməz”.
Xətai Bağırov: "İlk iki turda qələbə qazandıq. Lakin sonuncu oyunda davamını gətirə bilmədik. Səhvlərimizdən uduzduq. "Deva" bizdən çox güclü deyildi. Təxminən eyni səviyyəli komandalarıq. Sadəcə, onlar bizdən az səhv etdi. Rəqiblə müqayisədə daha çox səhvə yol verdik. Komandada arxayınlıq yarandığını düşünmürəm. Çünki hər şeyin son oyunda həll olunacağını bilirdik. Həm qələbə, həm də heç-heçə bizə sərf edirdi. Başlayan kimi "Deva" fərqləndi, hesabı bərabərləşdirdik. Lakin yenidən rəqib qol vurdu və artıq vəziyyəti xeyrimizə dəyişə bilmədik. İlk 3 qolu sırf bizim səhvimizdən vurdular. Belədə oyun əldən getdi, çevirməyi bacarmadıq. "Luksol"la görüşdə rəqib səhv etdi, biz yararlandıq. "Deva" ilə matçda isə əksinə oldu, bizim səhvlərimizdən istifadə etdilər. Həm də "Deva" Malta təmsilçisindən güclü idi. Məşqçi amilini qabartmaq istəməzdim. Burda taktiki və ya fiziki hazırlıqdan söhbət getmir. Sadəcə, səhvlərə yol verdik, rəqib də yararlandı. Düşünmürəm ki, bu nəticə yığmanın Avropa çempionatındakı çıxışına da təsir etsin. Hər şey arxada qaldı. İstər yaxşı, istərsə də pis nəticə olsun, yeni yarışa başlayanda onu unuduruq. Mübarizəyə sıfırdan başlayırıq".
FARIZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar