19 okt 16:58olke

Reaksiyalar

Reaksiyalar
Tahir Gözəl: “Hamınız şahid olduz, komandamız bir daha sübut elədi ki, Avropanın ən güclü rəqibləri ilə də başabaş oynamaq olar. Bu komanda bu gün adımızı, Azərbaycanımızı layiqincə təmsil etdi. Bu xalqımızın gücüdü. Əminəm ki, dünya bu oyunu alqışlayacaq. Biz bu gün qürurla vidalaşırıq. Hesab edirəm ki, bu oyunu Madirddə də göstərə bilsək, nəticə ala bilərik. Yaxşı imkanlarımız var idi, penalti epizodu da mübahisə doğurdu. Onlardan yararlana bilsəydik, daha yaxşı olardı. Hakimin göstərdiyi qırmızı vərəqə məni çox narahat etdi. “Atletiko” kimi komandaya qarşı 18 dəqiqə 10, son dəqiqələrdə isə 9 nəfərlə oynadıq. Mən hesab edirəm ki, biz bu oyunu udduq. Özümüzü qalib sayırıq. Etiraf edək ki, ola biləcək ən ağır qruplardan birinə düşmüşük. Hesablara baxırıq, 1 xalımız var. Önümüzdəki matçlara baxırıq, heç olmasa, bir qələbə qazansaq, nəyəsə ümid edə bilərik. Ümumiyyətlə, hesab edirəm ki, şansımız var. Dino bizim üçün itkidi, ancaq Qurban müəllim özü bir çarə edəcək”.
Rəşad Sadıqov: “Qalib gələ bilmədiyimizə görə müəyyən təəssüf hissi var. Çoxlu imkanımız oldu. Ancaq mən düşünürəm ki, “Qarabağ” avrokuboklardakı ən yaxşı oyunlarından birini keçirdi. Rəqibin də gücünü nəzərə alsaq, deyə bilərik ki, ən yaxşı oyunumuz idi. Çox çətin qrup düşmüşük, şükür olsun ki, məğlub olmadıq, 1 xal qazandıq. Xalsız bitirmək ehtimalı çox olan, çətin qrupa düşmüşük. Düşünürəm ki, azarkeşlər futboldan həzz aldı. Qoldan başqa hər şey oldu oyunda. Meydana məşqçimizin tapşırıqlarını yerinə yetirmək üçün çıxmışdıq. Əlimizdən gələni etdik ki, yaxşı nəticə olsun, hamı sevinsin. Qarşıda bizi iki çox çətin səfər gözləyir. “Roma” və “Çelsi”nin hər ikisinin qrupdan çıxmaq şansı var. Bu elə bir turnirdi ki, burda ritmi tutduq, bundan sonra yaxşı olacaq kimi fikirlərə yer yoxdu. Hər oyuna ayrıca, yaxşı hazırlaşmaq lazımdı. İlk dəqiqədən sona qədər yaxşı mübarizə aparmaq lazımdı. Hakimlər haqqında danışmağı sevmirəm, ancaq simpatiya açıq-aşkar görünürdü. Avroliqa şanslarına gəlincəə, futboldu, mübarizə apararırıq. Bu gün qazansaydıq, şansımız daha çox olardı, ancaq səfərdə oynayacağıq. Çətin görünür. Böyük komandalara qarşı oynayırsansa, belə şeylərə hazır olmalısan. Onlara həmişə simpatiya var. Düşünürəm ki, futbolun inkişafı üçün çox adam istəyir ki, “Atletiko” qabağa getsin. Hər şeyi hakimin üstünə atmaq olmaz, bizim də şanslarımız oldu ki, son vuruşda dəqiq ola bilmədik. Dinonu itirdik, Bədavinin oynaması isə sual altındadı. Maksim də əvvəldə zədələndi, sonra elə davam elədi. Çətin olacaq. Madriddəki oyuna getməyəcəm. “Çelsi” ilə matçdan sonra Qurban müəllimlə bu barədə qərar vermişik”.
Mahir Mədətov: “Roma” ilə oyunda ilk 15 dəqiqədə ehtiyatlı olsaydıq, yaxşı nəticə qazana bilərdik. Bu gün diqqətli çıxmışdıq. Buna görə də nəticə qazandıq. Nə deyim... Penalti epizodlarını demək olar. 2 epizoddan birində penalti var idi. Hazırda premyer-liqada “Qəbələ” ilə oyunu düşünürəm. “Bakı”da olduğum vaxt “Atletiko”ya qarşı oynamışdım. Hamısı ispanca danışırdılar. Başa düşmürdüm. Stadionda atmosfer möhtəşəm idi. 12 nəfər idik. Onların dəstəyi bizim gücümüzdü. Avroliqa şansına gəlincə, maksimum çalışmalı, əlimizdən gələni etməliyik. Oyunlarda xal toplamalıyıq”.
Saul Niqez: “Biz bilirdik ki, Bakıda qələbə qazanmasaq, vəziyyətimiz daha da çətin olacaq. “Qarabağ” öz vəzifəsinin öhdəsindən çox yaxşı gəldi. Şanslarımızdan yararlana bilmədik. İlk dəqiqələrdən rəqibi təzyiqdə saxlasaydıq, daha yaxşı ola bilərdi. Həm də müdafiəni unutmaq olmazdı. Rəqibin əks-hücumları alınmasın deyə oyuna öz tərəfimizdən başladıq. İlk hissənin sonlarında yaxşı təsir bağışladıq. İndi durum ağırdı. Amma bizim hələ şanslarımız var. Qarşıdakı 3 görüşdə qalib gəlmək üçün hər şey öz əlimizdədi. İrəli baxmaq lazımdı”.
Dieqo Qodin: “Biz bu gün çox çalışdıq. “Roma” ilə oyundakı kimi xeyli şans əldə etdik. Lakin alınmadı. Qrupdan çıxıb-çıxmayacağımız haqda indidən fikir yürütmək çətindi. Lakin şanslarımız qalır. Sona qədər mübarizə aparmalıyıq. Növbəti oyunda elə bu komandaya qarşı oynayacağıq və həmin görüşdə qalib gəlməliyik. Biz “Roma”nı məğlub edəcəyik. Hər şeyə nikbin baxmaq lazımdı. Rəqibin müddafiəsini “sındıra” bilməyəndə istər-istəməz əsəbləşirsən. Biz çatışmazları tapmalı və səhvlər üzərində işləməliyik. Gücümüzə və bacarığımıza inanmasaq, bizim üçün çətin olacaq. Bu görüşün ən zəif oyunumuz olduğunu deyə bilmərəm. Bu futboldu. Biz qələbə üçün meydana çıxmışdıq. Penalti epizoduna gəlincə, hakim gördü ki, rəqib oyunçu özünü yerə atdı. Bu üzdən penalti vermədi”.
Antuan Qrizmann: “Rəqib zəif deyildi. Onlar bilirdilər ki, biz qələbə üçün oynayacağıq. Şanslarımızdan yararlana bilmədik. İnkişaf etməli, səhvlərimizdən nəticə çıxarmalıyıq. Hücum xətti üzərində çox işləməliyik. Müdafiəmiz isə yaxşıdı. Sadəcə, ön xətdə şanslardan yararlana bilmirik. Bunun səbəbini araşdırıb, irəliləməliyik. Qrupdan çıxmaq şansımız qalıb. Qarşıda hələ 3 oyun var. Sonda hər şey bəlli olacaq”.
Qabi: “İlk yarıda yaxşı təsir bağışladıq. Bir neçə qol imkanını boşa verdik. Çox çətin qrupa düşmüşük. Bugünkü oyun da bunu göstərdi. Bir xal qazanması münasibətilə “Qarabağ”ı təbrik etməliyik. Özümüz isə səhvlər üzərində işləməliyik. Qarşıdakı hər görüşə 3 xal qazanmaq üçün çıxacağıq. Bu elə turnirdi ki, uğur qazanmaq üçün bütün görüşlərdə qələbə qazanmalısan”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar