15 okt 12:49olke

Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi

Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi
“Kəpəz” oktyabrın 21-də “Neftçi”ni doğma meydanda qəbul edəcək
İllər-aylar ötsə də, AFFA-ya rəhbərlik edənlər dəyişsə də, Azərbaycan futbolunda iki problem həll olunmur ki olunmur. Birincisi əksər çempionat qarşılaşmalarının boş tribunalar önündə oynanılması, ikincisi isə uşaq futbolunun vəziyyətidi. Qeyd etdiyimiz birinci problem bəlkə də ölkə futbolunun inkişlafına birbaşa təsir göstərmədiyindən onu xüsusi qabartmaq, “tribunada yetərincə tərəfdar olnmur deyə, futbolumuz yerində sayır” kimi fikirlərə yer verib yaşanan uğursuzluqları bu amilə bağlamaq düzgün olmaz. Ancaq uşaq futbolundakı çatışmazlıqlara biganə yanaşmaq, bu sahədə baş verən biabırçılıqlara göz yummaq birbaşa futbolumuzun gələcəyini məhv etmək deməkdi.
Ötən sayımızda premyer-liqada çıxış edən klubların aşağı yaş qruplarının durumuna toxunmuş, legionerlərə yüzminlərlə pul xərcləyən bəzi klubların uşaq komandalarının adi məişət problemləri ilə baş-başa qaldığını vurğulamışdıq. Bu yöndə ən acınacaqlı vəziyyət isə ölkənin ən köklü və titullu klublarından biri olan “Kəpəz”dədi desək, yanılmarıq. “Sarı-göylər”in əvəzedici komandasının baş məşqçisi Azər Məmmədovun qəzetmizə açıqlamasıyla tanış olduqca gəncəli uşaqların 21-ci əsrdə hansı çətinliklərlə baş-başa qaldığını görmək mümkündü: “Bu gün Gəncədə meydanlarla bağlı çox ciddi problem var. Uşaqların futbol oynaması, yetişməsi üçün yer yoxdu. Camaat süni örtükdən gileylənir, narazılıq edir. Vallah, biz adamların bəyənmədiyi həmin “süni”yə də möhtacıq. Vəziyyətimiz görün nə həddə çatıb ki, yağış olan kimi məşqləri təxirə salırıq. Niyə yalan deyim, aşağı yaş qruplarında məşqdən sonra çimməyə şərait yoxdu”.
Sonra da deyirik ki, niyə İslandiya kimi ölkələr böyük yarışlara qatılır, ancaq Azərbaycan bunu bacarmır. Ölkənin ikinci ən böyük şəhərində, futbol məbədi kimi tanıdığımız Gəncədə hazırda uşaqların məşq etməsi üçün normal şərait yoxdusa, hansı gələcəkdən danışmaq olar?!
Azər bəyin süni örtüyə də həsrət qaldıqlarını vurğulaması da bir qədər qəribədi. Çünki “Dalğa Arena”nın süni örütüyü təbii otla əvəzlənəndə həmin örtüyün Gəncəyə göndəriləcəyi bildrilmişdi. Belə çıxır ki, geridə qalan aylar ərzində klub rəhbərliyi əllərində olan hazır materialı belə istifadəyə verməyiblər. Azər bəyin və “Kəpəz”in aşağı yaş qruplarında çalışan məşqçilərin arzusunda olduğu örütüyün nə vaxt döşənəcəyini bilmək üçün “sarı-göylər”in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq: “Dünən (srağagün) klubun aşağı yaş qruplarının məşqçilərinin iştirakı ilə toplantı oldu. Həmin iclasda Azər müəllimin qeyd etdiyi bütün problemlərlə bağlı müzakirələr aparıldı. Rəhbərlik yaxın günlərdə isti suyun bərpa olunacağını, hamamlarda krant və duşların yenisi ilə əvəzlənəciyini bildirdi. O ki qaldı “Dalğa Arena”dan çıxarılan və bizə verilən süni örtüyə, o hazırda klubun bazasındadı. Yaxın vaxtlarda stadionun ərazisində həmin örtük döşənərək aşağı yaş qruplarının ixtiyarına veriləcək. Həmin meydan hazır olduqdan sonra bütün qruplar məşqlərini öz stadionumuzda keçəcək”.
Azad bəy bizimlə söhbətdə onu da vurğuladı ki, yaxın günlərdə gəncəli azarkeşlər doğma komandalarının ev oyunlarını Gəncə şəhər stadionunda izləyə biləcəklər: “Bildiyiniz kimi, neçə müddət idi stadionumuzun ot örtüyünün dəyişdirilməsi ilə bağlı işlər görülürdü. Nəhayət, dünən (srağagün) bütün işlər yekunlaşdı. Oktyabrın 21-də “Kəpəz” “Neftçi”ni doğma meydanda qəbul edəcək. Həmin gün Gəncəyə futbol ictimaiyyətini təmsil edən qonaqların gələcəyi gözlənilir. Stadionumuz istifadəyə verildiyi gündən bu yana ilk dəfə arenada bu miqyasda işlər görülüb”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar