11 okt 21:08olke

Oruc Balaşlı Türkiyənin həvəskar komandasını pula görə seçib

Oruc Balaşlı Türkiyənin həvəskar komandasını pula görə seçib
“Səbail”ə baxışa yollanmışdım, Samir Əliyev bəyənmədi”
Birvaxtlar əvəzedicilərin çempionatında Oruc Balaşlı adlı futbolçu vardı. Nə vaxt “Simurq”un heyətinə baxardınsa, qol vuranlar arsında ucaboy hücumçunun adını görərdin. Daim bombardirlər siyahısına başçılıq edərdi. Sonradan “Zaqatala”nın heyətində birinci dəstədə çıxış etdi və yenə bombardir adını qazandı. Bir müddət elitada “Rəvan”ın heyətində görünsə də, yenidən doğulub boya-başa çatdığı Zaqatalaya qayıtdı. Mütəxəssislər Orucun parlaq gələcəyindən bəhs edər, bacarığını xüsusi vurğulayardı. Lakin o da bir çox həmkarları kimi kölgəyə çəkildi. İndi Türkiyədədi, karyerasını həvəskarlar liqasında (BAL liqası) yarışan “Karadəniz Ereğli Bələdiyəspor”da davam etdirir. Lakin qardaş ölkədə nələr etməsiylə bağlı hər hansı məlumat yoxdu. Yəni neçə oyunda meydana çıxıb, neçə qol vurması haqda yazılmır. Odu ki, Orucun özüylə əlaqə saxlayıb, Türkiyə karyerası ilə bağlı söhbətləşdik.
- Birdən-birə Türkiyədə peyda oldun. Necə baş verdi, kimin vasitəsiylə alındı?
- Bura gəlməyim bir az qarışıq oldu. Türk menecer vardı, şəxsən mənə yazdı ki, bir klub səni istəyir. Həmin vaxt da Azərbaycanda elita təmsilçilərindən biri ilə danışıq aparırdım. Ona görə də tələsmək istəmirdim. Görəndə ki, Azərbaycandan səs çıxmır, məcbur olub bu varianta “hə” dedim. Sonradan baş məşqçinin özü mənimlə əlaqə saxladı. Bir az da bu addım diqqətimi çəkdi.
- “Şile Yıldızspor”?
- Bəli, avqustun əvvəlində məhz bu komandayla anlaşmışdım. Hətta bir ay komandayla birgə oldum, mövsümə orda hazırlaşdım. Lakin sonradan ortaya bəzi problemlər çıxdı. Daha doğrusu, menecerlərlə sözümüz düz gəlmədi. Belədə sentyabrda həmin liqada mübarizə aparan “Karadəniz Ereğli Bələdiyəspor”a keçdim. İndi də bu komandadayam.
- İki tur geridə qalsa da, meydana çıxanlar arasında adın yoxdu.
- İki turdu oynaya bilmirəm, üçüncü turda da kənarda qalacam. İlk vaxtlarda “Şile Yıldızspor”da problem oturum izniylə bağlı idi. Sonradan onu həll etdik. İndi də yeni komandadayam, amma lisenziyam gəlib çıxmır. AFFA-ya məktub göndəriblər, ordan cavab gəlməlidi. Ona görə də gözləyirəm. Bu həftə gəlməlidi.
- Komandada səndən başqa legioner var?
- Bir suriyalı var, qalanı yerli futbolçulardı.
- Maliyyə şərtləri necədi?
- Şükür, qane edir.
- Bizim birinci diviziondakından yaxşı olar...
- Birinci divizon nədi, premyer-liqanın ortababları səviyyəsində maaş verilir. Sadəcə, adı həvəskarlar liqasıdı.
- Nömrə seçimi etmisən?
- “25”i geyəcəm.
- Məskunlaşmaq, qidalanmaqla bağlı durum necədi?
- Klubun öz bazası var. Orda yeyirəm, orda qalıram. Normal şəraiti olan bazadı. Şükür, narazılığım yoxdu. Bazanın yanında da stadiondu.
- Azərbaycandan təklif aldığını desən də, komandanın adını çəkmədin.
- Yayda “Səbail”ə baxışa yollanmışdım. Hardasa 10 gün məşqlərdə iştirak etsəm də, Samir Əliyev komandanın oyun üslubuna uyğun gəlmədiyimi dedi. Ondan sonra bura gəldim.
- Başqa komandalardan təklif yox idi ki, Türkiyəyə getdin?
- Azərbaycanda qalsaydım, yenə aşağı dəstədə oynamalıydım. Bu isə sərf etmirdi. Neçə ildi oynayırdım, xeyri nədi?
- Türkiyənin BAL liqası bizim birinci diviziondan üstündü ki?
- Ustalıq baxımından bizim birinci divizon üstündü. Burda mübarizə var. Həm də azarkeş sayı, futbol sevgisi baxımından diqqətimi çəkdi.
- Təkcə azarkeş sayına görə ev-eşikdən uzaq düşməyə dəyər?
- Söhbət təkcə bundan getmir axı. İndi 18-19 yaşım yoxdu ki, gələcəyimi düşünüm, nəyəsə ümid edim. Yaş gedir, mən isə gələcəyimi düşünməliyəm. Burdakı qazanc yaxşıdı. Bizdə birinci divizonda 500-600 manatla nə vaxta kimi oynamaq olar? Məsləhət bilsəydim, “Zaqatala”da qalardım. Dediyim kimi, burda maliyyə şərtləri daha yaxşıdı.
- BAL liqasında azərbaycanlıların sayı çoxdu. Deyilənə görə, 10-a yaxın futbolçumuz ordadı.
- 10-a yaxın? Yalan deyərəm. Bəlkə də var, mənim xəbərim yoxdu. Mən 3-4 nəfəri bilirəm. İlham Allahverdiyevi, Ülvi Quliyevi, Röyal Nəcəfovu eşitmişəm. Qışda daha bir neçə nəfər də gələcək. İndidən maraqlanırlar, soruşurlar.
- Azarkeş sayından söz açdın. Yəni o dərəcədə diqqətçəkəndi?
- Ev oyunlarımıza ən pis halda 5 min azarkeş gəlir. Bəzən daha çox olur. Komandam Zonquldağın Karadəniz Ereğli qəsəbəsini təmsil edir. Təsəvvür edin, qəsəbənin əhalisi şəhərin əhalisindən daha çoxdu. Zonquldağda 100 min adam yaşayır, amma Karadəniz Ereğlidə 118 min. Həm də insanlar futbolu çox sevir.
- Komandadakı türk futbolçular həvəskar statusludu? Yəni başqa yerdə kababçı, rəngsaz, dəllək işləyənlər var?
- Yox-yox, hamısı sırf futbolçudu. Yəni yeganə qazanc yerləri futboldu. Mən necə, onlar da elə. Sadəcə, liqanın adı həvəskarlardı. Hər biri normal maaş alırsa, kababçı işləmək nəyinə lazımdı?
- Birinci divizionun bombardirinə həqiqətənmi Azərbaycanda ehtiyac yoxdu?
- Olsaydı, bura gəlməzdim ki.
- Səncə, səbəb nədi?
- Bu sualı özümə gundə beş dəfə verirəm. Hələ də cavab tapa bilmirəm.
- Bu qədər qol vurmusan, hücumçu üçün lazım olan keyfiyyətlərin var. Durumunla bağlı məşqçilər, mütəxəssislər nə deyir?
- Fiziki cəhətdən “artırmağı” məsləhət görürlər. Burdakı baş məşçim də deyir ki, bir az yırtıcı ol.
- Zaqatala üçün darıxmırsan?
- Hərdən olur, amma dəhşətli dərəcədə də deyil. Darıxmaq yox, oynamaq haqda düşünürəm. Azərbaycanda göstərdiyim bacarığımı burda da ortaya qoymalıyam.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar