11 okt 21:05olke

Gündüz Cəfərov 78 yaşında avtomobil uddu

Gündüz Cəfərov 78 yaşında avtomobil uddu
“07”ni satıb, bunu özüm sürəcəm”
Son illər supermarket bazarında əməlli-başlı mübarizə gedir. Az qala hər gün müxtəlif reklam çarxlarında hansısa supermarketin endirim kampaniyası etdiyini görür, lotereyaların təşkil olunduğunu öyrənirik. Mənzil, avtomobil, paltaryuyan, soyuducu və s.
Düzü, mənzil və avtomobillə bağlı uduşlara adamın inanmağı gəlmir. Bəzən düşünürsən ki, 15-20 manatlıq alış-verişə görə kimdi uduşa 20-25 minlik maşın, 50-70 minlik mənzil qoyan. Belələrindən biri də özüməm. Elə buna görədi ki, alış-veriş etdikdən sonra belə, əlaqə vasitələrimi lototrona daxil etmirəm. Amma bahalı uduşların kimlərə qismət olması hər zaman diqqətimi çəkib. Ən azı həmin insanların geyiminə, davranışına, üz cizgilərinə baxmaq maraqlıdı. Sadəcə, o şəxslərin supermarket sahiblərinin öz adamları, ya da aktyorluq bacarığı olan insan olub-olmadığını müəyyənləşdirmək üçün. Srağagün “feysbuk”da qarşıma təsadüfən “Rahat” marketin “Avtomobil qazanmağın RAHAT yolu” adlı lotereya oyununun 10-cu tirajının yekun nəticələri çıxdı. Linkə daxil oldum və gördüyüm mənzərəyə təəccübləndim. Oktyabrın uduşu üçün nəzərdə tutulmuş “Renault” markalı avtomobili futbol ictimaiyyətindən bir nəfərə - 78 yaşlı Gündüz Cəfərova qismət olmuşdu.
Həmin Gündüz bəy ki, stajlı futbol azarkeşlərinə yaxşı tanışdı. Karyerasına 19 yaşında, 1958-ci ildə başlayan Cəfərov Qroznı “Terek”inin heyətində Rusiya çempionu adını qazanıb. “Qızıl” qazandığı il, dəqiq desək, 1961-ci ildə Kiyev “Dinamo”sunun heyətinə cəlb olunsa da, paytaxtda duruş gətirə bilməyib. Belədə Ukraynanın başqa komandasına – “Zarya”ya keçib və Luqansk təmsilçisi ilə də çempion olmağa imkan tapıb. Sonradan zədələr onu izləyib, karyerasında müəyyən fasilə yaranıb. Bu səbəbdən 1966-cı ildə, “Neftçi” “bürünc” qazananda “ağ-qaralar”ın heyətinə qoşula bilməyib. Yalnız 1967-ci ildə “Neftçi”yə keçib və bir çox tanınmışlarla komanda yoldaşı olub. Qısası, SSRİ dönəmində yetərincə tanınanlardan sayılır.
Avtomobilin Gündüz Cəfərova qismət olduğunu bilən kimi özüylə əlaqə saxlayıb, təəssüratlarını öyrəndik: “Açığı, belə şeylərə inanan adam deyiləm. Bu yaşıma kimi cəmi bir dəfə, SSRİ dönəmində “Sport Loto”da 3 rubl pul udmuşdum. Hətta həmin vaxt gözlərimə inana bilmirdim, o ki qalmışdı maşın uduşuna inanım. Neçə vaxtdı bazarlığı “Rahat”dan edirəm. Hər dəfə əlaqə vasitələrimi qeyd edib lototrona atanda ordakı cavanlara “bilirəm, boş şeydi, amma yenə də yazıb atdım” deyib gedirdim. Onlar da mənə “vaxt gələr, siz də udarsız” cavabını verirdilər. Amma yenə də heç cür inanmırdım. Açığı, lotereyanın hansı tarixdə keçiriləcəyindən də xəbərsiz idim. Birdən zəng gəldi ki, bəs sizin lotereya nömrənizə uyğun olaraq avtomobil udmusuz. “Baku Mall”a çağırdılar, durub getdim. Açarı əlimə alana kimi heç nəyə inanmırdım”.
78 yaş və uduş payına düşən “Renault”. Maraqlıdı, veteran futbolçu bundan sonra nə etmək fikrindədi? Maşını ailə üzvlərindən, yaxud nəvələrindən kiməsə bağışlayacaq, yoxsa satacaq? Bəlkə özü sürəcək? Aldığımız cavab kifayət qədər orijinal oldu: “Neçə illərdi sükan arxasındayam. Həmişə də sovet maşınlarına üstünlük vermişəm. Bu günə qədər “07” sürürdüm. Amma indi fikirləşirəm ki, “07”ni satım. Baxma da, köhnəlib, istər-istəməz adamı incidir. Təzə maşının yeri başqadı. “07”ni satıb, bunu özüm sürəcəm. Onu hədiyyə etmək olmaz. Eşitməmisiz? Deyir, hədiyyədən hədiyyə olmaz”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar