09 okt 20:26olke

“İnanmıram ki, AFFA AHFF-nin bütün səlahiyyətlərini əlindən alsın”

“İnanmıram ki, AFFA AHFF-nin bütün səlahiyyətlərini əlindən alsın”
Füzuli Nəcəfov tələsməməyi məsləhət görür
Ötən həftənin cümə axşamı AFFA İcraiyyə Komitəsinin növbəti toplantısı baş tutdu. İclasda iştirak edən komitə üzvü Qurban Qurbanov jurnalistlərə verdiyi açıqlamada əsas müzakirə mövzusunun Region Liqası olduğunu bildirib. Onun sözlərinə görə, toplantıda qərara alınıb ki, AFFA-nın yeni yaratdığı liqada 24 komanda 3 zona üzrə mübarizə aparsın.
Ötən saylarımızın birində Azərbaycan Həvəskar Futbol Federasiyasının (AHFF) baş katibi Füzulu Nəcəfovun yeni liqa ilə bağlı fikirlərini öyrənmişdik. Füzuli bəy bizimlə söhbətdə üstüörtülü də olsa, AFFA-nın yeni layihəsini onların işinə müdaxilə kimi dəyərləndirib, ölkədə artıq bir həvəskar liqanın olduğunu xatırlatmışdı. Nəcəfov bəzi klubların artıq onlara müraciət etdiyini, AHFF-nin bayarğı altında keçirləcək yarışlara qatılmağa hazır olduqlarını söyləmişdi.
Görəsən, İK-nın son iclasından sonra bu məsələ necə tənzimlənəcək? Həvəskar status daşıyacaq Region Liqası ilə Füzuli bəyin baş katibi olduğu qurumun təşkil edəcəyi çempionat arasında nə fərq var? Onu da qeyd edək ki, AFFA Region Liqasına qatılacaq klublar arasında ayrıca kubok yarışı da keçirmək niyyətindədi. Assosiasiyanın baş katibi Elxan Məmmədov jurnalistlərlə görüşdə bu haqda məlumat verib. Nəcəfov yaşananlara belə reaksiya verdi: “Hələ ki bu haqda heç nə deyə bilmərəm. Çünki ortada real heç nə yoxdu. 24 komandanın Region Liqasında iştirakına gəlincə, ötən mövsüm bizim təşkil etdiyimiz çempionatda 35 komanda mübarizə aparıb. Deməyim odu ki, həvəskarlar arasında 24 komandanın çempionata qatılması heç də gözlənilməz deyil”.
AHFF-nin təşkil etdiyi birinciliyin qalibi mövsümün sonunda UEFA-nın həvəskarlar arasında təşkil etdiyi turnirə qatılır. AFFA Kamil Məmmədovun rəhbəri olduğu federasiyaya alternativ çempionat təşkil edirsə, deməli, qitəmiqyaslı turnirə də Region Liqasının birincisi gedəcək. Belə olan halda isə komandaların AHFF-nin keçirdiyi birincilikdə iştirakı üçün heç bir stimul qalmır. Baş katib sözgedən məsələyə belə münasibət bildirdi: “Məndə olan məlumata görə, Region Liqasının qalibi növbəti mövsüm birinci dəstədə iştirak etmək hüququ qazanacaq. UEFA-nın həvəskarlar arasında təşkil etdiyi turnirə isə bizim çempionatın qalibi yollanacaq”.
Füzuli bəy “24 komanda Region Liqasına qatılacaqsa, sizin çempionatda hansı komandalar iştirak edəcək” sualımıza belə cavab verdi: “Hələ ki yeni liqaya hansı komandaların qatılacağı məlum deyil. Biz də gözləyirik ki, kimlər harda oynamağa qərar verəcək. Bundan sonra yeni çempionatla bağlı mövqeyimizi ortaya qoyacağıq. Bir də inanmıram ki, AFFA AHFF-nin bütün səlahiyyətlərini əlindən alsın. Yəqin ki, bütün məsələlər rəhbərlik səviyyəsində həll olunacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar