09 okt 20:06olke

“Qəbələ” “Neftçi”yə yerini göstərdi

“Qəbələ” “Neftçi”yə yerini göstərdi
Emin Mahmudovdan Prosineçkiyə və yığmaya layiqli cavab
Millinin oyunları ilə bağlı yaranmış fasilə klubların işinə yarayıb. Boşluqdan istifadə edən baş məşqçilər çatışmazlıqları aradan qaldırmaq, tələblərini futbolçulara aşılamaq üçün yaxşı imkan qazanıb. Bu mənada yoldaşlıq görüşlərinin təşkili olduqca səmərəlidi. Ardıcıl məğlubiyyətlərdən sonra 7-ci turda “İnter” üzərində qələbəyə sevinən “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov “Qəbələ” kimi güclü rəqiblə sınaqda çatışmazlıqları daha yaxından görmək niyyəti güdürdü. Oyun əvvəldən xəbər verildiyi kimi, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilib. Matç günəşli havada, saat 16.00-da start götürüb.
Əvvəla onu qeyd edək ki, hər iki komandada ciddi itkilər var idi. “Ağ-qaralar” əsas yığmanın düşərgəsində olan Namiq Ələsgərov, Məhəmməd Mirzəbəyov və Ruslan Abışovun, o cümlədən U-21-lə birgə Almaniyaya yollanan Anton Krivotsyukla Fəhmin Muradbəylinin xidmətindən məhrum idi. Səlahət Ağayev isə, bildiyiniz kimi, zədəsini sağaltmaqla məşğuldu. “Qəbələ”nin itkilərini də yetərincə ciddi saymaq olar. Üç nəfər – Cavid Hüseynov, Ürfan Abbasov və Ruslan Qurbanov Robert Prosineçkinin, Qismət Alıyev isə Samir Ələkbərovun sərəncamındaydı. Üstəlik, Voislav Stankoviçlə Filip Ozobiç də zədə səbəbindən meydana çıxa bilməyəcəkdi.
Tərlan Əhmədov ilk dəqiqələrdən bu futbolçulara güvənib: Rəşad Əzizli, Mateo Mujek, Kiril Petrov, Pavel Dreksa, Məqsəd İsayev, Rəşad Sadiqov, Rəhman Hacıyev, Elnur Cəfərov, Emin Mahmudov, İqnasio Errera, Hüqo Barqas.
Roman Qriqorçukun start “11-liy”i isə belə olub: Dmitri Bezotosnı, Deyv Bultuis, Vitali Vernidub, Rasim Ramaldanov, Tellur Mütəllimov, Elvin Camalov, Endi Hallidey, Asif Məmmədov, Baqali Dabo, Ekiqo Ehiosun, Ülvi İsgəndərov.
Fasilədə hər iki komandanın heyətində dəyişikliklər olub ki, “Qəbələ”də Ülvi İbadzadə, Stiven Jozef-Monroz, Amin Seydiyev, Famussa Kone, Hacıağa Hacılı, Aqil Məmmədov, Rövlan Muradov, Tural Məmmədrzayev özünü göstərmək imkanı qazanıb. Tərlan Əhmədov isə oyunun gedişində bu futbolçulara şans verib: Maksim Vaylo, Sənan Əlizadə, Daniel Seqoviya, Mirabdulla Abbasov, Tərzin Cahangirov, Seymur Əliyev, Asim Əlizadə, Fariz Qasımov.
Oyuna gəlincə, ilk dəqiqələrdən hər iki komandanın fərqlənmək imkanı olub. Tərəflər açıq oyuna üstünlük verdiyindən, qapıçıların işi çox olub. Bezotosnı Rəhmanın cərimə zərbəsindən uzaq küncə göndərdiyi topu çətinliklə kornerə çıxara bilib. Çox keçmədən Barqas hesabı açmağa yaxın olub. Argentinalı forvard Mujekin cinah asmasından sonra başla fərqlənmək həvəsinə düşsə də, tir onun istəyini ürəyində qoyub. Oyunda ilk qolu qonaqlar vurub. Barqasın üzüldüyü epizodun eynisi Dabonun başına gəlib. Di gəl ki, Elvin Məmmədov tirdən qayıdan topu tora qovuşdurub. Bakılıların fəallığı yenə bəhrə verməyib. Və qola sevinən bu dəfə də bölgə təmsilçisi olub. Dabodan mükəmməl ara ötürməsi alan Kone Dreksanın diqqətindən yayınaraq Vaylo ilə üzbəüz qalıb və lazım olan qolu vurub. Matçın sonlarına yaxın Seqoviya iki dəfə yüzfaizlik qol imkanını boşa verəndən az sonra Mirabdulla ispan hücumçuya fərqlənməyin yolunu göstərib. Ötən mövsüm “Sumqayıt”da parlaq oyunla seçilən Abbasov uzaqdan qüvvətli zərbəylə elə qol vurub ki, Aqil Məmmədov yerindən tərpənməyə imkan tapmayıb. Oyun 2:1 hesabıyla “qırmızı-qaralar”ın xeyrinə başa çatıb.
Maraq üçün qeyd edək ki, qarşılaşmanın sonlarına yaxın Rəhman Hacıyev, ardınca Maksim Vaylo qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib. Rəhman kobud oyuna, Vaylo topa cərimə meydançasından kənarda əllə toxunduğuna görə cəzalanıb. Rəşad Əzizlinin Maksimlə əvəzlənməsi isə birincinin zədələnməsi ilə bağlı olub.
Oyundan sonra 20 gün öncə “Neftçi”yə transfer olunan Emin Mahmudov jurnalistlərlə ayaqüstü söhbət edərək acı faktın üstünü açıb. Məhz millidə oynamaq üçün Azərbaycan pasportuna yiyələnən Rusiya futbolunun yetirməsi rekord.az saytına açıqlamasında nəticəsi ciddi önəm daşıyan Azərbaycan - Çexiya oyununa baxmadığını gizlətməyib. Səbəbini isə söyləməyib. Çox güman, neçə aydı futbolsuz qaldığına görə onu yığmaya dəvət etməyən Robert Prosineçkidən incikliyi buna yol açıb. Belə baxanda, düz edir. Klubunda oynamayan o qədər futbolçu olub ki, yığmaya cəlb olunub, hətta ilk dəqiqələrdən meydana da çıxıb. Odu ki, Emin haqlı addım atıb. Prosineçkiyə və onun havadarlarına hələ bu da azdı...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar