06 okt 23:07olke

Prosineçki Almaniya ilə oyundan sonra Bakıya qayıdacaq

Prosineçki Almaniya ilə oyundan sonra Bakıya qayıdacaq
Dəniz Yılmaz Almaniya ilə matça çıxmadığına görə dəvət almır
Oyundan sonra ilk olaraq mətbuat konfransı keçirilən zala yığmanın baş məşqçisi Robert Prosineçki daxil oldu. Xorvat mütəxəssis öncə matçla bağlı ümumi fikirlərini dilə gətirdi:
- Bizi çətin oyun gözlədiyini demişdim. Bu gün bunun bir daha şahidi olduq. İlk dəfə hesabda geri düşəndən sonra qol vura bildik. Amma əfsuslar olsun ki, sonra yenə “ikinci mərtəbə”dən bizə qol vurdular. Ardınca Ramil Şeydayev əlinə düşən imkandan yararlana bilmədi. Buna baxmayaraq, komandamdan razı qaldım. Qələbə münasibətilə Çexiya yığmasını təbrik edirəm.
- Almaniya ilə səfər matçından sonra Bakıya qayıdacaqsız? Yoxsa bu, sizin Azərbaycandakı sonuncu mətbuat konfransınızdı?
- Almaniya ilə oyundan sonra Bakıya qayıdacam. AFFA ilə ilin sonuna kimi müqaviləm var. Almaniyadakı matçdan sonra AFFA rəhbərliyi ilə görüşüb, gələcəyimlə bağlı danışacam.
- Yığmada qalsaz, nələri dəyişmək fikrindəsiz?
- Futbolda səhvlər olur. Bu gün də komandam səhvlərə yol verdi. Seçmə mərhələ ərzində standart vəziyyətlərdən çox qol buraxırıq. Bəzi mövqelərdə problemlər var. Azərbaycan yığmasında qalsam və ya başqa məşqçi gəlsə, iş çoxdu. Rəşad Sadıqova alternativ tapmaq lazımdı. Gələcəkdə gənc futbolçulardan istifadə etməliyik. Yəqin razılaşarsız ki, mən gələndən Azərbaycan yığması baxımlı futbol oynayır. Bunu güclü rəqiblərlə matçlarda da sübut etmişik. Təəssüf ki, bu gün Mahir Mədətov özünü göstərə bilmədi. Bəlkə də ona 15 dəqiqədən az şans verdiyim üçün məndən incimişdi. Amma yaxşı futbolçudu.
- “Bursaspor”un futbolçusu Dəniz Yılmaz son vaxtlar milliyə niyə dəvət almır?
- Bunun səbəbini ilk dəfə burda açıqlayacam. Martda Almaniya ilə oyuna Dəniz əsas heyətdə çıxmalı idi. Amma çıxmaq istəmədi. Milli formanı geyinmək istəməyən futbolçunu yığmaya dəvət etməyəcəm. Nə qədər ki, mən Azərbaycan millisini çalışdırıram, belə oyunçuları çağırmayacam. Məndən sonra kim gələcəksə, onu dəvət edib-etməmək öz işidi. Almaniya ilə görüşdə Dənizi qoyduğum mövqedə çıxış etmək istəmirdi. Onu yarımmüdafiənin cinahında oynatmaq fikrindəydim, o da razılaşmadı. Məncə, peşəkar futbolçu bu cür addım atmamalıydı. Daha sonra da klubunda problem yaşadı, indi də müntəzəm oynamır.
- Məğlub olduğumuz matçlardan sonra bütün məşqçilər gəlib, oyundan razı qaldıqlarını deyirlər. Amma heç kim bizə problemin nədən qaynaqlandığını söyləmir...
- Mən həmişə problemi demişəm. Bizdə əsas problem ölkə çempionatı ilə bağlıdı. Azərbaycanın ən güclü klubu “Qarabağ”ın müdafiəçiləri Rəşad Sadıqov və Bədavi Hüseynov daxili çempionatda kofe içə-içə futbol oynaya bilərlər. Sonra Çempionlar Liqasında Edin Dzeko kimi hücumçulara qarşı oynamalı olursan. Avropada futbolçular həftədə 2-3 dəfə bu cür matçlar keçirirlər. Azərbaycan çempionatında isə rəqabət yoxdu və problem bundadı.
- Üç gün sonra Almaniya ilə matça çıxacaqsız. Belə zəif oyunla bu cür çətin rəqiblə görüşdən nə gözləyirsiz?
- Almanların qarşısına nəsə çıxarmaq, sürpriz etmək çətindi. Bu təkcə Azərbaycan yığmasının problemi deyil. Onlarla oynamaq hamı üçün ağırdı. Bugünkü matçın gedişində Bədavi zədə aldı. Almaniyada oynayıb-oynamayacağını bilmirəm. Bizi çətin matç gözləyir. 3 gün sonra bu cür rəqibə qarşı mübarizə aparacağıq. Matça kimi komandanı toparlamaq lazımdı. Səfərdə yaxşı oyun göstərmək istəyirik.
Daha sonra Çexiyanın baş məşqçisi Karel Yarolim zala daxil oldu. O birbaşa sualların verilməsini istədi.
- Bu gün elə də yaxşı oynamadığınız halda qələbə qazandız...
- Oyunumuzun pis alındığını deməzdim. Amma qələbə qazansaq da, səhvlərimiz oldu. Rəqibin gücünü xüsusilə ikinci hissədə hiss etdik. Azərbaycan yığmasının müdafiə xəttinin daha inamlı olduğunu dünən demişdim və bunu futbolçularıma bildirmişdim.
- Qarşı tərəf gözlədiyiniz oyunu sərgilədi?
- Müdafiə xəttində gözlədiyim kimi çıxış etdilər. Rəqibin oyununu yüksək qiymətləndirirəm.
- Çexiya millisindəki işinizi necə dəyərləndirirsiz?
- Bunlar şəxsi nüanslardı. İndi bu barədə danışmaq istəmirəm. Yığmadakı aqibətimi gələcək göstərəcək.
- Hazırkı qrup əvvəlki Çexiya yığması üçün çox asan olardı. Amma siz dünya çempionatına vəsiqə əldə edə bilmədiz. Çexiya futbolunda Baroş, Çex və Rositski kimi futbolçuların yerini doldura bilməməyinizin səbəbi nədi?
- Komandamızda kifayət qədər dəyişiklik baş verib. Ostravadakı görüşlə müqayisə etsək, demək olar ki, eyni heyətdi. Sadəcə, bəzi futbolçular arada zədəli olublar. Gələcəkdə yeni oyunçuları da dəvət etmək fikrimiz var.
- Bundan əvvəlki iki matçda Çexiya yığması millimizə qalib gələ bilməmişdi. Bu mənada Azərbaycan yığmasını məğlub edən və komandamıza qol vuran ilk çexiyalı məşqçi olduz...
- Bu haqda düşünməmişdim. Hazırda özümü qalib kimi hiss edirəm.
- Daridanın oyununu necə qiymətləndirirsiz?
- Oyunu Çexiyada təhlil edəcəyik. Ümumilikdə onun çıxışını kafi qiymətləndirirəm.
- Mundialın final mərhələsinə çıxmaq şansınızdan istifadə edə bilmədiz...
- Həmişə daha yaxşı nəticəyə imza atmağa çalışıram. Ostravadakı matçla müqayisədə, bu gün yaxşı oynadıq və qələbə qazandıq. Ən çox ilk ev oyunlarımızda heç-heçə etməyimizə təəssüflənirəm.
- Yığmamızın qapıçısı Kamran Ağayev Çexiyanın “Mlada Boleslav” klubunda çıxış edir. Onun oyununu necə dəyərləndirirsiz və Kamranı milliyə layiq qolkiper sayırsız?
- Milliyə layiq olub-olmadığını demək istəmirəm. Bunu Azərbaycan yığmasının baş məşqçisi bilər. Onu əvvəlki oyunumuzda görmüşəm. Bundan əlavə, “Mlada Boleslav”dakı bir oyunu haqda da eşitmişdim. Deyəsən, həmin görüşü yaxşı keçirməmişdi.
- Azərbaycan yığmasının penalti qazandığı epizodda çexiyalı müdafiəçilərin diqqəti sanki yayınmışdı. Həmin epizod haqda fikriniz necədi?
- Komanda haqsızlıq hiss edəndə söz-söhbətlər yaranır. Buna baxmayaraq, mən rəqibin vurduğu qola görə şadam. Çünki həmin qolun cavabını vaxtında verdik və qalib gəldik.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar