05 okt 17:54olke

Premyer-liqada 12 komandanın iştirakı Elxan Məmmədovun arzusudu

Premyer-liqada 12 komandanın iştirakı Elxan Məmmədovun arzusudu
“Millimiz kapitanı da, azarkeşləri də sevindirməlidi”
Yığmanın açıq məşqini AFFA-nın baş katibi Elxan Məmmədov da izləyirdi. O, məşqdən öncə brifinq keçirdi və jurnalistlərin suallarını cavabladı.
- Yığmanın son ev oyunudu, bununla bağlı nə deyə bilərsiz?
- Bizim üçün çox önəmli matçdı. Doğma meydanda son qarşılaşma olduğu üçün komandamız xüsusi motivasiya ilə çıxacaq. Bundan başqa, kapitanın da son oyunudu. Millimiz həm də buna görə məsuliyyət daşıyır ki, kapitanı da, azarkeşləri də sevindirməlidi. Ümidi edirik ki, yığma yaxşı oyun göstərəcək və 3 xal qazanmağa çalışacaq.
- Millidə Rəşad Sadıqovun yerinə kimi namizəd görürsüz.
- Məşqçidən çox şey asılıdı. Yeni seçmə mərhələ başlayana qədər oyunçular özünü göstərməlidi. O zaman bəlli olacaq ki, kim oynayacaq onun yerində. İndidən demək mümkün deyil.
- Sizə elə gəlmir ki, həmin mövqeyə oyunçu tapmaq çox çətin olacaq? Ölkə çempionatında çıxış edən klublarda müdafiəçilər əsasən legionerlərdi...
- Baxaq da, gələcək göstərəcək.
- Sabah (bu gün) İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər arasında Prosineçkinin aqibəti də varmı?
- İclasın gündəliyi artıq bəllidi. Əsas müzakirə mövzusu Regional Liqa olacaq. Lisenziyalaşdırma ilə bağlı da bir sıra məsələlərdən danışılacaq. Baş məşqçi ilə bağlı heç bir müzakirə olmayacaq. Çünki qarşıda hələ iki oyun var. Bu oyunlardan sonra da İK-nın növbəti iclası olacaq. O zaman gözlənilir ki, baş məşqçi məsələsi də gündəmə gəlsin.
- Planda noyabrda yoxlama görüşü keçirmək varmı?
- Əslində iki oyun başa çatdıqdan sonra qərar qəbul etmək istəyirdik. Bir tərəfdən də düşünürük ki, yoldaşlıq oyununa görə futbolçuları yükləmək düzgün deyil. Nəzərə alaq ki, “Qarabağ” da Çempionlar Liqasında oynayır. Ancaq yenə də məşqçilər öz aralarında danışıb bizə bildirəcəklər. Oynamaq istəsələr, rəqib axtarışına çıxacağıq.
- Bəzi klublar legioner limiti ilə bağlı narazılıq edir. Bu yöndə dəyişiklik gözlənilirmi?
- Hazırda gündəmdə belə bir şey yoxdu. Son illər “6+5” sistemi qüvədədi və təcrübə göstərir ki, bu öz müsbət təsirini göstərir. Yadınızdadırsa, 2008-də sıfırdan başladıq, ümumiyyətlə, limit yox idi. Sonradan hər iki ildən bir limit tətbiq etməyə başladıq və bundan sonra “Neftçi”, “Qəbələ”, “Qarabağ” AL-də, ÇL-də qruplara düşdü, millimiz yaxşı nəticələr göstərməyə başladı. O cümlədən, 21 yaşadək futbolçularımız da yaxşı çıxış etməyə başladılar. Bu həm də FİFA tərəfindən tövsiyə olunan sistemdi.
- Regional Liqada neçə komanda olacaq?
- Alternativ variantlar var. Sabah müzakirə olacaq. Bir neçə mexanizm tətbiq oluna bilər. Ola bilər ki, 4 liqa olsun və sonra final mərhələsi keçirilsin. Yaxud bir liqa ola bilər, “ev-səfər” prinsipi ilə oynayarlar.
- Mükafat məsələsi də var idi. Düşünmürsüz ki, bu, birinci divizion klublarının da ora can atmasına səbəb ola bilər?
- Orda mükafat olması haqda sabah (bu gün) təklif olacaq. Ancaq onu da unutmayaq ki, bu, pilot layihədi. İstəyirik ki, bölgə komandalarını bura cəlb edək. Daha bir stimullaşdırma faktı da Regional Liqada çempion olacaq komandanın birinci diviziona vəsiqə qazana bilməsidi.
- Ramin Musayev müsahibəsində bildirmişdi ki, gələn ildən premyer-liqada 12 komanda iştirak edəcək. Bu nə dərəcədə realdı?
- Bu, sadəcə, bizim arzumuzdu. İlk növbədə 8-dən 10-a qalxaq, sonra da 12-ə yüksələk. Hələlik heç bir müraciət almamışıq.
- Birinci divizionun 3 dövrədən ibarət olması da var. Bu üsulla komandalar razılaşacaqlarmı?
- Razı salacağıq. Artıq bəzi komandalarla danışmışıq. Fikirlərini öyrənmişik. Biz həm də çalışırıq ki, əlavə bir kubok yarışı keçirək. Ola bilər ki, bu, paytaxt kuboku olsun. Ya da hansısa sponsor olsa, adı başqa ola bilər. Əsas məqsəd budu ki, əlavə oyunlar olsun.
- Premyer-liqada iştirakçıların sayının artırılması planlaşdırılırsa, onda aşağı dəstəyə heç bir komandanın düşməyəcəyini fikirləşmək olarmı?
- İndidən nəsə demək çətindi. Birinci divizionun şərtlərini də nəzərə almalıyıq. Birinci yeri tutan komanda lisenziya ala bilməsə, biz onu elitaya buraxa bilmərik.
ELXAN MƏMMƏDOV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar