04 okt 21:07olke

"Sektor 11" yığmaya dəstək verməyəcək

"Sektor 11" yığmaya dəstək verməyəcək
Atanur Cəfərli: “AFFA-nın işi bizi qane etmir”
Çexiya ilə görüşdə yığmanın azarkeş dəstəyinə ehtiyacı var. Belə oyunlarda meydan sahibi komandanın "doğma divarlar" amilindən yararlanması üçün tribunalar fəal olmalı, öz sevimlisini irəli səsləyən fanatlar rəqibə təzyiqi də yaddan çıxarmamalıdı. Özü də bu, kapitan Rəşad Sadıqovun yığmada son oyunu olacaq.
Görəsən, "Sektor 11" çexlərlə görüşə necə hazırlaşır? Kapitana vida məzmunlu pankart olacaqmı? Adı çəkilən azarkeş qrupunun rəhbəri Atanur Cəfərli ilə danışdıq: "Açığı, oyuna getmək istəmirik. Əslində San Marino ilə oyunda da dəstək nümayiş etdirmədik. Plakatımızı açıb oturmuşduq. Bu oyuna isə, ümumiyyətlə, getmək istəmirik. Konkret bir səbəbi də yoxdu. Ancaq onu deyə bilərəm ki, AFFA-nın işi bizi qane etmir. Biz təkcə millini yox, Azərbaycan futbolunu dəstəkləyirik. Bölgələrdə futbolun inkişaf etdirilməməsi, 8 komandalı çempionat, bölgə komandalarının elitaya buraxılmaması... Bir sözlə, Azərbaycan futbolunun durumunu nəzərə alıb Çexiya ilə oyuna getməmək qərarına gəlmişik. Həmçinin "niyə də yox?!" devizi altında böyük kampaniya keçirdilər, biz də böyük dəstək verdik, plakatlar hazırladıq, oyunçularla görüşdük. Burdan da bir şey çıxmadı. Bütün sadaladıqlarımı nəzərə alıb Çexiya ilə oyunda dəstək vermək fikrində deyilik. Azarkeş qrupu olaraq hər hansı dəstəyimiz olmayacaq. Fərdi şəkildə isə gedib baxa bilərik. AFFA ilə aramızda heç bir bilet problemi yoxdu. Özü də Olimpiya stadionunda belə şey ola bilməz. Stadion 60 mindən çox tamaşaçı tutur. San Marino ilə oyunda da dəstək olmadıq. Həmin qələbə ilə də gözümüzü boyamasınlar. Hələ deyilənə görə, həmin qələbəyə görə oyunçulara 50 min pul da veriblər. Halbuki qarşılaşmadan bir neçə gün öncə Norveçlə görüşdə qapıya bir zərbəmiz də yox idi. Biz azarkeşləri xal rekordu-filan qane etmir. Ona qalsa, biz 0:8-lər görümüşük, amma dəstəyimizi davam etdirmişik. Söhbət təkcə xaldan və nəticədən getmir. Federasiyanın gördüyü iş... Daha artıq, daha yaxşı ola bilərdi. Uşaqların fikri var idi ki, bəyanatla çıxış edək. Başağrı olmasın deyə, ehtiyac görmədim. Onlar özləri də bilir ki, nə iş görürlər, necə görürlər. Bu oyunda dəstək verməmək təkcə mənim qərarım deyil. Bizdə də idarə heyəti var. Oturduq, müzakirə etdik. Başqa fanklublar da var ki, onlar da gəlmək istəmirlər. San Marino ilə matçda özünüz də gördüz ki, xüsusi nəsə yox idi. Fərdi olaraq gedərik, Rəşadın son oyunudu, alqışlayarıq, matçdan sonra imkan olsa, özü ilə də görüşərik, təşəkkürümüzü bildirərik. Lakin xüsusi hazırlıq, fanklub şəklində dəstək olmayacaq".
Doğrudu, "İmarət" "Qarabağ"a dəstək verir. Ancaq Rəşad amili azarkeş qrupunu yığmanın oyununa da maraq göstərməsinə səbəb ola bilər. "İmarət"in idarə heyətinin üzvü Elnur Quliyevin fikirlərini öyrəndik: "Bildiyiniz kimi, millinin oyunlarına qrup şəklində getmirik. Üzvlərimizdən kim istəsə, gedər. Rəşadla bağlı? Hələ heç nə fikirləşməmişik".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar