04 okt 19:29olke

Klublar “İnter Arena”, ADBTİA və “Əlincə”nin stadionunda oynamayacaq

Klublar “İnter Arena”, ADBTİA və “Əlincə”nin stadionunda oynamayacaq
Zamiq Hüseynov: “Örtük, demək olar ki, sıradan çıxıb”
Bu gün 10 komandanın çıxış edəcəyi birinci divizion start götürür. Əslində 16 komanda aşağı dəstədə mübarizəyə qoşulmaq üçün sənədlərini AFFA və PFL-in birgə komissiyasına təqdim etmişdi. Lakin Ramin Musayevin təbirincə desək, komissiya 6 klubun müxtəlif səbəblərdən çempionatda iştirakına razılıq vermədi. Aralarında oyun alğı-satqısında ittiham olunan da oldu, maliyyə tələblərini yerinə yetirməyən də.
Çempionata qatılmaq yönündə qarşısında “yaşıl işıq yandırılan” klubların PFL-ə təqdim etdikləri sənədlər arasında həmçinin mövsümboyu hansı stadiondan yararlanacaqları ilə bağlı arayış da var. Əldə etdiyimiz məlumata görə, 2017/18 mövsümündə PFL-in Texniki Departamenti klublara “İnter Arena”ın 4-cü meydanından istifadə etməyi yasaqlayıb. Halbuki uzun illər bu meydan bəzi aşağı dəstə təmsilçiləri üçün “doğma divarlar” sayılıb. Bundan başqa, “Əlincə”nin, “Bakı”nın süni örtüklü, ADBTİA-nın isə təbii örtüklü meydanının da qurumun təftiş komissiyasının “radarına düşdüyü” söylənilir.
Məsələyə aydınlıq gətirmək üçün PFL-in Texniki Departamentinin rəhbəri Zamiq Hüseynovla əlaqə saxladıq. Zamiq bəy söylənilənlərə belə reaksiya verdi: “Uzun illər birinci divizonda mübarizə aparan “Bakılı” “İnter Arena”nın xidmətindən yararlanırdı. Ötən mövsüm həmin meydanın bərbad vəziyyətdə olduğunu hamı gördü. Bu üzdən qərara alındı ki, 2017/18 “futbol ili”ndən klublara bu meydandan istifadəni qadağan edək. Örtük, demək olar ki, sıradan çıxıb. O ki qaldı adını çəkdiyiniz başqa arenalara, MOİK bizə təqdim etdiyi sənədlərdə “Bakı”nın təbii örtüklü meydanından yararlanacğını göstərib. Süni qazon barədə bizə heç bir klub müraciət etməyib. Müraciət olmayan halda biz necə həmin meydandan istifadəyə qadağa qoya bilərik? Eyni sözləri “Əlincə” və ADBTİA-nın stadionlarına da şamil etmək olar. Klublar adını çəkdiyiniz arenalara ehtiyac duymayıblar. Masazırdakı “Əlincə” stadionunun təbii örtüklü meydanı PFL tərəfindən qəbul olunub. Ancaq bildiyimə görə, oranın icarə haqqı baha olduğundan aşağı dəstə təmsilçilərinə sərf etməyib. ADBTİA-nın ot örtüyü normal vəziyyətdədi. Ancaq paltardəyişmə otaqlarının durumu ürəkaçan olmadığından birinci divizion klubları oranın xidmətindən imtina ediblər”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar