02 okt 20:37olke

Tyaqo: “İlk işimiz 1/4 finala yüksəlməkdi”

Tyaqo: “İlk işimiz 1/4 finala yüksəlməkdi”
“Araz”ın və millimizin braziliyalı üzvü Tyaqo Teles Futzal Federasiyasının “feysbuk” səhifəsinə müsahibə verib. Forvard yığmanın AÇ-2018 ilə bağlı şanslarını dəyərləndirib və püşk haqda danışıb.
- Avropa çempionatının final mərhələsinin püşkü atıldı. Millimizin yer aldığı qrupu necə dəyərləndirirsiz?
- Əlbəttə, çətin qrupa düşmüşük. İspaniya dəfələrlə dünya və Avropa çempionu olub, bu gün də ən güclü millilərdəndi. Fransanın hazırkı nəsil oyunçuları isə böyük işlər görür. Xorvatiya kimi favorit sayılan komandanı pley-offda mübarizədən kənarlaşdırdılar. Bizim komanda da hazırlaşır. Hər gün məşq edirik, gündən-günə “artırdığımızı” düşünürəm.
- Növbəti mərhələyə yüksəlmək baxımından yığmamızın şansını necə qiymətləndirirsiz?
- İndidən bir söz demək çətindi. Hər şey meydanda aydınlaşacaq. Ancaq komanda yoldaşlarıma inanıram, onların nəyə qədər olduqlarını bilirəm. Xeyli vaxtdı bir komandada çıxış edirik, üstəlik, köhnə-yeni baş məşqçimiz Alesio çox güclü mütəxəssisdi. Rəqiblərə hörmətlə yanaşırıq. Təbii ki, İspaniya qrupun favoritidi, amma biz bütün rəqiblərimizə qarşı sona qədər mübarizə aparacağıq.
- İlk mərhələdən mübarizəyə başlayan Fransa millisinə aşkar autsayder kimi yanaşmaq nə dərəcədə düzgündü?
- Qətiyyən bu cür düşünmək olmaz. Fransa yaxşı təşkilatlanmış komandadı və onların keçdiyi yola nəzər salmaq güclərinə bələd olmaq üçün kifayətdi. İldən-ilə daxili çempionatları güclənir. Nəticədə milli komandaları inkişaf edir. Ona görə də heç bir rəqibə autsayder kimi yanaşmaq olmaz.
- İspaniya ilə ötən il Kolumbiyada keçirilən dünya çempionatının qrup mərhələsində də qarşılaşmısız. Bu dəfə həmin yenilginin əvəzini çıxmaq mümkün olacaq?
- Çempionatları bir-birinə qarışdırmaq olmaz. Hər bir oyunun, yarışın öz xarakteri, təyinatı var. Atmosfer fərqli olur. Qisasa gəldicə, biz İspaniya ilə oyunun favoriti deyilik. Onların əzəmətli tarixi, titulları var. Ancaq şansımız da yox deyil və bunu reallaşdırmağa çalışacağıq.
- Sloveniyadan medalla qayıdacağınıza inam varmı?
- İlk növbədə hər bir oyuna və rəqibə hörmətlə yanaşmalıyıq. İlk işimiz qrup mərhələsindən 1/4 finala yüksəlməkdi. Bunu etdikdən sonra növbəti addımlar haqda düşünməli, düşündükcə də psixoloji olaraq buna hazırlaşmalıyıq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Bu gün, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Bu gün, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Bu gün, 17:40 Liderlərdən maksimum nəticə Bu gün, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim Bütün xəbərlər
Ən çox oxunanlar