02 okt 20:35olke

Mövsümün açılışı gərgin keçdi

Mövsümün açılışı gərgin keçdi
Prezident özünü komandasının oyununa çatdırdı
Şənbə günü futzal üzrə ölkə çempionatında mövsümə start verildi. Açılış turu “ABU Arena”da baş tutdu. Yeddi komandanın mübarizə aparacağı yarışın ilk turunda “Xəmsə”nin məcburi istirahət etdiyini bildirək. Bəribaşdan qeyd edək ki, 1-ci tur gərgin mübarizəyə səhnə oldu. Təsadüfi deyil ki, 3 oyundan ikisində minimal üstünlük qeydə alındı. Yalnız açılış oyununda – “Neftçi” – “Yasamal” qarşılaşmasında “ağ-qaralar” 3 top fərqiylə qalib gəldi. Amma hesab arasındakı fərq oyuna görə deyildi. Sadəcə, “Yasamal” 1:2-dən sonra qapıçını 5-ci sahə oyunçusu ilə əvəzlədi ki, buna görə son 2 dəqiqədə ardıcıl 2 top buraxdı. Ümumiyyətlə, “Yasamal” fiziki cəhətdən güclü olsa da, oyun planında rəqibindən geri qalırdı. “Neftçi” təcrübəsi və heyətə cəlb etdiyi iranlı legionerlərin sayəsində matçın taleyini həll etdi.
Günün və turun mərkəzi oyununda “Araz” “Ekol”la üz-üzə gəldi. Yeri gəlmişkən, açılışda olmayan Futzal Federasiyasının prezidenti Zaur Axundov məhz “Araz”ın oyununa gəlib çatdı. “Ekol” naxçıvanlıları sona qədər gərginlikdə saxladı. “Araz”ın heyətində bu qədər legioner olmasına baxmayaraq, aşkar üstünlük hiss olunmurdu. Onu da qeyd edək ki, UEFA kubokuna hazırlaşan və bugünlərdə heyətinə daha bir braziliyalı cəlb edən çempionun yeni legioneri Maykon debütünü start heyətində gerçəkləşdirdi. İlk yarı 1:1 nəticələndi. İsanın 8-ci dəqiqədə vurduğu qola “Ekol” fasiləyə 4 dəqiqə qalmış Fərid Ələkbərovla cavab verdi. “Araz”ın qələbə qolu 25-ci dəqiqəyə təsadüf etdi. Eduardo naxçıvanlıların start qələbəsini təmin etdi.
Turun son qarşılaşmasında isə debütantlar - FK.İD ilə “Marafon” münasibətlərinə aydınlıq gətirdi. Beş qolun vurulduğu görüşdə “İtaldizayn” hesabı açmasına və ilk yarını öndə başa vurmasına rəğmən, sonda məğlub oldu. Dramatik anlar isə əsasən son 3-4 dəqiqəyə təsadüf etdi. Azarkeşlər 37-40-cı dəqiqələr aralığında 3 qola şahidlik etdi.
1-ci tur
Neftçi – Yasamal 4:1 (1:0)

Neftçi: 23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 4. Davud Məşədi Xol, 3. Məhəmməd Katebi, 11. Tural Qurbanov; 1. Samir Mehdiyev, 5. Mehram Eydeli, 7. Tural İsmayılov, 8. Vahib Xocayev, 12. Sadiq Cavidi, 13. Əjdər Əjdərov, 17. Vahid Xoreysi, 94. Oruc Baxşəli.
Baş məşqçi: İlqar Aslanov.
Yasamal: 22. Roştani Məhəmməd, 5. Vüsal Səfərov (k), 76. Möhsün Asəfi, 10. Rza Toloyi, 9. Omid Onar; 1. Sultan Sadıqov, 3. Xəyal Quliyev, 4. Səid Təhmasibi, 6. Humen Məhəmmədi, 12. Behrad Amani, 11. Anar Babayev, 17. Anar İsayev, 47. Rəsul Əkbəri, 77. Bəxtiyar Əhmədov .
Baş məşqçi: Həmidrza Fərzani.
Qollar: D.Məşədi Xol, 6 (1:0). R.Toloyi, 24 (1:1). V.Xoreysi, 26 (2:1). D.Məşədi Xol, 39 (3:1). T.Qurbanov, 40 (4:1).
Vərəqələr: V.Xocayev, 7. S.Cavidi, 12. M.Eydeli, 17. R.Toloyi, 18. V. Səfərov, 25. T.Qurbanov, 25. T.İsmayılov, 31 – sar.
Hakimlər: ELÇİN SƏMƏDLİ, Hikmət Qafarlı, Azad Ə.Hüseynov.
Hakim-inspektor: Tofiq Şükürov.
30 sentyabr. ABU Arena.
Ekol – Araz 1:2 (1:1)
Ekol: 99. Emin Kürdov, 17. Fərid Ələkbərov, 85. Fərid Atakişiyev, 11. Namiq Məmmədkərimov (k), 19. Samir Həmzəyev; 1.İntiqam Babayev, 2. Radik Əhmədov, 9. Əsgər Abasov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli.
Məşqçi: Alik Qədirov.
Araz: 1.Rövşən Hüseynli, 4. Qabriel, 9. Vilela, 10. Tyaqo, 15. Maykon; 19. Anar Məmmədov, 2. Ramil Quliyev, 6. Eduardo, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 13. İsa Atayev, 14. Oktay Rüstəmli.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: İ.Atayev, 8 (0:1). F.Ələkbərov, 16 (1:1). Eduardo, 25 (1:2).
Vərəqələr: N.Məmmədkərimov, 2. F.Ələkbərov, 40 – sarı.
Hakimlər: YUSİF NURULLAYEV, Azər Əsgərov, Azad Ə.Hüseynov.
Hakim-inspektor: Ağarza Rzayev.
30 sentyabr. ABU Arena.
FK. İD – Marafon 2:3 (1:0)
FK. İD: 12. Ramin Həsənzadə (k), 4. Ağatahir Əzimov, 11. Faiq Əliyev, 2. Nihad İsmayılov, 7. Rəcəb Fərəczadə; 1. Ümid Paşayev, 3. Elvin Quliyev, 5. Emil Abbaszadə, 6. Anar Ağayev, 8. Adil İsmayılov, 9. Elşən İbrahimxəlilov.
Baş məşqçi: Rəfael Adbulov.
Marafon: 12. Kəsra Mehdipur, 8. Renat Soltanov (k), 10. Seymur Məmmədov, 22. Tofik Quliyev, 77. Sacid Çodarzi; 2. Kamran Hacıyev, 7. Rəvan Abdullayev, 9. Omid Talebi, 11. Həmid Xodaçi, 13. Məcid Moravati, 20. Rasif Səfiyarov, 99. Rüstəm Bağırzadə.
Məşqçi: Müslüm Hüseynov.
Qollar: E.İbrahimxəlilov, 17 (1:0). O.Talebi, 28 (1:1). R.Səfiyev, 37 (1:2). R.Soltanov, 39-p. (1:3). N.İsmayılov, 40 (2:3).
Vərəqələr: E.İbrahimxəlilov, 20. S.Məmmədov, 32. A.Ağayev, 38. R.Həsənzadə, 39 – sarı.
Hakimlər: RAMİL NAMAZOV, Elçin Səmədli, Yusif Nurullayev.
Hakim-inspektor: Ələkbər Məmmədov.
30 sentyabr. ABU Arena.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar