09 yan 19:55olke, manset

Qardaşı Ruslan Abışovla bağlı qaranlıq məqam qoymadı

Qardaşı Ruslan Abışovla bağlı qaranlıq məqam qoymadı
Sərxan İbrahimoğlu: “Sonra deməsinlər maaşı artdı deyə “İnter”də qaldı”

Mövsümün ilk yarısı başa çatan kimi klublar qollarını çırmalayaraq transfer çalışmalarına başlayıb. Düzdü, fəallığına görə premyer-liqa iştirakçılarının hamısını tərəzinin eyni gözünə qoymaq doğru olmaz. Ancaq hər halda, tez-tez transfer xəbərləri eşidilməkdədi. Əslində klublar fasilədən yararlanıb lazım olmayanları göndərir, problemli mövqeləri gücləndirməyə çalışır. “İnter” isə yalnız bir hədəf uğrunda çarpışır: heyəti qorumaq! Məlum transfer qadağası Zaur Svanadzenin rəhbərlik etdiyi komandaya oyunçu cəlb etmək istəyini mümkünsüz edib. Ona görə də həm klub rəhbərliyi, həm də gürcüstanlı mütəxəssis, heç olmasa, mövcud “material”ın toxunulmazlığına çalışır. Lakin artıq əsas füqurlardan biri əldən çıxıb. Əvvəlcə “Neftçi”yə keçəcəyi deyilən Ağabala Ramazanovun sonda “Qarabağ”ı seçdiyini hamı bilir. Əslində “ağ-qaralar” gözünü təkcə Ağabalaya dikməmişdi. Ölkənin ən köklü klubu öz yetirməsini - Ruslan Abışovu da “İnter”dən qoparmaq istəyirdi. Ancaq bir müddət çək-çevir getsə də, “bankirlər” Ruslanı heyətdə saxlaya bildi. Hətta Abışovun maaşının artırılması müqabilində “İnter”də qalmağa razılıq verdiyi də deyilir.
Bugünlərdə Ruslanın qardaşı və meneceri Sərxan İbrahimoğlu “feysbuk”da maraqlı bir statusla diqqəti çəkib. O, futbolçunun “bankirlər”də qalmasını belə izah edib: “Ruslan o tərbiyəni almayıb ki, çıxıb “İnter”ə desin, mən burda oynamıram, buraxın gedim. Ruslan bir şərtlə “Neftçi”yə keçə bilər(di): klubuna xeyir (maddi) verib, halallıq alıb gedər. Buna görə də hər şeyi iki klubun rəsmilərinin öhdəsinə buraxmışıq. Buna oxşar hadisə avqustda da olmuşdu. O vaxt “Kayserispor”a rahat “yox” demək mümkün idisə, “Neftçi”yə bunu demək sevdiyin qadına “səni istəmirəm” demək kimidi”.
Təbii, Sərxan bəyin statusu müzakirələrə səbəb olub. Dünən onunla əlaqə saxlayıb, öncə Ruslanla bağlı “İnter”lə “Neftçi” arasında gedən danışıqları aydınlaşdırmasını istədik: “Məndən soruşurlar ki, guya Ruslan deyib “buraxın məni, oynamaq istəmirəm, məşqə çıxmıram”. Belə düşünənlərə, deyənlərə cavab olaraq həmin statusu yazdım. Bütün prosesin içində olmuşam. Ruslanın heç nədən xəbəri yoxdu, mən olmuşam, hər şeyi mən danışmışam. Ona görə qeyd etdim ki, Ruslan o tərbiyənin yiyəsi deyil ki, elə söz desin, elə hərəkət eləsin. Ömründə etməz. Ruslan hansı komandada oynayıbsa, geydiyi formanın haqqını artıqlaması ilə verib. Bunu “vikipediya”sına, statistikaya baxıb da görmək olar. Mənim acığıma gəldi ki, çayxanada oturub belə söz-söhbət çıxarırlar. Bu da xoşuma gəlmədi. “Neftçi”dən təklif gəldiyi ilk gündən Ruslan hər şeyi “İnter” rəhbərliyinin öhdəsinə buraxdı. Dedi ki, razılıq versəz, hallalıq versəz, açığı, “Neftçi” yeganə komandadı ki, həmişə orda oynamaq istəmişəm. İstər birinci, istərsə də axırıncı yerdə olsun. İndiki halda isə “İnter”də hər şey məni qane edir. Klubuma maddi xeyir verəcəyəmsə və “İnter” də halallıq verəcəyi halda, o zaman can-başla “Neftçi”də oynayaram. “İnter” rəhbərliyi isə Ruslanın qalmasını israrla istədi. Yəni bildirdilər ki, bir vacib oyunçu kimi müqavilə müddətinin sonuna qədər “İnter”də qalmalısan, komandaya kömək etməlisən. Söhbət belə oldu. Ruslan da başını aşağı saldı, dedi heç bir problem yoxdu, can-başla məşqlərini davam etdirməyə başladı. Ona görə də mən bütün bunlara aydınlıq gətirmək istədim ki, məsələ belə olub. “Neftçi” rəsmilərinə də bildirildi ki, Ruslanın müqaviləsi olmasaydı və ya anlaşmasının müddəti bitsəydi, “Neftçi”də oynamağı cani-könüldən istəyərdi. Hətta Ruslana belə bir sual verildi ki, yayda müqavilənin müddəti bitəndən sonra “Neftçi”yə qayıtmağı düşünürsənsə və bu komanda birinci diviziona düşərsə, onda necə olacaq? Ruslan isə “Neftçi” hətta həvəskarlar liqasına düşsə belə, bu komandada hər zaman oynamağa hazıram” dedi. Bütün bu məqamlara aydınlıq gətirmək üçün o statusu yazdım. “Neftçi” rəhbərliyinə bildirildi ki, “İnter” rəsmilərinin razılığını alın, halallıq versinlər, Ruslan oynamağa hazırdı. Əks halda mövsümün sonuna kimi “İnter”in uğurları üçün əlindən gələni edəcək. Bunda heç bir problem yoxdu. Məsələ məhz belədi”.
Futbolçunun qardaşı Ruslanın maaşının artırılması müqabilində “İnter”də qalmağa razılıq verməsi variantını isə təkzib etdi: “Bütün prosesin şahidi “İnter”in seleksiyaçısı, meneceri, baş məşqçinin köməkçisi və keçmiş futbolçu Zaur İsmayılovdu. Bütün danışıqlar onun yanında olub. Ondan da məsələni dəqiqləşdirə, təsdiq ala bilərsiz. Ruslanın müqaviləsində belə bir bənd var ki, 6 aydan sonra maaşında artım olsun. Hətta bizə deyəndə ki, Ruslan qalsın, yaya kimi komandaya kömək eləsin, maaşını da qaldırırıq, mən bildirdim ki, maaş artımına birmənalı şəkildə ehtiyac yoxdu. Ruslan mənə belə demişdi, mən də klub prezidentinə söylədim. Maaş artımından söhbət belə gedə bilməzdi. Ona görə ki, ortada elə də böyük məbləğ yox idi. Bunu nəzərə aldıq ki, sonra deməsinlər maaşı artdığina görə Ruslan “İnter”də qaldı. Düşündük ki, maaş artımına ehtiyac yoxdu. Çünki cüzi məbləğə görə lazım deyil kimsə düşünsün ki, maaşını qaldırdıqlarına görə o dəqiqə “İnter”də qalmağa razılıq verdi. Şahid Zaur İsmayılovdu. Həm də onu nəzərə aldıq ki, “İnter”də vəziyyət sabit olsa da, ideal, super deyil. Bütün bunlara, hansısa əlavə söz-söhbətin yaranmamasına görə maaşın artırılmasına etiraz etdim. Bildirdik ki, buna ehtiyac yoxdu”.
Sərxan bəyin statusundakı son cümlə daha çox müzakirələrə səbəb olub. Hər kəs bu fikirdədi ki, Ruslan “Neftçi”yə bu qədər bağlıdısa, niyə vaxtilə bu komandanı əzəli rəqibi “Xəzər Lənkəran”a dəyişdi? Xatıradaq ki, müdafiəçinin 2012-ci ildə “ağ-qaralar”ı cənub təmsilçisinə dəyişməsi ölkədə böyük əks-səda doğurdu.
(yazı tam halda qəzetin çap variantında)
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar