23 sen 03:39olke

“Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi

“Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi
“Doğum günümdə uşaqlıqdan azarkeşlik etdiyim kluba qarşı futbol oynamaq böyük şərəfdi”
Təbii ki, futbol idmanın şahıdı və onu azarkeşsiz təsəvvür etmək mümkün deyil. Məhz azarkeşlərin sayəsində futbol daha maraqlı olur. Elələri var ki, həyatı boyunca bir komandaya azarkeşlik edir. Belə fanatlardan ölkəmizdə də az deyil. Onlardan biri də “Kəpəz”in məşhur azarkeşi Adil Məmmədovdu. “Xəmsə” azad azarkeş qrupunun rəhbəri olan Adil bəy srağagün 59-cu doğum gününü qeyd edib. Özü də tək yox, uşaqlıqdan sevdiyi “Kəpəz”lə. Belə ki, Şahin Diniyevin komandası sentyabrın 20-də məhz Məmmədovun doğum günü ilə bağlı “Xəmsə”ylə yoldaşlıq oyunu keçirib. Bu təşəbbüs fanklubdan gəlib. Adil bəy özü ad günü münasibəti ilə "Kəpəz"ə oyun keçirmək üçün müraciət edib və müsbət cavab alıb. Maraqlıdı ki, "Xəmsə"nin "çərçivəsi"ni qorumaq veteran qapıçı Hüseyn Məhəmmədova tapşırılıb. Oyun ADBTİA-nın futbol meydançasında saat 18.00-da başlayıb və “Kəpəz” 4:2 hesablı qələbə qazanıb. Matçdan sonra Məmmədovun ad günü şərəfinə tort kəsilib.
Doğum gününün nə qədər maraqlı keçdiyini Adil bəyin özündən soruşmaq qərarına gəldik. O, bu doğum gününü həyatının ən yaxşısı sayır: “Həyatımın ən yaxşı ad günü oldu. Əslində doğum günlərini keçirmək o qədər də ürəyimcə olmur. Amma bir neçə gün öncə fanklubdan uşaqlar zəng etdilər ki, bəs ad günümü keçirmək istəyirlər. Əvvəl razı olmadım. Sonra təkid etdilər və razılıq verdim. Dünyanın işidi, bilmək olmaz. Özünüz də vəziyyətimi yaxşı bilirsiz. Uşaqlar təklif etdilər ki, Şahin Diniyevə deyək, qoy bizim fanklubla yoldaşlıq oyunu keçirsinlər. Danışdıq, razılığa gəldik. O bu ideyanı çox yaxşı qarşıladı. Məşqin son 20 dəqiqəsini bizə ayırdı. 2:4 hesabı ilə uduzduq. Klub adından tort da gətirmişdilər. Çox güman, Şahin müəllim özü almışdı. Tortu kəsdik, hamı məni təbrik etdi. Ordan çıxandan sonra kafeyə gedib qeyd etdik. Şahin müəllimi də dəvət etmişdim. Lakin o, toya getməli olduğuna görə iştirak edə bilmədi. Onun əvəzinə komandanın 5 oyunçusu ad günümdə iştirak etdi. Onların arasında Şəhriyar Rəhimov, Dedimar Fereyra və Viktor Oseqeyl də var idi. Çox xoş gün keçirdik. Doğum günümdə uşaqlıqdan azarkeşlik etdiyim kluba qarşı futbol oynamaq böyük şərəfdi. Bu hər fankluba, azarkeşə nəsib olmur”.
Məmmədov “Kəpəz”in yeni mövsümdəki uğursuz çıxışını da şərh etdi: “Bəli, mövsümə yaxşı başlamamışıq. Cəmi 1 xalımız var. Çox çətin dönəmdi. Düşünürəm ki, doğum günümlə bağlı keçirilən tədbir komanda üçün bir motivasiya olacaq. Futbolçular onların arxasında daim azarkeş dəstəyinin olduğunu gördülər. Görürük ki, komanda yaxşı durumda deyil, futbolçularda ruh düşkünlüyü var. Lakin hər zaman onların arxasındayıq. Komandanın bu qədər zəif çıxış etməsinin ilk səbəbi maliyyədi. Klubun pulu yoxdusa, yaxşı futbol gözləmək olmaz. “Kəpəz”in büdcəsi cəmi 870 min manata bərabərdi. Bu çox az puldu, premyer-liqa üçün heç nə deməkdi. Rəqiblərimizin elə oyunçuları var ki, onların illik qazancı və ya transfer qiyməti 870 min manatdan çoxdu. Heyətimiz çox zəifdi. Rəhbərlik ən yaxşı oyunçuları saxlaya bilmədi. Bütün bunlara baxmayaraq, “Kəpəz”in premyer-liqada qalacağına ümid edirik. Hətta bunu əminliklə deyə bilərik. Gələn aydan klubumuz ev oyunlarını doğma Gəncə şəhər stadionunda keçirəcək. Özünüz də yaxşı bilirsiz ki, orda böyük azarkeş dəstəyi olur. Azarkeş dəstəyi olan yerdə futbolçular bacarmadağını da etməyə çalışacaq. Ötən illərdə bunun şahidi olmuşuq. Komandamız Gəncədə hamıya başağrı olmuşdu. Ona görə də indidən təslim olmaq doğru deyil. Çempionat yeni başlayıb. Qarşıda uzun marafon var. “Kəpəz”in özünə xas olmayan mövqedən qurtulacağına inanmalıyıq”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar