23 sen 03:31olke

“Araz”dan əzmkar qələbə

“Araz”dan əzmkar qələbə
AÇ-nin püşkatmasında ölkəmizi kimlər təmsil edəcək?
Sentyabrın 19-da Təbrizin “Mes Sunqun” komandası ilə gücünü sınayan “Araz” dünən eyni rəqiblə yenidən üz-üzə gəldi. Yenidən Bakı İdman Sarayında, ancaq bu dəfə bir saat tez – 14.00-da qarşılaşan tərəflərin ikinci görüçü daha gərgin və qarşılıqlı qollar şəraitində keçdi.
Oyunun şərhinə keçməzdən əvvəl arenadakı ab-hava haqda qeydlərimizi çatdıraq. İlk oyunla müqayisədə bu dəfə zalda kifayət qədər izləyici var idi. “İnter”in Müşahidə Şurasının sədri, Futzal Federasiyasının prezidenti Zaur Axundov başda olmaqla, paytaxt təmsilçisinin bütün üzvləri futzalçıların oyununa tamaşaya gətirmişdi. Bir sözlə, hər iki komandaya rəhbərlik edən Axundov “böyüklər”i “kiçiklər”in ayağına gətirmişdi. Məşqçi və futbolçu heyətiylə yanaşı, Rəmiş Malıyev də izləyicilər arasında idi. Bundan başqa, digər futzal klublarının üzvləri və neytral tamaşaçıların sayı 100-ə qədər idi.
Oyuna gəlincə, iki gün əvvəl 0:6 uduzan İran təmsilçisi bu dəfə daha aqressiv idi. Rəqib dünən istirahət etmiş, “Araz” isə ayın 20-də də məşqə çıxmışdı ki, belədə bizimkilərdə yorğunluq özünü göstərirdi. Əks-hücumlara üstünlük verən rəqib 12-ci dəqiqədə hesabı açdı. Üç dəqiqə sonra hesab 0:2 oldu. Ancaq fasiləyə 41 saniyə qalmış Eduardo fərqi minimuma endirdi. İkinci hissədə “Araz” təşəbbüsü tam ələ aldı və həm müdafiədə, həm də hücumda effektli oynamağa başladı. Nəticədə Joze Alesio da Silvanın yetirmələri 10 dəqiqə ərzində 2 qol vuraraq, hesabda önə keçdi. Əvvəlcə Tyaqo, ardından Vilela rəqibi meydanın mərkəzinə dəvət etdi. Bundan sonra “Araz”ın üstünlüyünü həzm etməyən və əsəbləri dözməyən “Mes Sunqun”un oyunçuları kobud oynamağa başladılar ki, Elçin Səmədli və Yusif Nurullayevdən ibarət hakimlər briqadası iki iranlını meydandan qovmalı oldu. Biri arxadan bilərəkdən zərbə endirdiyinə görə birbaşa, digəri ikinci xəbərdarlıqdan sonra “qırmızı” aldı. Bununla belə, “Araz” iki “10 metrlik” standart vəziyyətin heç birini qola çevirə bilmədi. Naxçıvan təmsilçisinin 3:2-lik üstünlüyü son 4 dəqiqəyə kimi davam etdi. Son dəqiqələrdə “Mes Sunqun”un baş məşqçisi riskə əl atmalı oldu. O, qapıçını 5-ci sahə oyunçusu ilə əvəz etdi ki, bu gediş “Araz”ın işini asanlaşdırdı. Alesionun yetirmələri daha 2 qol vuraraq, ümumi hesabı 5:2-yə çatdırdı. Sonluqda daha 2 dəfə fərqlənən Vilelanın het-tikə imza atdığını vurğulayaq.
Oyundan sonra Zaur Axundova yaxınlaşan İran təmsilçisinin rəhbərliyi qonaqpərvərliyə və təşkilatçılığa görə təşəkkür etdi. Axundov isə federasiya nümayəndələrinə axşam “Mes Sunqun”un rəsmiləriylə bir araya gəlməyi, gələcək əməkdaşlıq üçün anlaşmağı tapşırdı. “Mes Sunqun”un Bakı toplanışının sabah başa çatacağını da əlavə edək.
Beləliklə, “Araz”ın təlim-məşq toplanışı çərçivəsindəki yoxlama görüşləri tamamlandı. Məşqlər isə şənbə gününə qədər, yəni bu gün və sabah da davam edəcək. Gələn həftədən komanda sırf çempionatın açılış turunun oyununa hazırlaşacaq. “Araz”ın gələn ay Rumıniyada baş tutacaq UEFA kubokunun əsas mərhələsinə hazırlıq planı, səfər marşurutu və heyətlə bağlı texniki məsələlər oktyabrın 2-3-də dəqiqləşəcək. Bu arada isə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi olacaq. Konkret tədbir sentyabrın 29-da Sloveniyanın Lyublyana şəhərində baş tutacaq. Püşkatmada ölkəmizi futzal kuratoru Asim Xudiyev və yığmanın baş məşqçisi Joze Alesio da Silva təmsil edəcək. Onlar ayın 27-si axşam Sloveniyaya yollanacaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb Bütün xəbərlər
Ən çox oxunanlar